Peyğəmbərin bağışlanma üçün duası hansı məqsədi daşıyır?
Müsəlmanlar > Fitvalar > Quran > Tövbə Tarix: 08 Temmuz 2012 Tövsiyə et Çap et
Sual: Nisa surəsinin 64-cü ayəsini nə cür başa düşmək lazımdır? Bəzi təriqətlərin nümayəndələri bu ayəni çox işlədirlər.

Cavab: Həmin ayənin tərcüməsi aşağıdakı kimidir:

“Biz hansı elçini göndərdiksə, bizim məlumatımız daxilində ona boyun əyilsin deyə, göndərdik. Onlar özlərini pis vəziyyətə saldıqda sənin yanına gəlsələr və (sənin hüzurunda) Allahdan bağışlanma diləsəydilər, sən də onların əfv olunmağı üçün dua etsəydin1 , o vaxt Allahın tövbələri qəbul etdiyini və nə qədər rəhmli olduğunu əlbəttə, görəcəkdilər.”

Tövbə qayıtmaq deməkdir. İnsanın öz günahlarına görə peşman olmağı və bir də o günahı etməmək qərarına gəlməyi tövbə deməkdir. Allahdan bağışlanma diləməyi isə itiğfar adlandırılır. Bu, onun tək başına gördüyü bir işdir. Ona görə də Quranın tövbə ilə əlaqədar buyuruqları birbaşa günahkarlara müraciət edir. Çünki bizim dinimizdə xristianlıqdakı kimi günah çıxartmaq yoxdur. Tövbə etmək üçün hansısa din xadiminin yanına getmək də lazım deyil:

http://www.muselmanlar.com/fitvalar/1612.html

Yuxarıdakı ayə tövbə və istiğfardan bəhs edir. İnsanların səhv bir hərəkət etdikləri vaxt peyğəmbərin (s. a. v.) yanına getməyi onların peşman olmağı deməkdir. Bu, bir tövbədir. Allahdan onları bağışlamağı diləməkləri də istiğfardır. Peyğəmbərin bağışlanma diləməyi isə onlar üçün Allaha dua etməyi deməkdir. Allahın elçisinin (peyğəmbər) duasını almaq çox gözəl bir haldır. Deməli, burada hansısa vasitəçilikdən söhbət gedə bilməz.

Allah Quranda belə buyurur:

“Bil ki, Allahdan başqa tanrı yoxdur! Sənin öz günahın üçün, mömin kişi və mömin qadınların günahları üçün Allahdan bağışlanma dilə. Allah gəzdiyiniz yeri də, dayandığınız yeri də bilir.” (Muhəmməd, 47/19)

Bu məsələ ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı mənbəyə müraciət edə bilərsiniz:

http://www.muselmanlar.com/kitablar/4357.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Ayənin əsl mənası “Elçi də onların bağışlanmağı üçün dua etsəydi” formasındadır. “Sən də onların bağışlanmağı üçün dua etsəydin” ifadəsinin əvəzinə belə deyilməyi Ərəb ədəbiyyatındakı iltifatdan irəli gəlir. Bu ifadə tərzi Ərəb dilində zənginlik olduğu halda, bizim dilimizə tərcümədə təəccüb hissi yaradır. Çünki bizim dilimizdə belə bir qayda yoxdur. Ona görə də ayəyə cümlənin axarına əsasən tərcümə-məna verilib. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
3.908 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Allah hər günahkar insana tövbə üçün möhlət verir? 02.01.12 2.310 dəfə oxundu
2 Nədamət 28.02.12 1.389 dəfə oxundu
3 Peyğəmbərin bağışlanma üçün duası hansı məqsədi daşıyır? 08.07.12 3.908 dəfə oxundu
4 Evlənməmişdən qabaqkı günahımız evlənəndə bağışlanır? 22.07.12 9.343 dəfə oxundu
5 Kiçik günahlardan uzaq durmayanlar Cəhənnəmə daxil olacaqlar? 05.01.15 1.587 dəfə oxundu
6 Qurana görə tövbəsi qəbul edilməyənlər kimlərdir? 10.02.17 1.037 dəfə oxundu
7 Qiyamət saatını görənlərin son andakı imanı qəbul ediləcəkmi? 15.05.17 744 dəfə oxundu
8 Allah şirk günahını insan tövbə etsə də, heç vaxt bağışlamır? 01.03.10 3.817 dəfə oxundu
9 Peşman olan bir oğru, oğurluğunun kəfarətini necə ödəyə bilər? 06.10.17 208 dəfə oxundu
10 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 3.284 dəfə oxundu
11 Tövbəmizin qəbul olunub olunmadığını hardan biləcəyik? 27.11.17 292 dəfə oxundu
12 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 12.573 dəfə oxundu
13 İnsan nəyə görə günah edir? Hər günahın tövbəsi var? 19.04.10 3.361 dəfə oxundu
14 Təriqətlərdə mövcud olan tövbə almaq nə deməkdir? 12.02.10 2.172 dəfə oxundu
15 Tövbə edə bilmədən ölən insanın halı necə olacaq? 21.02.11 2.483 dəfə oxundu
16 Bizim savablarımız puç ola bilər? 09.03.11 1.538 dəfə oxundu
17 Kiçik günahlar əfv olunacaqsa, Allaha yalvarmağın nə mənası var? 08.09.11 2.051 dəfə oxundu
18 Allahın bir əmrini yerinə yetirməmək bizi kafir edir? 27.11.14 1.287 dəfə oxundu