Qız tələbə kişi müəllimin evində ondan dərs öyrənə bilər?
Müsəlmanlar > Fitvalar > Məhrəm-naməhrəm Tarix: 16 Ekim 2012 Tövsiyə et Çap et
Sual: Mən 22 yaşında bir qadınam.  Ailəli və 5 uşağı olan bir müəllimin evinə gedib ondan dərs öyrənirəm. Ümumiyyətlə yanımızda həyat yoldaşı və uşaqları da olur. Mən belə bir mühitdə kişi müəllimdən dərs ala bilərəm?

Cavab: Allah Təala qadınlarla əlaqədar olaraq belə buyurub:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar.” (Nur, 24/31)

Buna əsasən bir qadın yalnız yuxarıda qeyd edilən kişlərin yanında otura bilər. Bunlardan başqa qohumları olsa da, onlara yad hesab olunur və bir qadın o kişilərin yanında məhrəm yerlərini aça bilməz. Onlarla qətiyyən qapalı bir yerdə baş-başa qala bilməz. Ancaq açıq yerlərdə danışmağı, salamlaşmağı qadağan deyil. Bu adamların yanına təsəttürlü paltarlarla da çıxa bilər.

Peyğəmbərdən rəvayət edilən bir hədis belədir:

“Heç bir kişi tək başına olan bir qadının yanına girməsin, yanında bir-iki nəfər olsa, girə bilər.”1

Müsəlmanlar haramdan uzaq durmalı olduqları kimi,  harama aparan yollardan da uzaq durmalıdırlar. Allah Təala xüsusilə böyük günahları haram edərkən: “onlara yaxınlaşmayın, onlardan uzaq durun”, – deyə, buyurub.

Allah zina ilə əlaqədar belə buyurub:

“Zinaya yaxınlaşmayın. Çünkü o, çox çirkin bir iş və pis bir yoldur.” (İsra, 17/32)

Bunun üçün də dərs əsnasında yanınızda mütləq müəllimin həyat yoldaşı və ya uşaqları olmalıdır. Əks halda yalnız müəllimin olduğu bir otaqda dərs almağınız düzgün deyil, məqbul hesab olunmur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Müslim, Salam, 8, (2173). []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.808 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Məhrəm və naməhrəm məsələləri 16.08.09 8.631 dəfə oxundu
2 Bir gəlin qayınatasının yanında başı açıq dayana bilər? 14.12.09 8.045 dəfə oxundu
3 Qadınların kişilərin yanında davranışları barədə 16.08.09 7.156 dəfə oxundu
4 Bir qadın ərinin əmisini çimizdirə bilər? 22.04.11 5.288 dəfə oxundu
5 Qadının evdə başı açıq oturması 16.08.09 4.058 dəfə oxundu
6 Bir kişi bir qadına özəl dərs keçə bilər? 25.05.14 2.110 dəfə oxundu
7 Müsəlman qadın dənizə gedə bilər? 16.07.09 3.657 dəfə oxundu
8 Bir insan öz bacı-qardaşının süd qardaş-bacısı ilə evlənə bilər? 15.03.10 6.528 dəfə oxundu
9 Qadınların saçının naməhrəm tərəfindən görülməsi onların dəstəmazını pozar? 07.07.09 3.216 dəfə oxundu
10 Bir qadın məhrəmi olan kişilərə pişnamazlıq edə bilər? 23.09.11 2.958 dəfə oxundu
11 Qadının səfəri – II 01.07.09 2.621 dəfə oxundu
12 Nişanlıların münasibətləri necə olmalıdır? 27.01.11 33.554 dəfə oxundu
13 Qadının səfəri – I 29.06.09 2.687 dəfə oxundu
14 Namaz qılan qadını bir kişi görsə, namazı pozulur? 14.07.11 13.138 dəfə oxundu
15 Subay bir kişi ilə subay bir qadın eyni evdə qala bilər? 29.02.12 6.949 dəfə oxundu
16 Qadın tək başına 90 kilometrdən uzağa gedə bilər? 27.05.11 2.589 dəfə oxundu
17 Ərli bir qadın çimərlik paltarı ilə dənizə girsə, kəbini pozular? 12.09.12 3.360 dəfə oxundu
18 Qadın qulluqçu qoca bir kişiyə xidmət edə bilər? 02.03.11 2.680 dəfə oxundu
19 Qız tələbə kişi müəllimin evində ondan dərs öyrənə bilər? 16.10.12 2.808 dəfə oxundu
20 Şafi məzhəbindən olan qadın əl və üzünü örtməlidir? 06.01.11 2.462 dəfə oxundu
21 İnternetdə bəzi gizli audio-video fayllara baxmaq və onları yaymaq düzgündür? 04.02.14 2.534 dəfə oxundu
22 Subay bir qadın təkbaşına ömrəyə gedə bilər? 10.12.10 2.499 dəfə oxundu
23 Övladlıq alan ailə arasında məhrəmiyyət necə olmalıdır? 18.05.16 717 dəfə oxundu
24 Bir qadının ögey oğlu doğma oğlu kimi ola bilər? 25.07.10 3.297 dəfə oxundu
25 Kişi və qadınların qarışıq olduğu idman zalına getmək olar? 17.01.11 2.873 dəfə oxundu
26 Qohum-əqrəba məhrəmiyyəti məsələsində nəyə fikir vermək lazımdır? 15.04.10 4.289 dəfə oxundu