Nas surəsi
Müsəlmanlar > Fitvalar > Quran > Təfsir Tarix: 29 Temmuz 2012 Tövsiyə et Çap et

Nas surəsi

Bismillahi-r-Rəhmani-r-Rəhim!

(Yaxşılığı sonsuz, ikramı bol Allahın adı ilə!)

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ

مَلِكِ النَّاسِ

إِلَٰهِ النَّاسِ

مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ

الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ

مِنَ الْجِنَّةِ وَالنَّاسِ

1) De ki, insanların Sahibinə pənah aparıram.

2) İnsanların Hökmdarına.

3) İnsanların İlahına.

4) Məkrli-hiyləgər vəsvəsəçinin şərindən (Allaha) sığınıram.

5) O (vəsvəsəçi), insanların ürəyinə vəsvəsə salır.

6) Cindən də olur, insandan da.1

Surənin 1-ci ayəsindəki “rəbbu-n-nas”, yəni, “insanların rəbbi” ifadəsi “insanların sahibi” kimi tərcümə edilib. Çünki rəbb sözü Ərəb dilində sahib və yiyə mənalarını bildirir. Bizim hamımızın sahibi Allahdır. Elə isə heç birimiz necə deyərlər, yiyəsiz deyilik…

Bizə sahib olan varlıq bizim üstümüzdə tam səlahiyyətə də malik olur. Belə bir varlığa qeydsiz-şərtsiz itaət etmək lazım gəlir. Ona könüllü surətdə boyun əyib tabe olmaq və ondan kömək diləmək onu ilah hesab etmək deməkdir. İnsanların üzərində Allahdan başqa tam səlahiyyətli bir varlıq yoxdur. Ona görə də Ondan başqa ilah da yoxdur. Bununla belə, Allahı 2-ci cərgəyə qoyub başqasını da səlahiyyətli hesab edən və ona könüllü olaraq boyun əyən və kömək istəyənlər də var. Məhz onlar Allaha şərik qoşub müşrik olurlar.

4-cü ayədə məkrli-hiyləgər kimi tərcümə olunan xənnas sözü Allah xatırlandığı vaxt pusquda durub gizlənən mənasını verir.2 Əl-vəsvasu-l-xənnas ifadəsi isə Allahın dinindən qaçan, ancaq insanların zehnini qurdalamaqdan əl çəkməyən varlıqlar deməkdir.

Adəmi başdan çıxardan İblis başda olmaqla, insanı düzgün yoldan çıxardan hər bir kəs bu kateqoriyaya daxildir. Onlar insan da ola bilərlər, cin də. Allah təala belə buyurur:

“Onlara and iç ki, mən ikinizin də yaxşılğını istəyirəm.” (Əraf, 7/20-21)

Şeytanlar azğın olduqlarına görə özləri üçün bir günah şəriki axtarırlarş. Özlərini elə aparırlar ki, guya onlara yaxşılıq etmək istəyirlər.

Şeytanların ümumi xüsusiyyəti Allah zikr edildiyi vaxt pusquda durub gizlənməkdir. Cin şeytanları insana təkcə vəsvəsə verdikəri üçün onlardan qorunmaqdan ötrü Allahın əmr və qadağalarını yada salmaq kifayətdir. İnsan şeytanları isə düzgün yoldan azan insanlardır. Həmin insanlardan qorunmaq üçün onlara Allahın ayələrini göstərmək və onları Allahın kitabına gəlməyə dəvət etmək lazımdır. Şeytanlıq etməyə çalışan insanlar Allahın ayələrinin qarşısında qorxu, məkr, hiyləgərlik, narahatlıq və qaçmağa yer axtarmaq kimi reaksiyalar verirlər.

Quranda belə deyilir:

“O şeytanı Allah lənətləyib. O, demişdi ki, nə olursa olsun, Sənin bəndələrindən müəyyən bir dəstəni əlimə keçirəcəyəm. Onları yoldan azdıracağam. Onlara ümid verəcəyəm. Onlara əmr verəcəyəm, beləcə, ənamın3) qulaqlarını yaracaqlar. Onlara əmr verəcəyəm, beləcə, Allahın yaratdığını dəyişdirəcəklər.

Baxın! Sizin aranızdan kim o şeytanı dost tutub Allahla özünün arasına qoysa, açıq bir itkiyə məruz qalar!” (Nisa, 4/118-119)

“O, bir dəstəni yoluna qəbul edir, bir dəstə də azğınlığa layiq olur. Azğınlığa layiq olanlar Allahı 2-ci cərgəyə qoyub şeytanları özlərinə dost tutanlardır. Üstəlik də düzgün yolda olduqlarını güman edirlər!” (Əraf, 7/130)

Quranın Fələq surəsində insanı günaha aparan yad təsirlərdən bəhs olunur. Bu surədə (Nas) isə əmr olunur ki, daxili təsir vasitəsi olan vəsvəsədən Allaha sığınaq. Çünki şeytanları bizdən kənar edə bilən Odur. Bu surələrə müavvizəteyn (qoruyucu iki surə) deyilməyinin səbəbi də budur. Peyğəmbərimiz həzrəti Muhəmməd (s. a. v.) qorxu vaxtı və gecələr yatmazdan qabaq bu surələri oxumağımızı məsləhət görüb.

QEYD: Ayədəki mələk sözü məlik kimi də oxunur. (Kəşşaf təfsiri). Məlik ən yüksək səlahiyyətə malik olan, sultan və hökmdar deməkdir. Bu oxunuşu Quranın Taha surəsinin 120-ci ayəsi də təsdiq edir. Ayəyə bu səbəbdən belə bir məna verilib. Təfsir və məal-tərcümə kitablarında mələk sözünə üstünlük verilib. Amma Adəm peyğəmbərin ona səcdə edən mələklərə qibtə etməyi çox uzaq bir ehtimaldır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. “Qanun budur; hər peyğəmbərdən ötrü insan və cin şeytanlarından düşmənlər etmişik. Aldatmaq üçün bir-birinə bər-bəzəkli sözlər pıçıldayırlar. Əgər Rəbbin əmr etsəydi, bunu etməzdilər. Onları öz uydurduqları şeylərlə başbaşa burax.” (Ənam, 6/112). []
  2. Məlumat üçün baxın: Rağib əl-İsfəhaninin Müfrədat adlı lüğəti, “xns” bəndi. []
  3. Ənam qoyun, keçi, dana-inək və dəvələrə verilən ümumi addır. Baxın: Ənam surəsi, 143-144-cü ayələr. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
5.359 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Tövrat və İncildə Muhəmməd əleyhissəlamın adı keçirmi? 27.08.18 185 dəfə oxundu
2 Quran, təhrif edilmiş Tövratı və İncili təsdiq edirmi? 26.02.16 905 dəfə oxundu
3 Təbbət surəsi 11.07.11 3.955 dəfə oxundu
4 Səhv məalları oxuyub səhv fikirlərə qapılanların məsuliyyəti nədir? 28.12.15 2.806 dəfə oxundu
5 Qureyş surəsi 28.07.12 2.762 dəfə oxundu
6 Nas surəsi 29.07.12 5.359 dəfə oxundu
7 “Allah, insanları cəhənnəmlik olsunlar”- deyə yaratdı? 22.08.16 1.081 dəfə oxundu
8 Hansı peyğəmbərlərə səhifə göndərilib? 24.10.16 561 dəfə oxundu
9 Təfsirlərə baxmadan Quranı başa düşmək mümkündürmü? 23.11.16 557 dəfə oxundu
10 Bəqərə surəsi 217-ci ayəsi dindən dönənlərin öldürüləcəyini deyir? 16.12.16 524 dəfə oxundu
11 Tağut 28.04.17 4.112 dəfə oxundu
12 Təhrif nədir? 13.11.17 141 dəfə oxundu
13 Axirətdə insanlara işlədikləri günahlar soruşulacaqmı? 17.11.17 191 dəfə oxundu
14 Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı? 24.11.17 188 dəfə oxundu
15 Tövrat, Zəbur və İncil ümumbəşər kitablardırmı? 23.07.18 242 dəfə oxundu
16 Quran təhrif edilə bilərmi? 14.05.18 234 dəfə oxundu