Müsəlmanlar
Fitrəni vəkalətlə vermək olar?

Fitrəni vəkalətlə vermək olar?

Sual: Biz istəyirik ki, ramazan ayının fitrəsini yaşadığımız yerin möhtac insanlarına verək. Amma indi orada deyilik və ora getməyimiz ancaq bayramın 1-ci günü mümkündür. Orada olan bir nəfər bizim əvəzimizə ehtiyacı olan insanlara fitrə verə bilər? Sonra da biz o pulu ona verərik. Belə bir şey mümkündür? Yaxud da fitrəni bayram günü vermək olar?

Cavab: Fitrəni ən geci bayram namazının vaxtına qədər vermək lazımdır. Peyğəmbərimizin (s. a. v.) bu məsələ ilə bağlı hədisləri göstərir ki, fitrəni bayramın 1-ci günü sübh namazı ilə bayram namazının arasındakı vaxtda vermək daha münasibdir. Bununla belə, İslam hüququ alimləri hesab edirlər ki, fitrə bayramdan bir neçə gün qabaqca da verilə bilər. Onlar bunun kasıbların xeyrinə olacağını düşünürlər.

http://www.muselmanlar.com/fitvalar/673.html

Siz öz fitrənizi vəkalət yolu ilə verə bilərsiniz. Yəni, sizin bu məsələdə vəkil təyin etdiyiniz şəxs fitrəni möhtac olanlara vaxtında verməli, siz də sonra ona bu məbləği ödəməlisiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.