Məzhəblər Qurana qəsdən səhv tərcümə və təfsir veriblər?
Müsəlmanlar > Fitvalar > İslam tarixi > Məzhəblər Tarix: 06 Temmuz 2012 Tövsiyə et Çap et
Sual: Sizin fikrinizcə məzhəblərin Qurani-Kərimə səhv təfsir və tərcümə verməyi qəsdən olub, yoxsa yox? Ya da onların buna elmi çatmırdı? Başqa bir ehtimal da ola bilər. Bəlkə də, o dövrdə ulu-l-əmr, yəni, dövlət xatirinə belə səhvlərə yol verilib. Bu məsələyə münasibətiniz necədir?

Cavab: Mən bu dərslərdə sizə tez-tez deyirəm ki, bu məzhəblərin belə bir fikri mənimsəməyi mümkün deyil. Çünki səhv ətrafında birləşmək mümkün deyil. Düzgün məsələlərdə həmrəy olmaq mümkündür, səhvlərdə isə deyil. Elə isə belə çıxır ki, bu kimi şeylər müəyyən mütəşəkkil güclər tərəfindən dəyişdirilib. Ümid edirik ki, tarixçilər bununla əlaqədar həqiqətləri üzə çıxardarlar. Hər şey çox açıqdır. Əgər məzhəblərin liderləri olan imam-alimlər İslamın ən qəddar düşmənləri olsaydılar belə, yenə də bu cür səhvlərdə həmfikir olmazdılar. Əlavə olaraq, tədqiq etdikcə məlum olur ki, onlar ciddi surətdə dindar insanlar olublar. Bunu onların öz əsərlərindəki ifadələrindən də başa düşmək olur. Elə isə bu cür güclü əsərlər yazan insanlar elementar səhvlər edərdilərmi?

Bu məsələni bu hala salan Abbasilər olublar. Onların dövründə Abbasi olan insanlar sarayda təcrid edilmiş, xalqla əlaqələri kəsilmişdir. İşləri-gücləri Bərməki və Büveyhilərlə məşğul olmaq olub. Beləcə, Sasanilər İslamdan intiqam alıblar.

Odur ki, biz bu məsələləri təzədən tədqiq etməliyik. Sizə bir misal verim: Bir az bundan qabaq bir nəfər gəlib məndən üzr istədi. Dünən bizdən yazılı bir sual soruşub, biz də dərhal cavab verməmişik. O da əvvəlcə bundan narazı olduğunu bildirdi, sonra əsl məsələni başa düşüb üzr istədi. Demək istəyirəm ki, bizim tədqiqatlarımız 2 dəqiqədə ərsəyə gəlmir, hamısı uzun illərin məhsuludur.

İnşallah hamımız birlikdə çox böyük bir tədqiqat mərkəzi qurarıq. Mən belə inanıram ki, Süleymaniyyə əl yazmaları kitabxanasında (dünyanın bu sahədəki ən əhəmiyyətli kitabxanasıdır) ciddi bir tədqiqat aparılsa, bu məsələlərin həqiqi tərəfi üzə çıxar. Çıxsa da, çıxmasa da, Allaha şükür, əlimizdə Allahın kitabı və peyğəmbərimizin (s. a. v.) hədisləri var. Təəssüf ki, indi insanlar hədis düşməni kimi tərbiyə olunurlar. Nə edək, belə şeylərin baş verməyi təbiidir. Əsas odur ki, həqiqətləri ifadə edən insanlar olsun.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.666 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bir müsəlman həmişə bir məzhəbə sadiq qalmalıdır? 18.10.11 1.512 dəfə oxundu
2 Dini məsələlərdə bir alimə tabe olmaq səhvdir? 09.02.12 2.156 dəfə oxundu
3 Cəhmiyyə 27.02.12 1.824 dəfə oxundu
4 Bir məzhəbə mənsub olmaq dində lazım olan şeylərdəndir? 03.08.09 1.928 dəfə oxundu
5 Məzhəblər Qurana qəsdən səhv tərcümə və təfsir veriblər? 06.07.12 1.666 dəfə oxundu
6 Məzhəblərdən birinə üstünlük vermək 03.08.09 1.597 dəfə oxundu
7 Məzhəb imamlarının və alimlərin həyatımızdakı mövqeyi 02.01.14 1.262 dəfə oxundu
8 Məzhəblərin bir-birindən fərqi nədən ibarətdir? 03.08.09 1.819 dəfə oxundu
9 Şiələr möminlərin analarına necə dil uzada bilirlər? 07.10.16 1.113 dəfə oxundu
10 Saytınızdakı yazılar hansı məzhəbin fikirlərinə əsasən yazılır? 03.08.09 2.036 dəfə oxundu
11 Neçə haqq məzhəb vardır? 02.12.16 1.379 dəfə oxundu
12 Hansı məzhəbə mənsub olanlar cənnətə gedəcəklər? 03.08.09 2.141 dəfə oxundu
13 Bir müsəlman, dinini yaşamaq üçün hər hansı məzhəbə bağlanmalıdırmı? 22.09.17 188 dəfə oxundu
14 İslam dini və məzhəblər mürtədlərə necə yanaşır? 11.06.10 2.272 dəfə oxundu
15 Dini məsələlərdə məzhəbini, təriqətini istinad almanın hökmü nədir? 11.12.17 407 dəfə oxundu
16 Siz hansı məzhəbə qulluq edirsiniz? 09.02.11 2.685 dəfə oxundu
17 Müsəlmanların sünni və şiə deyə ayrılmalarının səbəbi nədir? 01.04.19 501 dəfə oxundu
18 Məzhəblər nə cür yaranıb? 23.03.11 2.369 dəfə oxundu
19 Hansı məzhəbə tabe olmaq lazımdır? 29.04.19 243 dəfə oxundu
20 Ali-İmranın 100-cü ayəsi məzhəb tərəfgirliyini qadağan edir? 14.04.11 1.749 dəfə oxundu
21 Hənəfi bir nəfər Şafei bir pişnamaza iqtida edə bilər? 24.04.11 2.454 dəfə oxundu
22 Mötəzilə, Əşariyyə və Maturidiyyə cərəyanlarının hansı Qurana müvafiqdir? 07.07.11 1.828 dəfə oxundu
23 Biz özümüzü mütləq hansısa bir məzhəbə aid etməliyik? 08.07.11 1.745 dəfə oxundu
24 Namaz üçün mütləq bir məzhəbə tabe olmaq lazımdır? 27.05.14 1.746 dəfə oxundu