Müsəlmanlar
Toydan qabaq boşanma olsa,  qadına mehir vermək lazımdır?

Toydan qabaq boşanma olsa, qadına mehir vermək lazımdır?

Sual: Ər-arvad arasında cinsi əlaqə baş verməyibsə, boşanma vəziyyətində kişi qadına mehir verməlidir, yoxsa yox?

Cavab: Zifafdan əvvəl olan boşanmalarda iki hal var: Tərəflərin mehri müəyyən edib, ya da etməmələri.

Hər iki vəziyyəti izah edən ayələr belədir:

“Qadınları, mehirlərini təyin edənə qədər yaxınlıq etmədən boşasanız, sizə heç bir günah gəlməz. Onlara istifadə edə biləcəkləri bir şey verin. İmkanı olan imkanları daxilində, çətinliyi olan da imkanı daxilində mərufa uyğun olaraq onları faydalandırsın. Bu, yaxşılıq edənlərin üstündə bir borcdur.

Qadınları onlara toxunmadan boşasanız, mehirlərini təyin etmiş olsanız, təyin etdiyiniz mehrin yarısını verməlisiniz; qadınlar və ya kəbin düyünü əlində olan tərəf ((Nikah düyünü kişinin əlində olur. Çünki o düyünü açmaq mənası verən təlaq kişinin haqqıdır.)) haqqından imtina etsə, bu, başqadır. (Ay kişilər!) Sizin imtina etməniz təqvaya daha münasibdir. Aranızdakı səviyyəni unutmayın. Allah etdiyiniz hər şeyi görəndir.” (Bəqərə, 2/236-237)

Bu ayələrə əsasən zifafdan qabaq olan boşanmalarda əgər mehir müəyyən edilibsə, bunun yarısını qadına təhvil vermək lazımdır. Lakin mehir məlum olmadan boşanma olsa, o vaxt oğlan qıza imkanı daxilində istifadə edə biləcəyi bir şey verməlidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.