Müsəlmanlar hicrətdən sonra Qüreyş karvanlarına nə üçün hücum ediblər?
Müsəlmanlar > Cihad > Fitvalar Tarix: 14 Haziran 2012 Tövsiyə et Çap et
Sual: Deyilir ki, Muhəmməd peyğəmbər Məkkədən Mədinəyə hicrət edəndən sonra orada yaşamağa başlayıb. Məkkəyə gedən karvanlara hücum edib və bundan qeyzlənən Qüreyş qəbiləsinin nümayəndələri də müsəlmanlara qarşı döyüşməyə başlayıblar. Bu əhvalat olub? Əgər olubsa, deməli, peyğəmbərimiz və əshabələri karvanlara hücum etdiklərinə görə müqəssirdirlər. Əgər belə bir hadisə olmayıbsa, Mədinəyə hicrətdən sonra baş verən döyüşlərin səbəbi nə idi?

Cavab: Hər şeydən əvvəl qeyd edilməlidir ki, tarixi hadisələri tədqiq etdikdə o hadisələrlə əlaqədar bütün məsələləri səbəb-nəticə baxımından yaxşı-yaxşı nəzərdən keçirmək lazımdır. Yəni, əsas məsələyə yarım-yamalaq deyil, obyektiv və tam formada yanaşmaq lazımdır.

Muhəmməd peyğəmbər (s. a. v.) və əshabələri sadəcə olaraq dini əqiələrinə görə öz yurd-yuvalarından çıxardılıb. Məhz bu səbəbə görə mal-mülklərini qoyub getmək məcburiyyətində qalıblar. Onların bir hissəsi Həbəşistana, bir hissəsi də Mədinəyə hicrət etməyə məcbur olublar. Məkkəlilər isə müsəlmanları təkcə öz yerlərindən çıxartmaq və mallarını ələ keçirməklə kifayətlənməyiblər. Eyni zamanda onların sığındıqları Həbəşistan və Mədinə hakimləri və oradakı nüfuzlu şəxslərə müxtəlif siyasi təzyiqlər göstəriblər. Onlardan müsəlmanları mühafizə etməməyi tələb ediblər.1

Qurani-Kərimdə belə deyilir:

“Allah din barəsində sizinlə müharibə etməyən və sizi yurd-yuvanızdan çıxartmayan kəslərə yaxşılıq etməyinizi və onlara qiymət verməyinizi qadağan etməz; düzü, Allah qədir-qiymət bilənləri (ədalətli olanları) sevər. Allah yalnız sizinlə din yolunda vuruşanları, sizi yurd-yuvanızdan çıxardanları və çıxartmaqlarına kömək edənləri özünüzə dost tutmağınızı qadağan edər. Onlarla dostluq quranlar əsl zalımlardır”. (Mumtəhinə, 60/8-9)

Yuxarıdakı ayələrdən belə məlum olur ki, bizim müsəlman olmayanlarla münasibətlərimizdə 3 “qırmızı xəttimiz” vardır:

1) Onların bizimlə dinimizə görə müharibə etmələri;

2) Bizi yurd-yuvamızdan çıxartmaqları;

3) Bizi yurd-yuvamızdan çıxardanları dəstəkləmələri.

Məkkəlilər bu xətlərin hamısını keçmişdilər. Bu, aydın bir məsələdir.

Müsəlmanlar da Mədinəyə hicrət etdikdən sonra onlara iqtisadi cəhətdən təzyiq göstərmək və nəzarətdə saxlamaq, yaxud da nüfuz dairələrində saxladıqları Mədinə həndəvərindən Qüreyşlilərə məxsus olan karvanların keçməyini qadağan etməklə (bunun qarşısını almaq) eyni cür hərəkət edirdilər.2

Deməli, müsəlmanların Mədinədə Qüreyş qəbiləsinin karvanlarına hücum etməyi müharibə hüququ baxımından təbii bir şeydir, bunu təbii qarşılamaq lazımdır.

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/4785.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Baxın: İbn Hişam, Sirətu İbn Hişam, s. 217; Əhməd ibn Hənbəl, 4-cü cil, s. 198. []
  2. Baxın: Muhəmməd Həmidullah, Həzrəti peyğəmbərin savaşları, Yağmur nəşriyyatı, 4-cü nəşr, İstanbul, 1991, s. 56. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.196 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Kafirlər iman edənə qədər onlarla döyüşməliyik? 21.10.14 1.174 dəfə oxundu
2 Mülki şəxslərə hücum edən düşmənə bu cür cavab vermək olar? 09.02.12 1.230 dəfə oxundu
3 İslam müharibə dinidir, yoxsa sülh? 14.06.12 1.699 dəfə oxundu
4 Müsəlmanlar hicrətdən sonra Qüreyş karvanlarına nə üçün hücum ediblər? 14.06.12 1.196 dəfə oxundu
5 İslama əsasən müharibə meydanında düşməni əsir götürmək qadağandır? 21.03.13 1.179 dəfə oxundu
6 İslam düşmənlərini öldürmək olar? 27.12.10 2.276 dəfə oxundu
7 Müsəlmanlar Liviya məsələsində nə etməlidirlər? 22.03.11 1.697 dəfə oxundu
8 İstişhad aktlarına nə üçün zidd gedirsiniz? 30.05.14 1.037 dəfə oxundu
9 Döyüş əsnasında düşmənə qarşı intihar hərəkatı etmək olarmı? 06.04.16 713 dəfə oxundu
10 İslamı yaymaq üçün qeyri-müsəlmanlarla müharibə etmək lazımdır? 28.09.14 1.709 dəfə oxundu
11 Zülmə məruz qalan müsəlmanlara necə köməklik edə bilərik? 26.04.17 271 dəfə oxundu
12 Qurani-Kərimə əsasən şəhidlər kimlərdir? 01.03.11 5.387 dəfə oxundu
13 Allah yoxmuş kimi davrananlara münasibətimiz necə olmalıdır? 11.03.16 926 dəfə oxundu
14 Cihad nədir, bu mühüm vəzifəni dövrümüzdə necə tətbiq etmək olar? 18.11.15 1.657 dəfə oxundu
15 Siz cihadla əlaqədar nəsə bir iş görürsünüz? 20.04.11 1.691 dəfə oxundu
16 Müsəlmanlar Quranın yandırılmasına nə cür reaksiya verməlidirlər? 28.04.11 1.605 dəfə oxundu
17 Əbu Bəkrin (r.a.) dindən dönənlərə qarşı apardığı döyüş nə qədər doğrudur? 17.04.14 1.431 dəfə oxundu
18 Terror qurbanı olan əsgər şəhid hesab olunur? 14.09.11 1.726 dəfə oxundu