Uşaqlar qurbanın kəsildiyini görməlidirlər?
Müsəlmanlar > Fitvalar > Qurban Tarix: 23 Ekim 2012 Tövsiyə et Çap et
Sual: Bəzi insanlar uşaqların yanında qurban kəsirlər. Elə olur ki, bu hal onlara mənfi təsir edir. Siz bu məsələ barədə nə deyərdiniz?

Cavab: Uşaqlar atasının namaz qıldığını bildiyi kimi, qurban kəsdiyini də bilməlidir. Uca Allah böyüklərdən, valideynlərdən nə istəyibsə, uşaqlarına da eyni şeyləri əmr etmələrini istəyib. Uşaq atasının namaz qıldığını, zəkat verdiyini, qurban kəsdiyini bilməli və görməlidir. Çünki sabah bu işləri həmin uşaq yerinə yetirəcəkdir. Yavaş-yavaş o bu işlərə öyrədilməlidir. Peyğəmbərimiz bir hədisində belə buyurub:

“Dünya iki gündür: bir günü sevinc, bir günü isə kədərdir”.

Hər kəs dünyanı bu cür tanımalıdır. Dünyanı bu cür tanımayanlar və buna görə özlərini tanımayanlar tez yıxılar və tez pozularlar.

İşin içində əziyyət olduğunu bildiyimiz halda uşaqlarımızı sünnət etdirmirikmi? Yenə çətinliyini gördüyümüzə baxmayaraq, səhər namazına qaldırmırıqmı? Ayrılığı, həsrəti nəzərə alıb övladlarımızı hərbi xidmətə, hətta ölüm olduğunu qəbul edib müharibəyə göndərmirikmi? Bunlar hər birimizin məcbur olduğu əsaslardır. Bunlara özümüzü necə hazırlayırıqsa, qurban kəsməyə də uşaqlarımızla birlikdə hazırlanmalıyıq.

Qurban kəsməyin imkanı yerində olanlara Allahın əmri və sevimli Peyğəmbərimizin sünnəsi, həmçinin bəndənin Allaha qarşı şükrünün və təslim olmasının ifadəsi, Allahın arzularının şəxsi istəklərdən üstün tutulmasının bir nişanı, paylanan qurban ətinin insanlar arasında sevgi və dostluğu gücləndirdiyini də söyləməyi yaddan çıxarmamalıyıq.

Yaşları 7-dən az olanlar: Görməməlidirlər

Bu yaşda olan uşaqlar qurban qavramını düzgün başa düşməzlər. Qurbanın kəsilməsini əziyyət kimi qəbul edə bilərlər. Bu yaş qrupu uşaqlarda kəsim müxtəlif qorxuların meydana gəlməsinə səbəb ola bilər. Ət məhsullarını yeməkdən imtina edə bilər və ya bu cür davranışı şiddət olaraq qəbul edib mənfi istiqamətdə nümunə götürə bilərlər. Buna görə də çalışmaq lazımdır ki, yaşları 7-dən az olan uşaqlar qurban kəsilməsini görməsinlər.

7-12 yaş qrupu: Qurbanın nəyə görə kəsildiyi izah edilməlidir

Bu yaş qrupunda olan uşaqlar ibadətləri, Hz. İbrahimin (ə) hekayətini başa düşsələr də, qurban kəsilməsini başa düşməkdə çətinlik çəkə bilərlər. Ancaq, xüsusilə müsəlmanların çox yaşadığı bölgələrdə heyvan kəsilməsinə tez-tez rast gəlinir və bu, heç də uşaqlar üçün fövqəladə bir hal deyil. Belə bir yerdə yaşayan uşağa heyvanın kəsilməsi ziyan vermədiyi halda təkcə evdəki yeməklərdə və ya soyuducuda “ət”lə görüşən bir uşaq üçün zərər verə bilər. Buna görə də, məsələyə başqa yöndən baxmaq lazımdır. Şərtlər nəzərə alınmalıdır və bu yaşda uşaqların gözü qarşısında qurbanlıq heyvanın kəsilməməsi daha məqsədəuyğun sayılır. Əgər qurbanın kəsildiyini görübsə və ya görə biləcəksə, qətiyyən heyvanın əziyyət çəkmədiyini, əksinə ibadət məqsədilə kəsildiyi üçün daha rahat olduğu kimi məsələlər uşağa başa salınmalıdır.

Yetkinlik dövrü: Görməsində heç bir qəbahət yoxdur

Yetkinlik dövrünə qədəm qoyan uşaqlar qurbanın kəsilməsinin dini bir ibadət olduğunu, bundan sonrakı sosial yardımlaşmanı və heyvanın kəsilməsinin məqsədini daha yaxşı başa düşə bilərlər. Həmçinin hər yetkinlik dövrünə təzə başlayan uşaqların fizioloji quruluşu da nəzərə alınmalıdır. Məsələn, daha incə quruluşa malik olan bir uşağın heyvanın kəsilməsini görməsi ona mənfi təsir edə bilər. Qısası, heyvanın kəsilməsinə hər mənada zərər görməyəcəyi qəbul edilən yetkinlik dövründəki uşaqlar və daha yaşlı insanlar şahid ola bilərlər.

Mənbə: din.az

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.966 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qurban kəsmək üçün nə qədər pulumuz olmalıdır? 02.11.09 2.081 dəfə oxundu
2 Səfər üstündə qurban 09.11.09 1.887 dəfə oxundu
3 Xristianlıqda İsa əleyhissəlamın yanında niyə quzu simvolu var? 29.02.16 1.192 dəfə oxundu
4 Bəzi “xeyriyyə” təşkilatlarının qurban kampaniyaları 04.11.11 1.374 dəfə oxundu
5 8-9 aylıq toğludan qurban olar? 18.10.12 2.009 dəfə oxundu
6 Ölmüş şəxslər üçün qurban 03.11.09 2.140 dəfə oxundu
7 İbrahim peyğəmbər hansı oğlunu qurban kəsmək istədi? 07.01.10 7.462 dəfə oxundu
8 Ərəfə günündə kəsilən qəbir qurbanı 20.07.11 2.229 dəfə oxundu
9 Qurbanlıq heyvanın yaşı nəyə əsasən hesablanır? 05.11.11 2.212 dəfə oxundu
10 Bayramın hər günü qurban kəsmək olar? 22.10.12 1.679 dəfə oxundu
11 Şərikli qurban 03.11.09 1.898 dəfə oxundu
12 Qurban kəsildikdə yanında olmaq lazımdır? 01.10.14 1.980 dəfə oxundu
13 Qurban kəsən bir şəxs özünə gətirilən qurban tikəsini nə etməlidir? 15.10.11 2.662 dəfə oxundu
14 Xeyriyyə təşkilatlarına qurban bağışlamaq düzdür? 05.11.11 1.454 dəfə oxundu
15 Qurban təkbirləri mütləq müəyyən bir tonda deyilməlidir? 22.10.12 1.397 dəfə oxundu
16 Qurban əvəzinə sədəqə 03.11.09 1.917 dəfə oxundu
17 Axta heyvandan qurban olar? 12.11.10 1.978 dəfə oxundu
18 Dişi qoyundan qurban olar? 16.10.11 4.226 dəfə oxundu
19 Şok metodu ilə qurban kəsmək düzgündür? 05.11.11 1.412 dəfə oxundu
20 Qurban kəsib kəsməməkdə maddi imkanın meyarı nədir? 22.10.12 1.701 dəfə oxundu
21 Qurban əti kimə verilməlidir? 03.11.09 2.813 dəfə oxundu
22 Qurban bayramında balalayan heyvanı və balasını kəsmək olar? 12.11.10 1.654 dəfə oxundu
23 Xeyriyyə təşkilatı qurban ətini sata bilər? 25.10.11 1.335 dəfə oxundu
24 Quyruğu kəsilən heyvanı qurban kəsmək olar? 05.11.11 1.518 dəfə oxundu
25 Qurban ət bayramı, yaxud da qətliamdır? 23.10.12 1.431 dəfə oxundu
26 Şükür qurbanı kəsmək və ətindən yemək 06.11.09 2.388 dəfə oxundu
27 At və ceyran kimi halal heyvanları qurban kəsmək olar? 14.11.10 2.063 dəfə oxundu
28 Birinci dəfə qurban kəsən şəxs böyük heyvan kəsməlidir, yoxsa kiçik? 03.11.11 1.554 dəfə oxundu
29 Bayram namazını tək qılmaq olar? 05.01.12 6.742 dəfə oxundu
30 Uşaqlar qurbanın kəsildiyini görməlidirlər? 23.10.12 1.966 dəfə oxundu
31 Peyğəmbərə qurban kəsmək dini cəhətdən düzgündür? 06.11.09 1.770 dəfə oxundu
32 Qurban namazı var? 14.11.10 2.824 dəfə oxundu
33 İnternet vasitəsilə qurban bağışlamaq olar? 03.11.11 1.303 dəfə oxundu
34 Adı dəyişdirdikdə təzədən əzan oxumaq və qurban kəsmək lazımdır? 31.01.11 2.774 dəfə oxundu
35 Əqiqə qurbanı 23.02.13 4.539 dəfə oxundu
36 Süd dişlərini dəyişdirməmiş 2 yaşındakı danadan qurban olar? 06.11.09 1.642 dəfə oxundu
37 Yaşı tamam olmayan keçini qurban kəsmək olar? 14.11.10 3.032 dəfə oxundu
38 Haram pul qazanan bir nəfərlə qurbana şərik olmaq olar? 03.11.11 1.508 dəfə oxundu
39 Təşriq təkbirləri həzrəti İbrahimin dövründə başlayıb? 24.08.14 994 dəfə oxundu
40 Dini cəhətdən hər kəs qurbanını özü kəsə bilər? 03.10.14 1.451 dəfə oxundu
41 Qurbanlıq heyvanı mütləq pulla almaq lazımdır? 06.11.09 1.755 dəfə oxundu
42 Böyük qurbanlığa maksimum neçə nəfər şərik ola bilər? 15.11.11 1.641 dəfə oxundu
43 Qurban payına yarım pay miqdarında şərik olmaq olar? 04.11.11 1.592 dəfə oxundu
44 “Mən 2 qurbanlığın oğluyam” kəlamı hədisdir? 20.11.10 1.724 dəfə oxundu
45 Orucluqda nəzir qurbanı kəsmək olar? 07.07.13 6.631 dəfə oxundu
46 Qurbanlıq heyvan aldıqda hansı məsələyə fikir verməliyik? 06.11.09 2.440 dəfə oxundu
47 Nəzir qurbanı kimi toyuq və xoruz kəsmək olar? 20.03.10 3.732 dəfə oxundu
48 Bir məməsi olmayan heyvanı qurban kəsmək olar? 04.11.11 1.512 dəfə oxundu
49 Hansı maddi imkana malik olanlar qurban kəsməlidir? 01.10.14 1.722 dəfə oxundu
50 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 3.063 dəfə oxundu
51 Çəki ilə qurbanlıq heyvan almaq dini cəhətdən düzgündür? 06.11.09 2.649 dəfə oxundu
52 Nəzir qurbanı 29.06.09 9.368 dəfə oxundu
53 Buynuzunun çıxmağının qarşısı alınan heyvandan qurban olar? 04.11.11 1.514 dəfə oxundu
54 Toyuq nəziri deyən bir nəfər onu mütləq yerinə yetirməlidir? 29.03.12 1.438 dəfə oxundu
55 Həccə gedənlər qurbanlarını niyə Məkkədə kəsirlər? 25.08.17 143 dəfə oxundu
56 Pay verilən heyvanı qurban kəsmək olar? 06.11.09 1.767 dəfə oxundu
57 Qurbana sonradan şərik götürmək olar? 12.05.14 1.128 dəfə oxundu
58 Qulağı deşilib nömrə taxılan heyvandan qurban olar? 04.11.11 1.533 dəfə oxundu
59 Ateistə qurban tikəsi vermək olar? 18.04.12 1.683 dəfə oxundu
60 Qeyri-müsəlmandan qurbanlıq heyvan almaq olarmı? 28.08.17 114 dəfə oxundu
61 Boğaz heyvandan qurban 06.11.09 1.810 dəfə oxundu
62 Təzə maşın aldıqda qurban kəsmək lazımdır? 25.02.11 2.127 dəfə oxundu
63 Qurbanlıq heyvanları Afrikaya göndərmək düzgündür? 04.11.11 1.556 dəfə oxundu
64 Əqiqənin hökmü 07.06.12 5.590 dəfə oxundu
65 Qurban ətinin üçdə ikisini paylamaq şərtdimi? 30.08.17 590 dəfə oxundu
66 Gecə qurban kəsmək olar? 14.05.14 1.610 dəfə oxundu
67 Hənəfi məzhəbinə əsasən kim qurban kəsməlidir? 06.11.09 1.832 dəfə oxundu
68 Həcc mövsümündə kəsilən qurbanların ətini nə edirlər? 14.03.10 1.724 dəfə oxundu
69 Qurana əsasən kimlər qurban kəsməlidirlər? 04.11.11 2.276 dəfə oxundu
70 Allah “Furqan” adlı müstəqil bir kitab nazil edib? 08.06.12 2.818 dəfə oxundu
71 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.673 dəfə oxundu
72 Haram yolla əldə edilən heyvandan qurban olar? 29.09.14 1.570 dəfə oxundu
73 Borc götürüb qurban kəsmək dini cəhətdən düzgündür? 09.11.09 2.095 dəfə oxundu
74 İfrad həcci və həcdə qurban kəsməyə gücü çatmayanlar 15.03.10 1.740 dəfə oxundu
75 Qurbanın dərisini nə etmək lazımdır? 04.11.11 1.862 dəfə oxundu
76 Qurbanı xaricdə qurban kəsdirən təşkilatlara bağışlamaq olar? 18.10.12 1.486 dəfə oxundu
77 Ailənin adından bir qurban 26.02.10 3.731 dəfə oxundu
78 Ailə üzvlərindən bir nəfərin qurban kəsməyi kifayət edirmi? 09.11.09 1.767 dəfə oxundu
79 Deyirsiniz ki, peyğəmbər üçün qurban kəsmək olmaz. Sübutunuz var? 27.02.11 2.362 dəfə oxundu
80 Qurban bayramında iki qurban kəsmək olar? 04.11.11 1.716 dəfə oxundu
81 İmkansız qohumlar üçün qurban kəsmək olar? 18.10.12 1.366 dəfə oxundu