- Müselmanlar - http://www.muselmanlar.com -

Yataq otağına Quran qoymaq olar?

Cavab: Bəzi kitablarda deyilir ki, yataq otağında Quran kitabı, üstündə Quran ayəsi olan lövhə və sairəni saxlamaq olmaz. Bu sözün heç bir əsası yoxdur. Bu fikirdə olanlar deyirlər ki, bu, Qurana hörmət əlamətidir. Ancaq nə Quranda, nə də hədislərdə belə bir şey var.

Qurana hörmət ona iman gətirmək, oxumaq, başa düşmək və həyata keçirmək deməkdir. Odur ki, yataq otağı da daxil olmaqla, evin hər hansı bir otağında ayə yazılan lövhələri saxlamağın bir eybi yoxdur.

Oxşar bir sual və cavabı ilə buradan tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/4041.html [1]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR [2] © 2004 Bütün hüquqları qorunur.