İslamda cadu edən və etdirənin günahı nədir?
Müsəlmanlar > Fal-sehr-cadu > Fitvalar Tarix: 13 Ağustos 2012 Tövsiyə et Çap et
Sual: İslam dinində cadu-piti ilə məşğul olana və bu işi gördürənə nə kimi günah yazılır?

Cavab: Cadu hədəfə götürdüyü kütlənin bilmədiyi üsullarla fövqəladə gücə sahibolma təəssüratı yaradaraq insanlara təsir göstərib xeyir, mənfəət təmin etməyə hesablanmış söz və əməllərdir. Yalana əsaslandığı üçün cadu vasitəsilə heç bir nəticə əldə etmək olmaz. Allah belə buyurmuşdur:

“Cadugər harada olursa olsun, məqsədinə çata bilməz.” (Taha, 20/69)

Sehrbaz-cadugər fövqəlbəşər güclərə malik imiş kimi hərəkət edir və özünü ilah yerinə qoyur. Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:

“Kim sehrlə məşğul olsa, şirk günahına batar.”1

Yeri gəlmişkən, gələcəkdən xəbər verdiyini irəli sürən insanlar da var. Peyğəmbərimiz bununla əlaqədar olaraq belə buyurub:

“Gələcəkdən xəbər verən şəxsin yanına gedib bir şey soruşan və onun dediyini düzgün qəbul edən şəxsin namazı 40 qırx gün qəbul olunmaz.”2

Burada namazın qəbul olunmamağı ifadəsi ilə bu cür insanların qıldıqları namazdan heç bir savab ala bilməmələri nəzərdə tutulur.  Başqa cür desək, onların həmin namazları sonra təzədən qılmağı lazım gəlmir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Nəsai, Təhrim, 19. []
  2. Müslim, Salam, 125 (2230). []
Facebook'ta PaylaşTwitter'da Paylaş
3.577 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Sehr nədir? 15.07.09 4.272 dəfə oxundu
2 Cadunun qarşısını almaq üçün cadugərə müraciət etmək lazımdır? 15.07.09 7.186 dəfə oxundu
3 Deyilənə görə ailəmə cadu edilib. Bu mənə pis təsir göstərir. 15.07.09 4.554 dəfə oxundu
4 İslamda falçılığa münasibət 27.11.10 7.520 dəfə oxundu
5 Camaat niyə baxıcıların yanına gedir? 09.12.10 2.766 dəfə oxundu
6 Peyğəmbərə cadu olunub? 22.01.11 6.076 dəfə oxundu
7 Ulduz falı nədir? Belə fala baxdırmaq olar? 01.02.11 6.109 dəfə oxundu
8 Kağıza dua yazdırıb özümüzlə gəzdirə bilərik? 01.05.11 11.982 dəfə oxundu
9 Kofe ilə fala baxmaq da sehrdir? 20.06.12 14.055 dəfə oxundu
10 İslamda cadu edən və etdirənin günahı nədir? 13.08.12 3.577 dəfə oxundu
11 İslam dinində vəfq məsələsinə münasibət 20.03.13 1.586 dəfə oxundu
12 Ər-arvadı cadu-piti ilə ayırmaq mümkündür? 21.05.13 9.206 dəfə oxundu
13 Sehr ya da cadu ilə məşğul olmaq şirkdirmi? 11.01.17 564 dəfə oxundu
14 Gözdəymə/nəzər varmı? 25.02.17 825 dəfə oxundu