Bəqərə surəsinin 256-cı ayəsi
Müsəlmanlar > Fitvalar > Quran Tarix: 05 Temmuz 2009 Tövsiyə et Çap et
Sual: Bəqərə surəsinin 256-cı ayəsini izah edərsinizmi? Məgər biz müsəlman olan bir insanı İslamın buyurduqlarını yerinə yetirməyə məcbur edə bilmərik? Əgər mənim arvad-uşağım müsəlman olduqlarını desələr və belə olduğu halda, ayağı başı açıq gəzsələr, mən onlara müsəlman olduqlarına görə: “Üst-başınızı örtün” - deyə bilmərəm? Halbuki, mən belə bir hədis bilirəm: “Uşaqlarınıza 7 yaşına çatdıqları vaxt namaz qılmağı əmr edin. 12 yaşına çatanda qılmasalar, onları yüngülcə döyün”. Əgər dində məcburiyyət yoxdursa, bu hədisi necə başa düşmək lazımdır?

Dinin özəyi imandır. İmanın bünövrəsi isə qəlb ilə təsdiq etməkdir. Qəlb (ürək, könül) insanın daxili aləmindədir. İnsan bu aləmdə olduqca azaddır. Heç bir inancı insana zorla qəbul etdirmək olmaz. Ən çox təzyiq göstərən rejimlər belə, bunu bacara bilməz. Bəqərə surəsinin 256-cı ayəsi bunu bildirir:

“Dində zorakılıq (məcburiyyət) yoxdur. Artıq doğru və əyri bir-birindən yaxşıca ayrılmışdır. Hər kəs azğınları inkar edər və Allaha inanarsa, o, qopmaq bilməyən möhkəm qulpdan tutmuş olar. Allah eşidəndir, biləndir!”.

İnsanlar ibadətə məcbur edilə bilməz. Çünki ibadət etmək üçün niyyət lazımdır. Niyyət isə bir işə daxilən qərar verməkdir. Əməllər niyyətlərə əsaslanır. Bir ibadətin nə məqsədlə yerinə yetirildiyini bir həmin ibadətlə məşğul olan insan, bir də Allah bilir. Niyyət olmadan ibadət etmək mümkün olmadığına görə məcburi ibadət də olmaz. Bir nəfərə zorla namaz qıldırmaq praktiki olaraq mümkündür; amma əgər onun buna niyyəti yoxdursa, nəticə etibarilə namaz qılmamış və boş yerə əyilib qalxmış olur. Bu da heç bir işə yaramır.

Buna görə də heç kim müsəlman olmağa, ya da müsəlman kimi hərəkət etməyə məcbur edilə bilməz.

İslamı başa salıb təbliğ etmək və İslam dinini övladlarımıza öyrətmək onları buna məcbur etmək demək deyil. Çılpaq gəzmək inancın xaricində də fitnə-fəsad və arzuolunmaz hallara yol verdiyinə görə onun qarşısını almağa çalışmaq dini təzyiq hesab edilmir.

Biz hər bir halda insanlara və xüsusilə öz yaxınlarımıza dini başa salmağa davam etməliyik. Allah Quranda belə buyurur:

“Ailənə namazı əmr et, özün də namaza davam et. Biz səndən ruzi istəmirik. Sənə ruzi verən Bizik. Nəticə qorunanların lehinə olur” (Taha, 20/132).

145 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Hamı Quranı oxuyub başa düşə bilər? 05.07.09 133 dəfə oxundu
2 Tağutilik məfhumu nəyi bildirir? 05.07.09 168 dəfə oxundu
3 Quran və anaxronizm 05.07.09 141 dəfə oxundu
4 Ölülərə Quran oxuyub tapşırmaq 05.07.09 151 dəfə oxundu
5 Adəm və İblis 05.07.09 138 dəfə oxundu
6 Mülayim İslam, yoxsa radikal? 05.07.09 129 dəfə oxundu
7 Bəqərə surəsinin 256-cı ayəsi 05.07.09 145 dəfə oxundu
8 Günahların Allah tərəfindən bağışlanması 05.07.09 141 dəfə oxundu
9 Allahın ərşə istiva etməsi 05.07.09 107 dəfə oxundu
10 Qurana qulaq asmaq və səcdə ayəsi 05.07.09 122 dəfə oxundu
11 Quranı qaydalara əsasən oxumaq 05.07.09 154 dəfə oxundu
12 “İnsanları və cinləri ancaq Mənə ibadət etsinlər deyə yaratdım” ayəsi nə deməkdir? 05.07.09 111 dəfə oxundu
13 Quranın hamı tərəfindən başa düşülməsi 05.07.09 235 dəfə oxundu
14 Quranın zikr olması 05.07.09 144 dəfə oxundu
15 Bismillahi-r-Rəhmani-r-Rəhim ifadəsi 05.07.09 131 dəfə oxundu
16 Cəbrayılın peyğəmbərə yuxuda gətirdiyi vəhyin Quran olmadığını demək olar? 05.07.09 129 dəfə oxundu
17 Həzrəti İsa həzrəti İshaqın nəslindəndir? 05.07.09 179 dəfə oxundu
18 Nuh peyğəmbər əslində nə qədər yaşayıb? 05.07.09 173 dəfə oxundu
19 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 125 dəfə oxundu
20 Şübhənin imana nəzərən əhəmiyyəti nədən ibarətdir? 27.06.10 66 dəfə oxundu
21 “Allahdan gəldik, Allaha qayıdacağıq” ayəsini necə başa düşmək lazımdır? 12.12.09 119 dəfə oxundu
22 Radio və televizordan Qurana qulaq asmaq onu xətm etmək hesab edilir? 29.12.09 134 dəfə oxundu
23 Qadın Quran oxuduğu vaxt başını örtməlidir? 13.03.10 171 dəfə oxundu
24 Qurbanlıq Buğa Əhvalatı 01.04.10 131 dəfə oxundu
25 Şəfaət 08.04.10 127 dəfə oxundu
26 Kafir nə deməkdir? Kafir kimlərə deyilir? 02.04.10 106 dəfə oxundu
27 Bəqərə Surəsi 19.04.10 153 dəfə oxundu
28 Vaqiə surəsinin 79-cu ayəsindəki mutahhəruun sözü nə deməkdir? 14.04.10 70 dəfə oxundu
29 Fitrət nə deməkdir? Quranın fitrətlə nə kimi bir əlaqəsi var? 14.04.10 84 dəfə oxundu
30 Təhrif nə deməkdir? 16.04.10 69 dəfə oxundu
31 Fatihə surəsinin Rus dilinə tərcüməsi necə olmalıdır? 22.04.10 172 dəfə oxundu
32 Bəqərə surəsinin 93-cü ayəsi 25.04.10 104 dəfə oxundu
33 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 93 dəfə oxundu
34 Quranı Başa Düşmək 26.04.10 381 dəfə oxundu
35 Həmd, şükür, təşəkkür və mədh etmək nə deməkdir? 27.04.10 84 dəfə oxundu
36 Peyğəmbər Qurani-Kərimi necə təbliğ və şərh edib? 28.04.10 79 dəfə oxundu
37 Quranda şirklə əlaqədar hansı ayələr var? 05.05.10 107 dəfə oxundu
38 İblisin Haqq Yoldan Azmağı 12.05.09 286 dəfə oxundu
39 Bəqərə surəsi, 7-ci ayə (II hissə) 28.03.10 130 dəfə oxundu
40 Nəsx nədir? Hansı mənaları bildirir? 26.05.10 239 dəfə oxundu
41 Где рай: на небе или где? 29.08.10 58 dəfə oxundu
42 Как понять аят 19-ый суры Хадид? 31.08.10 45 dəfə oxundu
43 Коран: чтение с текста и наизусть 02.09.10 31 dəfə oxundu
44 Коран: люди и джинны 05.09.10 41 dəfə oxundu