Müsəlmanlar

Osmanlı sultanları nəyə əsasən çoxlu kəniz saxlayıblar?

Sual: Məlumdur ki, Qurana əsasən bir kişi 4 qadınla evlənə bilər. Bəs xəlifə və sultanlar necə? Onlar bu məsələdə xüsusi imtiyaza malikdirlər? Əgər belə bir imtiyaz yoxdursa, Osmanlı sultanları nəyə əsasən çoxlu – 4-dən artıq kəniz saxlayıblar?

Cavab: Biz tez-tez təkrar edib deyirik ki, Quranın Nisa surəsinin 3, 24 və 25-ci ayələrinə əsasən nikahsız əsir qadınlarla əlaqədə olmaq qadağan edilib, haramdır. Bununla belə, nikah kəsildiyi vaxt 4-dən artıq qadınla evlənmək olmur. Əlavə olaraq, bir nəfərin azad olan xanımı varsa, əsir qadınla evlənməyi mümkün deyil. Bu da müvafiq ayədə açıq-aydın surətdə ifadə olunub.

Həqiqətən də, çox maraqlıdır. Məsələ burasındadır ki, mən indiyədək əsirlərlə əlaqədar olaraq Qurana əsasən fitva verən İslam alimi görməmişəm. Bununla bağlı hansısa bir təfsirə də rast gələ bilməmişəm. Halbuki Quran çox açıq surətdə əsir qadınların kəniz kimi istifadəsinin mümkün olmadığını bildirir. Onlarla nikahsız əlaqədə olmağın qeyri-mümkün olduğunu da bildirir.

Belə çıxır ki, müvafiq ayələrin hamısına səhv məna verilib. Həm də şüurlu surətdə! Nəticədə əsir qadınlar say baxımından məhdudiyyət qoyulmadan və nikaha ehtiyac olmadan bazarda alınıb satılan bir “əmtəə” halına gətirilib.

Hənəfi məzhəbinin İbn Abidin adlı məşhur alimi öz əsərində belə deyir:

“Bir nəfərin 1000 kənizi olsa, əlavə 1 kəniz də almaq istəsə və arvadı ona: “Onu alsan, özümüm öldürərəm!”, – desə, qadının (arvadının) kafir olmağından qorxmaq lazımdır.” Görəsən niyə? Çünki guya bu qadın Allahın halal hesab etdiyini haram hesab edib!

Odur ki, Osmanlı sultanlarını deyil, onlara belə fitva verənləri ittiham etmək lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.