Müsəlmanlar
Bir qadının dul olmağı zəkat və fitrə almağı üçün kifayətdir?

Bir qadının dul olmağı zəkat və fitrə almağı üçün kifayətdir?

Sual: Mənim bibim başsız qadındır, kirayədə qalır. Mədaxili özünü dolandırmağa bəs edir. Deyirlər ki, dul olduğuna görə fitrəni əvvəlcə ona verməliyəm. Bu söz nə dərəcədə düzdür?

Cavab: Bir qadının zəkat və ya fitrə almağı üçün təkcə dul olmağı kifayət deyil. Bunun üçün dini baxımdan kasıb sayılmaq, başqa cür desək, nisab miqdarında mal-mülkə sahib olmamaq şərti var. İnsanı dini cəhətdən varlı edən nisab isə öz vacib ehtiyaclarının ödənməsindən sonra 85 qram qızıl və ya 595 qram gümüş, yaxud da buna bərabər məbləğdə pul və ya ticarət üçün nəzərdə tutulmuş maldır. Əgər sizin bibinizin nisab miqdarı varsa, dul olsa belə, ona zəkat düşmür. Ancaq bu qədər qızıl və ya pulu yoxdursa, ona öz zəkat və ya fitrənizi verə bilərsiniz.

Bu sualla birbaşa əlaqədar olan bir cavabla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3850.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.