Müselmanlar
Müsəlman televizor və mətbuata nə cür yanaşmalıdır?

Müsəlman televizor və mətbuata nə cür yanaşmalıdır?

Sual: Məni bir məsələ maraqlandırır: Müsəlman bir şəxs hal-hazırkı dövrdə televiziya proqramlarına necə yanaşmalıdır? Ümumiyyətlə qəzet və jurnalları seçərkən nəyi əsas götürmək lazımdır?

Cavab: İndiki dövrdə insana canlı mühitlər qədər təsir edən, hətta ondan da çox təsir göstərən 2 mühit var: Bunlardan biri televizor, digəri isə mətbuatdır.

Əgər evdə televizor varsa və işlədilirsə, verilişləri diqqətlə seçmək lazımdır. Fizki quruluşları (boy-buxun və sairə) insanın zehin və ürəyində özünə yer tutan aktyor və aktrisaların oynadığı, o cümlədən içində erotik məqam və səhnələr olan verilişlərdən mütləq surətdə uzaq durmaq lazımdır.

Televiziya veriliş və yayımları kimi oxunan qəzet və jurnallar da diqqətlə seçilməlidir. Beləliklə, içərisində İslami dəyərlərlə, habelə iman və əxlaq dəyərləri ilə ziddiyyət təşkil edən yazı və şəkillər olan nəşrlər evə buraxılmamalıdır.

Televizor və mətbuat məsələsində lazımi etina və həssaslıq olmadıqca ailənin ümumi mənada İslami, xüsusi mənada isə cinsi əxlaqını qorumaq çox çətin olur.

Yuxarıda qısa formada izah etdiyimiz məsələlərdə ehtiyatlı olmaq lazımdır. Çünki haram məsələsində olduğu kimi, harama aparan əməl və münasibətlərdən uzaq durmaq da Quranın bizə buyurduğu əsas öhdəliklərdəndir.

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/1456.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin