Müsəlmanlar

Peyğəmbər (ə.s.) üç aylarda xüsusi bir ibadətlə məşğul olub?

Sual: Üç aylar girdi. Peyğəmbər bu ayları nə cür keçirirdi? Xüsusi bir ibadətlə məşğul olurdu, yoxsa yox?

Cavab: İslam dinində “üç aylar” deyilən bir şey yoxdur. Məsələnin əsli bundan ibarətdir ki, Rəcəb, Şaban və Ramazan aylarına el-oba arasında üç aylar deyilib və bu, zaman keçdikcə adət halına gəlib.

Beləliklə, dində bu mənada üç aylar deyilən bir şey yoxdur. Bizim ölkəmizdə var. Hətta Rəcəb, Şaban və Ramazan aylarını oruclu keçirmək kimi bəzi adətlər də formalaşdırılıb. Bunların hər hansı bir dini əsası yoxdur. Quranın xaricində tərtib olunan aylar, mövlüdlərin əksəriyyəti Fatimilər tərəfindən icad edilmiş bidətlərdir. Odur ki, peyğəmbərimizin (s. a. v.) də bu aylarda məşğul olduğu xüsusi bir ibadət olmayıb. Belə bir şey yoxdur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.