Müsəlmanlar

Övladımız yoxdur. Uşaq götürə bilərik?

Sual: Bizim uşağımız olmur. Amma qardaş və bacılarımızın uşağı var. Onu övladlığıa götürmək istəyirik. Müəyyən bir yaşa gələnə qədər ona öz ana atası olmadığımızı deməyəcəyik. Uşaq indi 10 aylıqdır. Bir müddətdən sonra özü bizə ana ata deməyə başlayacaq. Bu məsələ dini cəhətdən nə cür qiymətləndirilir?

Cavab: İslam dinində yetim və kimsəsiz uşaqları himayə edib böyütmək, onların mal-dövlətini qorumaq savab hesab olunur. Onlara qarşı pis rəftar etmək və haqlarını tapdamaq isə günah sayılır. ((Yetimlərlə əlaqədar Quran ayələri bunlardır: Bəqərə, 2/83, 215; Nisa, 4/6, 8, 10, 36, 127; Ənam, 6/152; İsra, 17/34; İnsan, 76/8; Maun, 107/2.))

Dolanışıq çətinliyi olan bir qohumun uşağına baxmaq və onun təlim-tərbiyəsinə kömək etməyi də belə hesab etmək olar. Necə ki, Muhəmməd peyğəmbərin (s. a. v.) babası Abdulmüttəlib rəhmətə getdiyi vaxt ona əmisi Əbu Talib baxmışdı. Bir sözlə, onun himayəsi məsələsini öz öhdəsinə götürmüşdü.

Bununla belə, İslam dininə əsasən uşaq götürmək düzgün hesab olunmur. Əlavə olaraq, bir uşağın həqiqi ata və anasını ona unutdurmaq da düzgün deyil! İslam dini cahiliyyə dövrünün Ərəblərində geniş yayılan bu işi qadağan etmiş, aradan qaldırmışdır.

Allah belə buyurur:

“(Allah) Sizin övladlığa götürdüklərinizi doğma oğullarınız olaraq qəbul etmədi. Onları atalarının kim olduqlarını bildirərək çağırın. Allah yanında ən doğru olan budur. Onların atalarının kim olduqlarını bilmirsinizsə, onlar sizin din qardaşlarınız və dostlarınızdır” (Əhzab, 33/4-5).

Bu məsələ ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/404.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.