Dağ kəndində bir neçə nəfər birlikdə Cümə namazı qıla bilər?
Müsəlmanlar > Cümə namazı > Fitvalar Tarix: 13 Ekim 2012 Tövsiyə et Çap et

Sual: Mən bir dağ kəndində müəllim işləyirəm. Məktəb kənddən qıraqda yerləşir. Qış vaxtı kənddəki məscidə gedə bilmirəm. Belə hallarda nə edə bilərəm? Biz öz aramızda (3 müəllim) Cümə namazı qıla bilərik?

Cavab: Kəndlərdə Cümə namazı qılınmır. Kəndlərdə də Cümə namazı qılmaq adəti 19-cu əsrdən sonra yaranıb. Peyğəmbərimizin (s. a. v.) dövründə Mədinə şəhərində təkcə bir məsciddə, yəni, peyğəmbər məscidində Cümə namazı qılınırdı.

Siz də bilirsiniz ki, Allah Quranın Cümə surəsində belə deyir:

“Ey iman gətirənlər! Cümə günü namaz üçün çağırış edildiyi vaxt Allahı zikr etməyə tələsin və al-veri buraxın.”

Qeyd edim ki, ayədəki “al-veri buraxın” ifadəsinin xüsusi bir mənası var: Deməli, Cümə namazının qılındığı yer mərkəzi bir yer – bazarı olan bir yerdir. Elə isə bu yer üçün bir bazarın da olmağı lazımdır. Bazarın təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik qüvvələri də olur. Beləcə, cəm halda namaz qılanların təhlükəsizliyi də təmin olunur. Bütün bunlar göstərir ki, Cümə namazı qılınmağı üçün müəyyən şərtlər var. Peyğəmbərimizin dövründə Cümə namazını qılmaq üçün əkin-biçin yerlərində işləyən və mərkəzi məscidə gedənlər növbə ilə gedirdilər. Ətrafdakı kəndlərin heç birində Cümə namazı qılınmırdı. Odur ki, kəndlərdə cümə namazı qılınmağı da düzgün bir şey deyil. Siz də öz yaşadığınız yerdə Cümə namazının günorta (zöhr) namazını qılmalısınız. Əvvəl də dediyim kimi, kəndlərdə cümə namazı qılmaq ənənəsi çox sonradan meydana gəlib.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.393 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quranda Cümə namazının zöhr vaxtında qılınmalı olduğuna dair dəlil-sübut var? 04.05.14 1.791 dəfə oxundu
2 Ticarətlə məşğul olan saytlar Cümə vaxtı bağlanmalıdır? 25.12.12 1.471 dəfə oxundu
3 Cümə günü xütbə verildiyi vaxt müstəhəb namaz qılmaq olar? 05.05.10 1.743 dəfə oxundu
4 Cümə namazı üçün minimum neçə nəfər olmalıdır? 31.12.12 1.801 dəfə oxundu
5 Məktəblərdəki məscidlərdə Cümə namazı qılmaq olar? 28.11.14 889 dəfə oxundu
6 Cümə namazı nə vaxt vacib olunub? 07.02.13 2.715 dəfə oxundu
7 İş yerində Cümə namazı qılmaq olar? 28.02.11 3.122 dəfə oxundu
8 Cümədən sonra “zöhri-axir” namazı qılmaq olar, yoxsa yox? 04.07.13 1.367 dəfə oxundu
9 Cümə günü xütbədən qabaq oxunan daxili əzana ehtiyac var? 25.03.11 1.722 dəfə oxundu
10 Ədliyyə binasinda Cümə namazı qılmaq olar? 21.01.14 1.025 dəfə oxundu
11 Qadınlar nə üçün Cümə namazına gedə bilmirlər? 31.03.11 1.833 dəfə oxundu
12 Cümə gecəsi 4-cü gündən 5-ci günə keçən gecədir? 05.07.11 3.492 dəfə oxundu
13 Cümə namazına getmək üçün müdirdən icazə almaq lazımdır? 09.03.10 1.628 dəfə oxundu
14 Cümə namazını qılan əlil vacib borcunu yerinə yetirmiş hesab olunur? 28.06.11 1.371 dəfə oxundu
15 Cümə namazının vaxtını bir qədər qabağa salmaq düzdür? 07.01.15 961 dəfə oxundu
16 Bəzi hallarda Cümə namazını qılmamaq olar? 18.06.11 1.751 dəfə oxundu
17 Qadınlar Cümə günü zöhr namazını qılmamalıdırlar? 10.10.11 1.859 dəfə oxundu
18 Cümə günü ölənlərin bir ayrıcalığı varmı? 14.07.17 786 dəfə oxundu
19 Cümə namazından sonra başqa namaz qılmaq lazımdır? 06.07.09 2.398 dəfə oxundu
20 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 8.729 dəfə oxundu
21 İndiki xütbələrlə Cümə namazı səhih və mötəbər ola bilər? 05.08.14 924 dəfə oxundu
22 Cüməni qıla bilməyən zöhrü necə qılmalıdır? 18.11.11 1.568 dəfə oxundu
23 Cümə namazı qılınan məscid mütləq bağışlanmış olmalıdır? 25.05.11 1.627 dəfə oxundu
24 Cümə namazının vaxtında məktəbin bufetindən nəsə almaq haramdır? 21.12.11 1.402 dəfə oxundu
25 İşim çox olduğuna görə Cümə namazına getməsəm, olar? 05.02.10 1.704 dəfə oxundu
26 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 2.155 dəfə oxundu
27 Qadınlar və Cümə namazı 26.03.10 7.019 dəfə oxundu
28 Dəlillərlə Cümə namazı 12.02.10 6.485 dəfə oxundu
29 Cümə namazı qadınlara fərzdir? 26.03.10 1.948 dəfə oxundu
30 Qadınlar Cümə günü zöhr namazını nə vaxt qıla bilərlər? 20.04.12 1.853 dəfə oxundu
31 Cümə namazını xütbə oxuyan pişnamaz qıldırmalı deyilmi? 09.04.10 1.613 dəfə oxundu
32 Peyğəmbər Cümə xütbəsini namazdan sonra oxuyurdu? 12.10.12 1.260 dəfə oxundu
33 Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir? 09.04.10 1.897 dəfə oxundu
34 Dağ kəndində bir neçə nəfər birlikdə Cümə namazı qıla bilər? 13.10.12 1.393 dəfə oxundu