And kəffarəsi kimi kasıbları gündə neçə dəfə yedizdirmək lazımdır?
Müsəlmanlar > And içmək > Fitvalar Tarix: 23 Mayıs 2012 Tövsiyə et Çap et
Sual: And kəffarəsi məsələsində deyilir ki, 10 kasıbı doyuzdurmaq lazımdır. Bu nə deməkdir? 1 gün 3 dəfə yemək vermək, yoxsa 1 gündə cəmi 1 dəfə yemək vermək?

Cavab: Allah Təala andın kəfarrəsi ilə əlaqədar olaraq belə buyurur:

Allah bilmədən ağzınızdan çıxan andlarınıza görə sizi məsul hesab etməz. Amma bilə-bilə içdiyiniz andlara görə sizi məsul sayar (sorğu-sual edər). Bunun da kəffarəsi sizin öz ailənizə yedirtdiyiniz yeməyin orta hesabından on yoxsulu yedirtmək, yaxud onları geyindirmək ya da bir köləni azad etməkdir. Bunları etməyə gücü çatmayan kəs üç gün oruc tutmalıdır. And içdiyiniz təqdirdə andlarınızın kəffarəsi budur. (Bununla yanaşı), öz andlarınızı qoruyun (onlara sadiq qalın: andlarınıza rəayət edin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz! (Maidə, 5/89).

“10 yoxsulu yedizdirmək” deyildiyi vaxt 1 günlük yemək-içmək başa düşülür. Ayədə bu cür bir açıqlıq yoxdur. Bununla belə, 1 günlük yemək kimi başa düşülür. Mən də elə anlayıram. Həmin 1 günlük yemək adət-ənənədə nə cürdürsə, elə də olmalıdır. 2 vaxtdırsa, 2, 3 vaxtdırsa, 3 dəfə verilməlidir. Çünki ayədə “sizin öz ailənizə yedirtdiyiniz yeməyin orta hesabından” ifadəsi var.

Suala cavab verdi: Abdulaziz Bayındır1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.332 dəfə oxundu