İslamda isqatu-s-səlat deyilən bir şey var?
Müsəlmanlar > Cənazə-meyyit > Fitvalar > Ölümdən sonrakı həyat Tarix: 25 Haziran 2012 Tövsiyə et Çap et
Sual: Bizim rayonda (İsparta, Türkiyə) bir nəfər öləndə: “Altı üstü və 3 savm (oruc), 2 and”, - deyir və camaata 35 lirə pul paylayırlar. Həmin 3 savm və 2 andı mərhumun ölməmişdən qabaq tuta bilmədiyi və tutmadığı oruc və andlarının kəffarəsi üçün yerinə yetirirlər. Bu məsələ İslama nə dərəcədə müvafiqdir?

Cavab: Fiqh elmində (İslam hüququ) bu məsələ “isqatu-s-səlat (namaz borcunu aradan qaldırmaq) və “isqatu-s-savm (oruc borcunu aradan qaldırmaq)” kimi bilinir. Lakin mövcud olan bütün dəlil-sübutlar belə bir şeyin qeyri-mümkün olduğunu göstərir. Allah belə deyir:

وَأَنْفِقُوا مِنْ مَا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ أَحَدَكُمُ الْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَا أَخَّرْتَنِي إِلَى أَجَلٍ قَرِيبٍ فَأَصَّدَّقَ وَأَكُنْ مِنَ الصَّالِحِينَ

“Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin.

Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır.” (Münafiqun, 63/10-11)

Ölən şəxsin özündən sonra qoyduğu mal-mülk varislərinə məxsus olur. O öldükdən sonra həmin mallar varislərə keçdiyinə görə ondan ölənin adından nəsə xərcləməkdən söhbət gedə bilməz.

عَلِمَتْ نَفْسٌ مَا قَدَّمَتْ وَأَخَّرَتْ

“Hər insan nəyi etmiş, nəyi sonraya saxlayıbsa, onu biləcəkdir.” (İnfitar, 82/5)

Bir dəfə əshabələrdən biri Muhəmməd peyğəmbərin (s. a. v.) yanına gəlib belə soruşdu:

– Hansı sədəqə daha yaxşıdır?

Peyğəmbər bu suala cavab olaraq belə dedi:

“Bu, sənin sağlam, olduqca xəsis olduğun, kasıblıqdan qorxan və varlı olmağı arzuladığın bir vaxtda verdiyin sədəqədir. (Odur ki) Bu işi can boğaza yetişib: “Filankəsə bu qədər, filan adama da bu qədər”, – deyənə qədər gecikdirmə. Diqqət yetir, o mal onsuz da o filankəsin olubdur.”1

http://www.muselmanlar.com/fitvalar/3390.html

Yeri gəlmişkən, Türkiyə diyanət vəqfi tərəfindən nəşr olunan İslam ensiklopediyasında bu məsələ ilə əlaqədar olaraq məlumatlar var:

“Bu isqat namaz, oruc, qurban, nəzir və kəffarə kimi ibadət və borcları ifadə etmir; ölən bir nəfəri həmin borclardan xilas etmək üçün kasıblara fidyə verməyi bildirir. Həzrəti peyğəmbər, əshabələr, tabein və ətbəi-tabein dövrlərində bu mənada bir isqat olmayıb.

İbadətlər və bu xüsusiyyətə malik olan kəffarələr Allahın haqqı hesab edilir. Ona görə də onlara bir qayda olaraq isqat tətbiq etmək olmaz. Dini öhdəliklərin yerinə yetirilməsi məsələsində şəxsin niyyəti və ibadətin Allah rizası üçün olmağı ibadətin əsasını təşkil edir. İbadətin yerinə yetirilmə forması isə onun fiziki tərəfini təşkil edir. Odur ki, ibadətlər ancaq Allahın müəyyən etdiyi səbəblərdən asılı olaraq və Onun əmr etdiyi kimi yerinə yetirilsə, həyata keçirilmiş hesab olunur.”2

Nəticə olaraq, sualınızda qeyd etdiyiniz mənada isqat mümkün deyil. İslamda belə bir şey yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Vəsaya, 7. Baxın: Buxari, Zəkat, 10; Müslim,  Zəkat, 92 (1032). []
  2. Baxın: Ali Bardakoğlu, “Iskat”, qeyd edilən mənbə, 19-cu cild, s. 137-143. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.577 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Axirətdə kim dünyada 1 gün, ya da daha az qaldığını güman edəcək? 29.08.14 1.437 dəfə oxundu
2 Əzrailin adı Quran və hədislərdə var? 14.03.12 2.840 dəfə oxundu
3 “Hüzurumuza ilk yaratdığımız kimi gəldiniz” ayəsini necə başa düşəcəyik? 03.07.17 245 dəfə oxundu
4 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 3.056 dəfə oxundu
5 Peyğəmbər deyib ki, rəhmətliklərinizə Yasin oxuyun? 14.05.12 15.256 dəfə oxundu
6 Allah, istədiyi adamın canını vaxtından qabaq alırmı? 28.01.19 327 dəfə oxundu
7 Axirət günü ilə Qiyamət günü eyni gündür, yoxsa ayrı? 27.04.10 3.735 dəfə oxundu
8 İhdad 18.05.12 1.301 dəfə oxundu
9 Ölüm ilə yenidən diriliş arasındakı müddət nə qədər olacaq? 04.01.19 286 dəfə oxundu
10 Ölüm qorxusu 16.12.10 4.373 dəfə oxundu
11 İslamda isqatu-s-səlat deyilən bir şey var? 25.06.12 1.577 dəfə oxundu
12 Deyirlər ki, dünya axirətin tarlasıdır. Bunu necə izah etmək olar? 04.08.09 1.794 dəfə oxundu
13 Ayə olmağına baxmayaraq mollalar nə üçün ölüyə təlqin edirlər? 27.06.12 1.848 dəfə oxundu
14 İnsan ürəyindən keçən şeylərə görə cavabdehdir? 11.02.11 2.405 dəfə oxundu
15 İnsan öldükdə ruhla bədənin əlaqəsi yerli-dibli kəsilir? 27.08.12 2.625 dəfə oxundu
16 Tövbə edə bilmədən ölən insanın halı necə olacaq? 21.02.11 2.500 dəfə oxundu
17 Hal-hazırda Cənnət və Cəhənnəm var? 01.03.13 2.640 dəfə oxundu
18 Bir kişi ölən arvadının meyyitini yuya bilər? 03.03.11 2.658 dəfə oxundu
19 Axirətdə kimin nə deyəcəyi bu dünyada müəyyən olunub? 29.06.13 1.972 dəfə oxundu
20 Biz Cənnətdə Allahı görə biləcəyik? 10.03.10 3.818 dəfə oxundu
21 Cənnətdə hamı Allahı görəcək? 04.03.11 2.523 dəfə oxundu
22 Hud 106-108-ci ayələrə əsasən Cənnət və Cəhənnəmin bir axırı var? 21.12.13 1.710 dəfə oxundu
23 Balaca vaxtı ölənlər Cənnətdə də o cür qalacaqlar? 18.05.14 1.793 dəfə oxundu
24 Ölünün dalınca Quran oxumağın nə mənası var? 20.03.11 3.830 dəfə oxundu
25 İnsan öləndən sonra bəzi əməlləri yazılmağa davam edir? 25.01.14 2.055 dəfə oxundu
26 Ölüyə Quran tapşırmaq 11.03.11 22.355 dəfə oxundu
27 Günahkarlar Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar? 18.04.11 2.199 dəfə oxundu
28 Ölüm əsnasında insanın cənnətlik və ya cəhənnəmlik olduğu bilinirmi? 13.11.15 1.411 dəfə oxundu
29 Üç aylarda vəfat edənlər həqiqətən də, haqq-hesaba çəkilmirlər? 07.01.10 3.048 dəfə oxundu
30 Ölünün dalınca verilən nəzirin savabı ölüyə çatır? 27.04.11 3.076 dəfə oxundu
31 Böyük günah törədən mütləq surətdə Cəhənnəmə vasil olacaq? 08.02.15 1.306 dəfə oxundu
32 Axirətdə günahkar möminlərin vəziyyəti necə olacaq? 22.01.10 2.925 dəfə oxundu
33 Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir? 01.07.11 2.094 dəfə oxundu
34 Cənnətin altından çayların axdığını nə cür başa düşmək lazımdır? 25.05.15 1.310 dəfə oxundu
35 Bizim bu dünyada qayəmiz Cənnəti qazanmaqdır yoxsa Allah rizasını? 07.08.09 1.962 dəfə oxundu
36 Ana bətnində ölən körpələr Cənnətə daxil olacaqlar? 27.10.11 2.457 dəfə oxundu
37 Meyyit namazında: “Haqqımı halal etmirəm” deməyin hökmü nədir? 28.05.15 1.332 dəfə oxundu
38 Qiyamət günü Allah Təala kimlərə kömək edəcəkdir? 19.02.16 1.032 dəfə oxundu
39 Qurana əsasən insan öldüyü vaxt güclü ağrı hiss edir? 27.02.12 5.330 dəfə oxundu
40 Cənnətin içində birdən artıq cənnət varmı? 29.08.16 655 dəfə oxundu
41 Cənnət və Cəhənnəm əbədidir? 16.04.10 2.589 dəfə oxundu
42 İnsan öldüyü vaxt şeytan imanını almaq üçün gəlir? 26.01.11 2.903 dəfə oxundu
43 Qiyamət saatını görənlərin son andakı imanı qəbul ediləcəkmi? 15.05.17 762 dəfə oxundu