Maaşla dolananlar fitrə ala bilərlər?
Müsəlmanlar > Fitrə > Fitvalar Tarix: 18 Ağustos 2012 Tövsiyə et Çap et
Sual: Mən dövlət qulluqçusuyam. Ayda 850 manat məvacib alıram. Ancaq hal-hazırda əlimdə nisab miqdarında pulum yoxdur. Belə olan halda fitrə verməliyəm? Əgər verməli deyiləmsə, fitrə ala bilərəm?

Cavab: Fitr sədəqəsi məsələsində zəkatda olduğu kimi nisab miqdarı şərti yoxdur. Ramazan ayında oruc tutmağa qabil olan hər bir varlı-kasıb müsəlman fitrə verməlidir. Buna fitrə almaq vəziyyətində olan kasıb müsəlmanlar da daxildirlər.

Bu barədə aşağıdakı keçiddə oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/671.html

Fitrə möhtac olanlara verilir. Zəkat və ya fitrə ala bilmək üçün miskin olmaq, yəni, işsiz qalmaq, yaxud da öz dolanışığına çatacaq qədər bir mədaxili olmamaq lazımdır.

Sualınızda qeyd etdiyiniz məlumatlara əsasən sizin gəliriniz yaxşıdır. Odur ki, siz fitrə ala bilməzsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.316 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 1 fitrəni bölüb 3-4 kasıba vermək olar? 28.08.11 1.441 dəfə oxundu
2 Fitrəni qardaş-bacıya vermək olar? 28.08.11 1.486 dəfə oxundu
3 Fitrəni dini sahədə fəaliyyət göstərən fondlara vermək olar? 28.08.11 1.329 dəfə oxundu
4 Ramazanda kömək üçün verilən pul fitrə hesab olunur? 29.08.11 1.341 dəfə oxundu
5 Fitrəni vəkalətlə vermək olar? 18.08.12 1.220 dəfə oxundu
6 Maaşla dolananlar fitrə ala bilərlər? 18.08.12 1.316 dəfə oxundu
7 Sədəqə məsələsində əsas meyar nədir? Bunda bir hədd var? 26.04.13 1.595 dəfə oxundu
8 Ramazanda kimlər fidyə verməyə bilər? 24.06.16 1.149 dəfə oxundu
9 Oruc tutan hər bir şəxs öz fitrəsini özü verməlidir? 27.06.16 1.299 dəfə oxundu
10 Kimlər fitrə verməlidirlər? 15.07.09 2.151 dəfə oxundu
11 Fitr sədəqəsini Ramazandan sonra da vermək olar? 15.07.09 1.788 dəfə oxundu
12 Fitrəni necə hesablamaq lazımdır? 15.07.09 1.819 dəfə oxundu
13 İnfaq nə deməkdir? 06.02.11 2.458 dəfə oxundu
14 Zəkat və fitrəni Ramazan ayında vermək məcburidir? 16.04.10 1.927 dəfə oxundu
15 Sədəqə nə deməkdir? 03.05.11 2.723 dəfə oxundu