Müsəlmanlar

8-9 aylıq toğludan qurban olar?

Sual: Bu il qurbanlıq heyvan satılan yerlərdə 8-9 aylıq toğlular da satılır. Məgər belə heyvanları qurban kəsmək olar?

Cavab: Peyğəmbərimiz Muhəmməddən (s. a. v.) rəvayət edilən hədislərin birində belə deyilir:

“Bir illik heyvandan başqa heyvan kəsməyin. Əgər belə bir heyvan tapmaq sizin üçün çətin olsa, bu, istisnadır. Bu halda 6 aylıq bir qoyun balasını (quzu, toğlu) kəsin”. ((Müslim, Ədahi, 13 (1963); Nəsai, Dəhaya, 13; İbn Macə, Ədahi, 7; Əbu Davud, Ədahi, 4-5.))

Qeyd edək ki, qurbanlıq heyvan tapmaqda çətinlik baş verdiyi vaxt musinnə (yaşını tamamlayan) heyvan kəsmək şərti tələb olunmadan verilən icazə ancaq qoyunlara şamil edilir. Qoyundan başqa heyvan (keçi, inək-dana cinsi və dəvə) ətə-qana dolub böyük görünsə də, yaşını tamamlamadan onları qurban kəsmək olmaz. Qısa desək, hədisdə ancaq qoyunu kəsməyə icazə verilir.

http://www.muselmanlar.com/fitvalar/4059.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.