Müselmanlar
Çalğılı, oyunlu, qadın-kişi toya getmək düzdür?

Çalğılı, oyunlu, qadın-kişi toya getmək düzdür?

Sual: Qohum-əqrəba və dost-tanış toy edirlər. Şadlıq evində qadın-kişi qarışıq olur. Toylar musiqili keçirilir. Camaat durub oynayır. Biz belə toylarda iştirak edib etməmək məsələsində tərəddüd edirik. Bununla belə, onların xətrinə dəymək istəmirik. Axı el adət-ənənəsi var. Bu məsələ dini cəhətdən necə qiymətləndirilir?

Cavab: Əgər toyda İslam dinində düzgün hesab edilməyən hallara yol verilirsə, orada iştirak etməmək lazımdır. Dini cəhətdən bir-birlərinə yad olan qadın və kişilərin (üstəlik də namünasib geyimlərlə) bir yerdə oynamağı, eləcə də, qonaqlara içki (pivə də buna daxildir) kimi haram şeylər təqdim etmək dini cəhətdən təhlükəli hesab olunur. Əgər belə bir vəziyyət yoxdursa, o toyda iştirak etməli və qohumluq və qonşuluq borcunu yerinə yetirməlisiniz. Lakin çalğılı, qadın-kişi qarışıq oyunlu toy edən qohumlardan, qonşulardan üz döndərməmək və əlaqəni kəsməmək üçün şadlıq sarayına gedə bilər, hələ oyunlar başlamadan bəyi-gəlini və ailələrini təbrik edə bilərsiniz. Əgər varsa, hədiyyənizi təqdim edib oyunlar başladığı vaxt salondan çıxarsınız. Bu da bir variantdır.

Buna oxşar fitvalar üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/1776.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin