Müsəlmanlar

Şeytan müxtəlif cildlərə girib insanlara görünə bilər?

Sual: Görəsən, şeytan insanların gözünə heyvan, insan və başqa cür görünə bilər?

Cavab: Digər ruhani varlıqlarda olduğu kimi, şeytanın da insanların gözünə görünüb görünməyəcəyi məsələsi mübahisəlidir. Alimlərin əksəriyyəti belə hesab edir ki, şeytan lətif bir varlıqdır və müxtəlif cildlərə girib insanların gözünə görünə bilər. Həmin alimlər deyirlər ki, şeytan Quran və hədislərə əsasən müxtəlif cildlərə bürünüb həzrəti Adəm, həzrəti İbrahim, həzrəti Musa, həzrəti Süleyman və həzrəti Muhəmmədə görünüb. Eləcə də, qeyd edirlər ki, şeytan Bədr döyüşündə Süraqə ibn Malikin surətinə bürünərək müşriklərə cəsarət verib, sonra da üz döndərərək gedib. ((Baxın: Ənfal, 8/48.))

Lakin şeytanı həqiqi surətində görmək qeyri-mümkündür.

Bir Quran ayəsində isə deyilir ki, şeytan və dəstəsi insanları görür:

“O və onun kimilər sizin onları görə bilməyəcəyiniz yerdən sizi görürlər.” (Əraf, 7/27)

Suala cavab verdi: Dr. Osman Dəmir

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.