Müsəlman olmayanları nəyə görə Məkkəyə buraxmırlar?
Müsəlmanlar > Fitvalar > Qeyri-müsəlmanlar Tarix: 15 Haziran 2012 Tövsiyə et Çap et
Sual: Məlumdur ki, Məkkə və Mədinə kimi müqəddəs yerlərə müsəlman olmayanları buraxmırlar. Bunun əsas səbəbi nədir? Məgər insanları sırf müsəlman olmadıqlarına görə Allahın evi olan yer və torpaqlardan uzaqlaşdırmaq düzgün bir işdir? Quranda bununla əlaqədar nəsə var?

Cavab: Allah sadəcə olaraq peyğəmbərimizi və müsəlmanları Məkkədən çıxmağa məcbur edən müşriklərin Məkkəyə girməyini qadağan edib. Amma Quran ayələri öz kontekstində deyil, başqa cür mütaliə edildiyin üçün səhv nəticələr yaranıb. O səhvlərdən biri də müsəlman olmayanları Məkkə və Mədinəyə buraxmamaqla əlaqədardır. Başqa cür desək, bir səhv də irəli sürülən bu iddiadır.

Müsəlman olmayanları Məkkəyə buraxmamaqla əlaqədar Quran ayəsi aşağıdakı kimidir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلاَ يَقْرَبُواْ الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَـذَا وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللّهُ مِن فَضْلِهِ إِن شَاء إِنَّ اللّهَ عَلِيمٌ حَكِيمٌ

“Ey iman gətirənlər! O müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, (bilin ki,) Allah əmr etdiyi təqdirdə Öz lütfündən (bəxş etməklə) sizi varlandırar. Allah Biləndir, düzgün qərar verir.” (Tövbə, 9/28)

Ayədəki “o müşriklər الْمُشْرِكُونَ sözü Tövbə surəsinin əvvəlində haqlarında danışılan müşrikləri ifadə edir. Onlara törətdikləri cinayətə bərabər bir cəza verilməyi tələb olunur.

Bu məsələ ilə əlaqədar ayələrdən biri də budur:

وَأَخْرِجُوهُم مِّنْ حَيْثُ أَخْرَجُوكُمْ

“Onların sizi çıxartdıqları yerdən siz də onları qovun.” (Bəqərə, 2/191)

Müşriklər peyğəmbərimizi Məkkədən çıxmağa məcbur etdikləri üçün onlara belə bir xəbərdarlıq edilmişdi:

وَإِن كَادُواْ لَيَسْتَفِزُّونَكَ مِنَ الأَرْضِ لِيُخْرِجوكَ مِنْهَا وَإِذًا لاَّ يَلْبَثُونَ خِلافَكَ إِلاَّ قَلِيلاً. سُنَّةَ مَن قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِن رُّسُلِنَا وَلاَ تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلاً

“Səni bu torpaqlardan çıxartmaq üçün az qalmışdı ki, yerindən oynatsınlar. Çünki səni qovduqdan sonra özləri də (orada) ancaq az bir müddət qala bilərdilər.

Səndən əvvəl göndərdiyimiz elçilərə tətbiq olunan qanun budur. Sən Bizim qayda-qanunlarımızda heç bir dəyişiklik tapa bilməzsən.” (İsra, 17/76-77)

Müsəlmanlar Məkkəni fəth etdikdən sonra müsəlmanlarla bağladıqları müqaviləni pozan müşriklərə 15 ay ərzində toxunulmayıb. Ancaq sonra onlara 4 ay əlavə möhlət verilib. Deyilib ki, Məkkədən çıxın, əks təqdirdə, tapıldığınız yerdə qətl ediləcəksiniz. Müvafiq ayələr belədir:

“Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə əlaqələrin kəsilməsi barədə bir xəbərdarlıq!

Bu torpaqlarda 4 ay da gəzib dolaşın. Bilin ki, Allahı naəlac qoya bilməzsiniz. Amma Allah özünü görməməzliyə vuran kafirləri biabır edər.

Bu böyük həcc günündə Allah və Onun Elçisi tərəfindən bütün insanlara bildirilən budur: Allahın müşriklərə bir dəstəyi yoxdur. Elçisinin də elə. Ey müşriklər! Tövbə etsəniz, öz xeyrinizə olar. Üz döndərsəniz, bilin ki, siz Allahı əlacsız qoya bilməzsiniz. Kafirləri amansız bir əzabla müjdələ.

Bu xəbərdarlıq sizinlə saziş bağlayan və sonra bir təqsirə yol verməyən, sizə qarşı kimi isə dəstəkləməyən müşrikləri əhatə etmir (onlar bundan kənardırlar). Onlara qarşı olan əhdinizi müddəti başa çatana qədər qoruyun. Allah qorunanları sevər.

(Dörd) haram ay1 qurtardıqda o müşrikləri2 tapdığınız yerdə (harda rast gəlsəniz) öldürün. Onları tutun, mühasirəyə alın, onlar üçün hər müşahidə yerində oturun. Əgər tövbə etsələr, namaz qılıbn zəkat versələr, yollarını açın. Allahın bağışlamağı çox, ikramı boldur.

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Belə et. Çünki onlar biliksiz bir camaatdır.” (Tövbə, 9/1-6)

Müqaviləni pozmayan müşriklər üçün bir qadağa qoyulmayıb. Lakin sazişi pozanlar müvəqqəti olsa da, Məkkəyə girə bilməyəcəkdilər. Məlumdur ki, bu, Məkkənin iqtisadi həyatına təsir edəcəkdi. Aşağıdakı ayədə məsələnin həmin cəhəti vurğulanır:

“Ey iman gətirənlər! O müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, (bilin ki,) Allah əmr etdiyi təqdirdə Öz lütfündən (bəxş etməklə) sizi varlandırar. Allah Biləndir, düzgün qərar verir.” (Tövbə, 9/28)

Yuxarıdakı ayələrdən başa düşülür ki, Məkkəyə girmək qadağası peyğəmbər və müsəlmanları Məkkədən çıxardan və sonra bağlanmış sazişi pozan müşriklərlə əlaqədardır. Buna baxmayaraq Quran ayələri lazım olduğu kimi deyil, başqa tərəflərə çəkilib oxunmuş, nəticədə müsəlmanların müsəlman olmayanlarla münasibətləri düzgün qiymətləndirilməmişdir. Misal üçün, İmam Malik müsəlman olmayanların istər Məscidi-Harama, istərsə də digər məscidlərə girməyinin qadağan olduğunu deyib. İmam Şafeinin fikrincə müsəlman olmayanlar xüsusilə Məscidi-Haramdan uzaqlaşdırılmalıdırlar. Buna görə də İslam dövlət başçısı Məkkədə olsa və müşriklərdən bir elçi gəlsə, dövlət başçısı onu Haram ərazisindən kənarda qəbul etməlidir. Əbu Hənifə isə belə hesab edir ki, müşriklərə qadağan olan Məkkədə həcc və ömrə ziyarətləridir. Yəni, “Məscidi-Harama yaxınlaşmasınlar” “Həcc və ömrəyə gəlməsinlər” deməkdir. Bu o deməkdir ki, onlara həcc daxilində Haram bölgəsinə girmək, Məkkə, Ərəfat və Müzdəlifə kimi yerlərdə müsəlmanlarla birgə həcc mənasikini yerinə yetirmək qadağandır. Odur ki, başqa məscidlərə və həclə əlaqədar olmayan məsələlərdə onlara icazə vermək olar.3

Müsəlmanların müsəlman olmayanlarla münasibətlərini tənzimləyən Quran ayələri bunlardır:

“Allah din barəsində sizinlə müharibə etməyən və sizi yurd-yuvanızdan çıxartmayan kəslərə yaxşılıq etməyinizi və onlara qiymət verməyinizi qadağan etməz; düzü, Allah qədir-qiymət bilənləri (ədalətli olanları) sevər. Allah yalnız sizinlə din yolunda vuruşanları, sizi yurd-yuvanızdan çıxardanları və çıxartmaqlarına kömək edənləri özünüzə dost tutmağınızı qadağan edər. Onlarla dostluq quranlar əsl zalımlardır”. (Mumtəhinə, 60/8-9)

Yuxarıdakı ayələrdən belə məlum olur ki, bizim müsəlman olmayanlarla münasibətlərimizdə 3 “qırmızı xəttimiz” vardır:

1) Onların bizimlə dinimizə görə müharibə etmələri;

2) Bizi yurd-yuvamızdan çıxartmaqları;

3) Bizi yurd-yuvamızdan çıxardanları dəstəkləmələri.

Ətraflı məlumat üçün bu keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/434.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Yuxarıdakı xəbərdarlıq haram ayların 2-cisi olan Zilhiccədə edilmişdi. Buradakı haram aylar (əl-əşhurul-hurum) məlum olan aylar deyil, 2-ci ayədə bildirilən 4 aydır. Ona görə haram adlandırılır ki, bu müddət ərzində tərəf-müqabillər toxunulmaz hesab olunur. []
  2. Sazişi pozan müşriklər nəzərdə tutulur. []
  3. Baxın: Elmalılı Muhammed Hamdi Yazır, Haqq dini Quran dili, Tövbə surəsinin 28-ci ayəsinin təfsiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.553 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quran təbliğ olunmayan bir insan Allah dərgahında cavabdehdir? 05.04.10 2.079 dəfə oxundu
2 Bəşəriyyət üçün yaxşı işlər görən qeyri-müsəlmanlara rəhmət oxumaq olar? 11.04.11 1.732 dəfə oxundu
3 Yəhudilərin təhrif etdikləri sözlər hansılardır? 25.03.13 1.334 dəfə oxundu
4 Cizyə vergisi nədir, kimdən alınır? 29.01.18 160 dəfə oxundu
5 Peyğəmbər yəhudilərlə al-ver edib? 19.12.09 1.965 dəfə oxundu
6 Yəhudilər anadangəlmə lənətləniblər? 20.04.11 4.547 dəfə oxundu
7 Qeyri müsəlman bir ailənin övladı kimi dünyaya gələn insanın bəxti yoxdur? 25.04.13 1.337 dəfə oxundu
8 Müsəlman ölkəsində Kilsənin təmir edilməsi doğrudurmu? 23.02.18 128 dəfə oxundu
9 Yəhudi və xristianlarla əməkdaşlıq etmək olar? 13.04.10 2.022 dəfə oxundu
10 Müsəlmanlar Quranın yandırılmasına nə cür reaksiya verməlidirlər? 28.04.11 1.612 dəfə oxundu
11 Qeyri-müsəlmanlarla evlənmək olarmı? 18.04.16 1.593 dəfə oxundu
12 Qeyri-müsəlman bir ölkədə oxumağın və yaşamağın dini qəbahəti varmı? 26.03.18 148 dəfə oxundu
13 Müsəlman olmayanlara rəhmət oxumaq olar? 02.05.10 2.305 dəfə oxundu
14 Təqva nədir? Qeyri-müsəlman təqvalı ola bilər? 07.03.11 3.422 dəfə oxundu
15 Qeyri-müsəlmanın ovladığı balıq və dəniz məhsullarını yemək olar? 27.06.13 1.810 dəfə oxundu
16 Muhəmməd (ə.s.)-a inanmayan əhli-Kitab cənnətə girə bilərmi? 28.09.18 165 dəfə oxundu
17 Müsəlmanların qeyri-müsəlmanlar üçün dua etməsi doğrudurmu? 26.12.15 839 dəfə oxundu
18 Müsəlman olmayanlara zəkat vermək olar? 14.07.09 2.114 dəfə oxundu
19 Qəbirlərin təhqir edilməsinə münasibət 01.11.13 1.512 dəfə oxundu
20 Yaxşı işlər görən qeyri-müsəlmanların halı necə olacaq? 22.04.19 252 dəfə oxundu
21 Xaçpərəstlər həzrəti Məryəmi də ilahlaşdırıblar? 20.06.10 2.327 dəfə oxundu
22 Həvarilər 29.06.11 1.969 dəfə oxundu
23 Qeyri-müsəlmana içki satmaq olar? 19.11.13 1.451 dəfə oxundu
24 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.539 dəfə oxundu
25 İslamı yaymaq üçün qeyri-müsəlmanlarla müharibə etmək lazımdır? 28.09.14 1.718 dəfə oxundu
26 Müsəlman olmayana sədəqə vermək olar? 01.12.13 1.379 dəfə oxundu
27 İslam əhli olmayanlara bəxşiş vermək olar? 22.06.10 1.536 dəfə oxundu
28 Kafirlər iman edənə qədər onlarla döyüşməliyik? 21.10.14 1.178 dəfə oxundu
29 Qeyri-müsəlmanlarla şərikli bizneslə məşğul olmaq olar? 06.02.15 1.109 dəfə oxundu
30 Müsəlman olmaq istəyən yəhudi əvvəl xristian olmalıdır? 11.12.10 1.783 dəfə oxundu
31 İnanmadığı halda yaxşılıq edən insan buna görə savab qazanır? 25.10.11 1.837 dəfə oxundu
32 Yəhudi və Xristianları özümüzə dost tuta bilərikmi? 18.05.15 1.147 dəfə oxundu
33 Tövrat təhrif edilib, yoxsa yox? 23.11.10 3.251 dəfə oxundu
34 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 2.357 dəfə oxundu
35 Təbliğ çatmayan yerdə qeyri-müsəlmanlar nədən məsuliyyət daşıyır? 01.10.15 920 dəfə oxundu
36 Müsəlman olmayanın haqqını yemək 20.12.10 2.062 dəfə oxundu
37 Müsəlman olmayan bir həkim müsəlman uşaqları sünnət edə bilər? 08.12.11 1.903 dəfə oxundu
38 Bir müsəlmanın qalstuk taxması doğrudurmu? 19.10.16 825 dəfə oxundu
39 Xristianlar məsciddə mərasim keçirə bilərlər? 15.06.11 1.751 dəfə oxundu
40 İslam düşmənlərini öldürmək olar? 27.12.10 2.302 dəfə oxundu
41 Ateizmlə əlaqədar təbliğata münasibətiniz nədir? 11.08.14 1.173 dəfə oxundu
42 İslam dövlətində yaşayan qeyri-müsəlmanlardan cizyə alınmalıdırmı? 21.10.16 566 dəfə oxundu
43 Qeyri-müsəlmanlar 29.06.09 1.848 dəfə oxundu
44 Allah bəzi yəhudiləri bu dünyada öldürüb təzədən diriltmişdir? 30.05.13 1.746 dəfə oxundu
45 Boykot edilən yəhudi və xristian mallarını almaq haramdır? 30.03.12 1.533 dəfə oxundu
46 Müsəlmanları öldürməyi siyasət halına gətirənlərlə yaxşı əlaqələr qurmaq olar? 28.12.16 421 dəfə oxundu
47 Bəzək üçün xaç taxmaq olar? 29.06.09 2.743 dəfə oxundu
48 Sabi nə deməkdir? Quranda sabilik barədə məlumat var? 21.05.10 2.440 dəfə oxundu
49 Dini xidmətlər üçün müsəlman olmayanlardan ianə yığmaq olar? 18.04.12 1.313 dəfə oxundu
50 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.208 dəfə oxundu
51 Qeyri-müsəlmanların xeyirli əməlləri nə olacaq? 11.04.11 1.695 dəfə oxundu
52 Bəni İsrail deyildiyi vaxt kimlər nəzərdə tutulur? 24.02.11 2.097 dəfə oxundu
53 Müsəlman olmayanları nəyə görə Məkkəyə buraxmırlar? 15.06.12 1.553 dəfə oxundu
54 Münafiqlər ən pis kafirdən də aşağıda, ən pis əzabla üzləşəcəklər? 20.01.17 351 dəfə oxundu
55 Müsəlman olmayanı tərifləmək olar? 13.02.10 1.822 dəfə oxundu
56 Başsağlığı vermək üçün kilsədəki cənazə mərasiminə getmək olar? 02.04.11 1.916 dəfə oxundu
57 Bu qədər səhvə baxmayaraq İsrail oğulları nə üçün məhv edilmədilər? 11.01.13 1.351 dəfə oxundu
58 Quranın varlığından xəbəri olan qeyri-müsəlmanlara təbliğ çatmış sayılırmı? 26.05.17 466 dəfə oxundu