Müselmanlar
Kişi öldü. Arvadı, 3 oğlu, 2 qızı qaldı. Miras nə cür bölüşdürülməlidir?

Kişi öldü. Arvadı, 3 oğlu, 2 qızı qaldı. Miras nə cür bölüşdürülməlidir?

Sual: Biz evdə 5 uşağıq. 3 qardaş, 2 bacıyıq. Atamız öldü. Ondan bizə 150000 manat qaldı. Anamız sağdır. İslam hüququna əsasən mirası öz aramızda necə bölə bilərik?

Cavab: Bu halda ölənin arvadı (ananız) mirasın səkkizdə birini özünə götürür. Qalanı da uşaqların arasında bölüşdürülür. Oğlan uşaqları 2 qız payı alırlar. Buna əsasən miras 64 pay olur. Ananız səkkizdə birini – 8 payı alır. Qalan 56 hissədən hər bir oğlan uşağı 14 pay alır. Hər bir qız isə 7 pay.

150000 manatı 64 yerə böldükdə bir pay 2 min 343 manat 75 qəpik olur. Elə isə miras bu cür bölünməlidir:

Ölən kişinin arvadı (sizin ananız) üçün: 8 x 2,343,75 = 18 min 750 manat

Hər bir oğlan uşağı üçün: 14 x 2,343,75 = 32 min 812 manat (ümumilikdə 98 min 437 manat)

Hər bir qız uşağı üçün: 7 x 2,343,75 = 16 min 406 manat (ümumilikdə 32 min 812 manat)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin