Müsəlmanlar

Namaz vaxtıyla əlaqədar Fəcr və Fələq sözləri eyni mənanı daşıyır?

Sual: Siz deyirsiniz ki, “fəcr” sözünün mənası yarmaq deməkdir. Ənam surəsinin 96-cı ayəsində “faliqul-isbah”ın tərcüməsindəki “faliq” sözü də yarmaq kimi tərcümə edilir və eyni surənin 95-ci ayəsində “İnnəllahə faliqul-habbi vən-nəva” cümləsi: “Şübhəsiz ki, Allah dənə və çəyirdəyi yarandır”, – deyə, tərcümə edildikdə avtomatik olaraq anlayış qarışıqlığı yaranır. Sualım belədir: Siz Ərəb dilindəki “fəlaqa” sözünə nə məna verirsiniz? Sizcə “fəcəra” və “fəlaqa” sözləri eyni mənanı daşıyır?

Cavab: Fəcr (الْفجْر) sözü məsdər olaraq yarmaq, axıtmaqfışqırmaq mənalarına gəlir. İsim kimi isə səhərin erkən saatlarında günəşdən şərq üfüqünə tərəf gedən qırmızılıq deməkdir. Gecə yarısından sonra üfüqün üst tərəfində görünən sarı və ağ işıqlar zəif bir işıq qübbəsi yaradaraq yavaşca üfüqə enir. Get-gedə rənglər ayrılmağa və üfüq açılmağa başlayır. Sonra fəcrin, yəni, üfüqə gələn sarı işığın üfüq boyu toplanaraq bir sarı işıq qurşağı meydana gətirir. Onun üstündə də ağ işıq qurşağı olur. Bu vaxt yer üzü qaranlıq olduğu üçün quru hissə üfüq boyu uzanan qara bir qurşaq kimi görünür. Bu qurşaqlar qəti surətdə üzə çıxdıqda işıq ikiyə bölünür, beləcə, ikinci doğuş başlayır. O vəxtə qədər olan işıq səhər vaxtı aydınlığıdır, onunla sübh namazı və oruc vaxtı girmir. O işıq insanları yanıltdığı üçün ona “fəcri kazib” deyilir. “Faliqul-ısbah (فَالِقُ الْإِصْبَاحِ) səhəri bölən Allah” mənası verir.  Allah səhər vaxtının əvvəlindən etibarən üfüqdəki qaranlıqla qarışıq olan sarı və ağ işıqları sarı və ağ qurşaqla bölür. Başqa sözlə desək, “fəcr” üfüqü bölərək səhəri ayırd edən sarı işığın adı, “faliq” də onu yaran, yəni, Allah Təaladır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.