Müsəlmanlar
İblis mələklərin müəllimi idi?

İblis mələklərin müəllimi idi?

Sual: İblis Allahın dərgahından qovulmamışdan qabaq məlklərin müəllimi olub?

Cavab: Quran və mötəbər hədislərdə İblisin Allahın dərgahından qovulmadan əvvəl mələklərin müəllimi olmağı ilə əlaqədar dəqiq bir məlumat yoxdur. Quranda 11 ayədə İblis sözü işlədilir. Bunların əksəriyyətində Allahın mələklərə Adəmə səcdə əmri verməyindən və İblisin bu əmrə zidd çıxmağından bəhs olunur. ((Bəqərə, 2/34; Əraf, 7/11.))

Ayələrdəki səcdə əmri ümumi mənada mələkləri əhatə edir. Buna əsasən İblisin də həmin kateqoriyaya daxil olduğunu deyənlər olub.

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:

http://www.muselmanlar.com/fitvalar/481.html

http://www.muselmanlar.com/fitvalar/1817.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.