Müselmanlar
Vəkilin müsadirə vaxtı polis əməkdaşına verdiyi pul halaldır?

Vəkilin müsadirə vaxtı polis əməkdaşına verdiyi pul halaldır?

Sual: Mən polis işləyirəm. Bəzən vəkillərlə birlikdə kiminsə əmlakını müsadirə etmək məqsədilə mənzil və firmalara gedirik. Vəkillər onlara hansısa bir hücum olacağından ehtiyat edirlər. Ona görə də güc-təhlükəsizlik orqanından rəsmi formada polis də istəyirlər. Müsadirə işlərindən sonra vəkil həmin polis əməkdaşına bir qədər pul verir. Ancaq qanunda belə bir şey nəzərdə tutulmayıb. Eşitdiyimə görə vəkillər bu pulu müsadirə xərcləri kimi borclu şəxsdən artıqlaması ilə alırlar. Bu pulu almaq mənə halaldır? Bu barədə nə deyərdiniz?

Cavab: Vəkilin həmin pulu borcludan almağı ilə polisə verməyi eyni şey deyil. Sualınızdan belə başa düşülür ki, polis nəfəri borcludan pul almır; vəkildən də belə bir şey tələb etmir. Vəkil o məbləği özü verir. Verməsə belə, polisin ondan pul almağı üçün bu cür bir haqq-hüquq da yaranmır. Deməli, o pul polis əməkdaşına haram olmur. İş başa çatdıqdan sonra verilən bir şeydir.

Vəkilin o pulu haradan və necə almağı isə onun məsul olduğu bir məsələdir. Qısa desək, bu məsələdəki cavabdehlik tamamilə vəkilin üzərinə düşür.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin