İnsan öldükdə ruhla bədənin əlaqəsi yerli-dibli kəsilir?
Müsəlmanlar > Fitvalar > Ölümdən sonrakı həyat > Ruh Tarix: 27 Ağustos 2012 Tövsiyə et Çap et
Sual: İnsan öldüyü vaxt onun ruhu ilə bədəninin arasında heç bir əlaqə qalmır? Əgər qalmırsa, bunlar nədir? Peyğəmbərimiz Bədr quyusunda ölülərə səslənib, xəlifə Ömərə: “Qəbirdə ağlımız bizə indi olduğu kimi qaytarılacaq”, - deyib. “Ölü(lər) onu kəfənləyənləri, meyyit namazını qılanları və qəbrə endirənləri görüb tanıyır və oradan uzaqlaşanların ayaq səslərini eşidir” kimi hədisləri nə cür başa düşməliyik? Bunlar uydurma sözlərdir, yoxsa məcazi mənada deyilib?

Cavab: Çox güman ki, ölən insanların ruhları qəbirdə saxlanılır; bu, güclü bir ehtimaldır. Quranın Fatir surəsinin 22-ci ayəsində “qəbirdə olanlar: مَنْ فِي الْقُبُورِ işlədilir. Ərəb dilində “mən: مَنْ ədatı ağıllı varlıqlarla əlaqədar olaraq işlədilir. Əgər qəbirdə ağıl sahibi ruhlar olmasaydı, çürüyən bədənlər barədə belə bir söz işlədilməzdi. Deməli, ruh ölən bədənin hissələrinin olduğu qəbirlə əlaqəsini kəsmir.

İnsana xas olan bütün məlumatlar ruhda olur. Qəbirdə narahat olan, onu yuyanları görən və ayaq səslərini eşidən ruhdur. Ölən bir şəxsin ruhunun narahat olub sıxıldığını göstərən bəzi Quran ayələri aşağıdakı kimidir:

“Onlardan birinə ölüm gəldikdə belə deyir: “Rəbbim, məni geri qaytarın. Bəlkə, tərk etdiyim dünyada yaxşı bir iş görərəm.” Xeyr, bu onun dediyi bir sözdür! Onların arxalarında təzədən diriləcəkləri günə qədər bərzəx (maneə) var!” (Muminun, 23/99-100).

“Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin.

Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır.” (Münafiqun, 63/10-11)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.625 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bizim ölü qohumlarımızın ruhları yanımıza gələ bilər? 17.01.10 3.531 dəfə oxundu
2 Ölən şəxsin ruhunun bədəni ilə əlaqəsinin izahı 28.03.13 2.180 dəfə oxundu
3 İnsan öldükdə ruhla bədənin əlaqəsi yerli-dibli kəsilir? 27.08.12 2.625 dəfə oxundu
4 Ruhlar və səmanın qapılarının açılıb açılmaması məsələsi 23.03.13 1.665 dəfə oxundu
5 Ölmüş vəlilərin ruhları qınından çıxmış qılınc kimidir? 17.03.15 943 dəfə oxundu
6 İnsana ruhun üflənməsi nə deməkdir? 08.01.18 395 dəfə oxundu
7 İnsanla heyvan arasındakı fərq nədir? 15.01.18 661 dəfə oxundu
8 İnsanların ruhları hələ də bizimlə bərabərdirmi? 25.03.19 165 dəfə oxundu