“2 günü eyni olan aldanıb” sözü hədisdir?
Müsəlmanlar > Fitvalar > Hədis Tarix: 11 Mayıs 2012 Tövsiyə et Çap et
Sual: “2 günü eyni olan aldanıb” sözü hədisdir? Əgər hədisdirsə, alimlər tərəfindən nə cür qiymətləndirilir?

Cavab: Qeyd etdiyiniz hədis rəvayətinin mətni aşağıdakı kimidir:

Əbdüləziz ibn Rəvvad nəql edir:

Yuxumda həzrəti Muhəmmədi gördüm. Ona dedim ki, ey Allahın elçisi, mənə öyüd-nəsihət verin. O da cavab olaraq belə dedi:

“İki günü bir-biri ilə eyni olan insan ziyan içərisindədir. Günü gecədən (dünənindən) pis olan lənətlənib. (Gününə) nəsə əlavə etməyən ziyan içindədir. Ölmək onun üçün daha yaxşıdır. Cənnəti arzulayan xeyirli işlər görər.”

Hədis alimlərindən əl-Fəttəni (vəfat tarixi 986-cı il) və Əliyyu-l-Qari (vəfat tarixi 1014-cü il) bu hədisi Beyhəqidən rəvayət etdiyini bildiriblər. Onlar bunu saxta hədislərlə əlaqədar kitablarında qeyd ediblər.1

Əlavə olaraq, deyilir ki, Deyləmi bu hədisi həzrəti Əli ibn Əbu Talibə zəif bir sənədlə aid etməklə nəql edib.2

Digər tərəfdən də bu rəvayət tabein alimlərindən olan Həsən Bəsriyə sənəd göstərilmədən izafə edilib.3 Eyni zamanda məşhur təsəvvüfçülərdən biri olan İbrahim ibn Ədhəmə aid olunan bir rəvayətə əsasən Həsən Bəsri bu hədisi həzrəti peyğəmbərdən yuxuda alıb.4 Başqa rəvayətlərə baxdıqda isə məlum olur ki, hədisi həzrəti peyğəmbəri yuxuda görməklə alan Süleym oğullarından bir şeyx və ya başqa bir nəfər olub. Bütün bunlar da göstərir ki, bu yuxunu kimin gördüyü məlum deyil. Yəni, bu məsələdə belə bir anlaşmazlıq və qeyri-müəyyənlik var.5

Qeyd edilməlidir ki, hədis alimləri tərəfindən müəyyən olunan rəvayət etmə metodlarının siyahısında yuxu deyilən bir şey yoxdur. Odur ki, yuxu və kəşf vasitəsilə hədis rəvayəti məqbul hesab olunmur. Bu fikirdə olan bəzi alimlər bunlardır: Əliyyu-l-Qari, Ləknəvi, Mübarəkfuri, İzmirli İsmayıl Haqqı, Əbdülfəttah Əbu Ğuddə, Albani, Əhməd əz-Zeyn, Xeyri Qırbaşoğlu, İbrahim Canan.6

Yeri gəlmişkən, mərhum hədis elmləri professoru İbrahim Cananın aşağıdakı fikirləri bu məsələyə aydınlıq gətirir:

“Bəzi kitablarda mükaşifə və yuxu vasitəsilə həzrəti peyğəmbərdən alındığı deyilən sözlərə hədis deyilə bilməz, onların dini bir qiyməti yoxdur. Çünki yuxu təkcə onu görən şəxs üçün bir məna ifadə edir. Halbuki hədis Qiyamətədək hamı üçün dini hökmlər bildirən bir şeydir. Bunun da öz qayda-qanunu, obyektiv şərtləri var; hədis həmişə yoxlanması və təhqiq edilməsi mümkün olan bir rəvayətdən keçir. Bunun əksini irəli sürən və subyektivliyi əsas götürən heç bir sünni hədis alimi olmayıb.”7

Məlumdur ki, hədis alimləri mötəbər hədisləri bir yerə yığmaq üçün səyahətə çıxıblar. Hədisləri rəvayət edənlərin kim olduqlarını müəyyənləşdirib nə dərəcədə mötəbər olduqlarını bildirmək üçün müxtəlif kitablar yazıblar. İndi də belədir. İnsanlar hədis elmini öyrənmək üçün illərlə zəhmət çəkirlər. Həm savabı, həm də səhvlərlə birlikdə 1000 ildən çox davam edən bu cidd-cəhdləri hədis elmi barədə yazılmış və sayları yüzlərlə cildə çatan kitablara baxdıqda görmək olar.

Deməli, hədisləri kəşf və ya yuxu vasitəsilə nəql etmək münasib bir şey olsaydı, heç belə əzab-əziyyət və zəhmətə ehtiyac qalmazdı.

“İki günü eyni olan ziyandadır” rəvayəti mötəbər hesab edilən hədis kitablarında qeyd olunmayıb. Yuxu vasitəsilə peyğəmbərdən alındığı irəli sürülən rəvayətləri qəbul etmək ən yüngül ifadə ilə desək, hədislə məşğul olanlara hörmətsizlikdir.

Suala cavab verdi: Cüneyt Coşkun

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Muhəmməd ibn Tahir əl-Fəttəni, Təzkiratu-l-mövzua, s. 22; Əliyyu-l-Qari, əl-Əsraru-l-mərfua fi-l-əxbari-l-mövzua, s. 219; Qeyd edilir ki, bu hədis Beyhəqinin Zühd adlı əsərində də var. Bununla belə, orijinal nüsxədə olub olmaması məsələsi mübahisəlidir. Bununla əlaqədar olaraq baxın: Ənbiya Yıldırım, “Beyhəqi və hədis rəvayətində yuxuya verdiyi qiymət”, Cumhuriyyət Universiteti İlahiyyat fakültəsinin elmi jurnalı, 5-ci cild, nömrə 1, 2001-ci il, s. 183. []
  2. Baxın: Səxavi, əl-Məqasidu-l-həsənə, s. 471. []
  3. Baxın: Əbu-l-Leys əs-Səmərqəndi, Tənbihu-l-qafilin, s. 220. []
  4. Baxın: Əbu Nueym, Hilyətu-l-övliya, 8-ci cild, s. 35. []
  5. Baxın: İbn Əbu-d-Dünya, əl-Mənamat, s. 144; Xətib əl-Bağdadi, İqtizau-l-elm, s. 319. []
  6. Baxın: Seyit Avcı, Kəşf yolu ilə hədis rəvayəti məsələsi”, Din bilimleri akademik araşdırma jurnalı, 4-cü cild, nömrə 4, dekabr, 2004-cü il, s. 183 və digərləri. []
  7. MƏNBƏ: İbrahim Canan, Kütubi-sittə müxtəsəri tərcümə və şərhi, 2-ci cild, s. 68. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.530 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Muhəmməd peyğəmbər Cənnətdə Məryəm ana ilə evlənəcək? 25.02.10 4.578 dəfə oxundu
2 Alimliyin meyarı çoxlu hədis bilməkdir? 15.05.14 961 dəfə oxundu
3 “Yerə göyə sığmaram, mömin bəndəmin qəlbinə sığaram” sözü hədisdir? 16.06.11 1.509 dəfə oxundu
4 Qeyri-müsəlman ölkədə faiz almaqla əlaqədar hədis var? 21.05.12 1.400 dəfə oxundu
5 Çəlik istifadə etmək sünnədir? 27.01.14 1.232 dəfə oxundu
6 Dünya möminlərə zindan, kafirlərə də cənnətdir? 17.05.11 1.714 dəfə oxundu
7 İnsanın ev, paltar, çörək və sudan başqa bir şeyə haqqı var? 22.01.11 1.682 dəfə oxundu
8 Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir? 01.07.11 2.091 dəfə oxundu
9 Allah xoşlamadığı idarəçilərə yaltaq köməkçilər verir? 06.06.12 1.702 dəfə oxundu
10 Bir hədisin səhih sayılma meyarı nədir? 13.04.17 427 dəfə oxundu
11 Quranda nənə və nəvənin evlənməyi ilə əlaqədar bir hökm yoxdur? 29.11.14 2.274 dəfə oxundu
12 “Ev tikmək üçün xərclənən pulda xeyir yoxdur” hədisi səhihdir? 23.01.11 2.123 dəfə oxundu
13 “Möminin başından dərd-bəla kəm olmaz” kimi bir hədis var? 11.07.11 1.529 dəfə oxundu
14 “Alimin yuxusu cahilin ibadətindən xeyirlidir” hədisi mötəbərdir? 21.07.12 1.602 dəfə oxundu
15 Bir məsələ Quranda keçirsə, əlavə olaraq hədisə baxılarmı? 02.01.18 101 dəfə oxundu
16 “Ən yaxşı müsəlman xanımı ilə yaxşı dolanandır”. Bu hədis necə izah edilir? 16.02.10 1.761 dəfə oxundu
17 Üzüqoylu yatmaq 19.06.10 9.858 dəfə oxundu
18 “Məni sevən bəlaya düçar olar” formasında bir hədis var? 06.09.11 1.623 dəfə oxundu
19 “Sünnəmi əhya edənə yüz şəhid savabı var” hədisi mötəbərdir? 10.12.12 1.260 dəfə oxundu
20 Səhih sünnə nədir? Sünnə dinin ikinci mənbəyidirmi? 11.05.18 307 dəfə oxundu
21 Muhəmməd peyğəmbərin neçə hədisi var? 29.10.11 2.678 dəfə oxundu
22 Əsrlə şam arasında yatmaq təhlükəlidir? 24.01.11 5.793 dəfə oxundu
23 Xəlifə Ömər yağış duasında həzrəti Abbasla təvəssül edib? 07.10.11 1.921 dəfə oxundu
24 “Üç işdən ötrü Ərəbləri sevin” deyə bir hədis var? 10.12.12 1.494 dəfə oxundu
25 Hədislərin hikmət olduğunun dəlili nədir? 16.07.18 117 dəfə oxundu
26 Peyğəmbərlərin hamısı çobanlıq ediblər? 17.03.10 2.527 dəfə oxundu
27 Əl-Buxarinin özü tərəfindən yazılan orijinal nüsxə indiyədək durur? 10.02.11 4.260 dəfə oxundu
28 Cəbrayılın 10 dəfə də yer üzünə enəcəyini deyən hədis var? 12.01.12 2.072 dəfə oxundu
29 “Alimlər peyğəmbərlərin varisləridir” hədisi səhihdir? 31.01.13 1.693 dəfə oxundu
30 Peyğəmbəri hamıdan çox sevmək lazım olduğuna dair bir hədis var? 25.03.10 2.001 dəfə oxundu
31 Şəvval orucu 29.06.09 3.689 dəfə oxundu
32 Quran və hədis proqramı olan aparatla ayaqyoluna girmək olar? 24.01.12 2.053 dəfə oxundu
33 İnsanlar nəyə görə hədis uydurublar? 13.03.13 1.329 dəfə oxundu
34 Hədislərə əsasən insanların ən xeyirlisi kimdir? 06.04.10 1.702 dəfə oxundu
35 Çörək yedikdə arada dua etmək peyğəmbərin sünnəsidir? 20.02.11 2.148 dəfə oxundu
36 “«Hədisi burax, Qurana bax»” deyənlər olacaq.” Bu mötəbər bir hədisdir? 14.02.12 1.644 dəfə oxundu
37 Mövzu hədislərlə bağlı mənbələr hansılardır? 17.03.13 1.192 dəfə oxundu
38 Sələbə əhvalatı həqiqətən də olub, yoxsa əfsanədir? 03.05.10 1.662 dəfə oxundu
39 Əşəreyi-mübəşşərə hədisini necə başa düşmək lazımdır? 22.02.11 1.481 dəfə oxundu
40 İnsanların dərin mənalı sözlərini hikmət adlandırmaq olar? 27.02.12 2.220 dəfə oxundu
41 “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm” hədisi mötəbərdir? 11.04.13 1.554 dəfə oxundu
42 Sədəqə vermək ömrü uzadır? 03.05.10 2.441 dəfə oxundu
43 “Qiyamət günü Cənnətə 1-ci daxil olan mən olacağam” hədisi səhihdir? 06.08.14 1.096 dəfə oxundu
44 “Zöhrün ilk 4 müstəhəbini qılmayan şəfaətimə nail olmaz” hədisi mötəbərdir? 06.03.12 2.133 dəfə oxundu
45 Hədislər etiqadi məsələlərdə dəlil ola bilər? 18.04.13 1.358 dəfə oxundu
46 Lovğaya qarşı lovğalıq etmək lazımdır? 20.06.11 2.969 dəfə oxundu
47 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 2.845 dəfə oxundu
48 “Ümmətimin ömrü 1500 ili keçməyəcək” hədisi mötəbərdir? 07.03.12 1.681 dəfə oxundu
49 Qüdsi hədislər də hikmət məfhumuna daxildir? 19.04.13 1.233 dəfə oxundu
50 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 3.189 dəfə oxundu
51 “Namaz möminin meracıdır” sözü hədisdir? 11.07.10 2.304 dəfə oxundu
52 Deyilənə görə hər əsrə bir alim gəlir. Bu düzdür? 08.03.11 1.461 dəfə oxundu
53 “1 saatlıq təfəkkür 1 illik əlavə ibadətdən yaxşıdır” hədisi var? 30.03.12 1.434 dəfə oxundu
54 Zəif hədislə əməl etmək olarmı? 11.05.13 1.350 dəfə oxundu
55 Zəmanənin imamına beyət etmək 03.03.10 2.941 dəfə oxundu
56 “Vətən sevgisi imandandır” sözü hədisdir? 01.11.14 1.433 dəfə oxundu
57 Hədislər olmasa, Quranı başa düşmək olmaz? 13.03.11 2.457 dəfə oxundu
58 Əcluninin “Kəşfu-l-xəfa” əsəri mötəbər bir mənbədir? 09.05.12 1.247 dəfə oxundu
59 “Müflis mömin” hədisinin bəndə haqq-hüququ baxımından izahı 22.05.13 1.434 dəfə oxundu
60 Peyğəmbər məscidində 40 vaxt namaz qılmaq 03.04.11 2.157 dəfə oxundu
61 “Atıcılığı öyrəndikdən sonra buraxan bizdən deyil” sözü hədisdir? 29.11.10 2.013 dəfə oxundu
62 Məscidə getməyənlərin evi yandırılmalıdır? 15.03.11 2.812 dəfə oxundu
63 Ən-Nəsai mötəbər bir hədis alimidir? 10.05.12 1.187 dəfə oxundu
64 Nasiruddin əl-Albani mötəbər bir hədis alimidir? 27.05.13 1.413 dəfə oxundu
65 Rəvayətlərə əsasən Rəsulullahı nümunə götürmək mümkündür? 12.08.14 1.025 dəfə oxundu
66 “Mən 2 qurbanlığın oğluyam” kəlamı hədisdir? 20.11.10 1.713 dəfə oxundu
67 “Cənnət anaların ayaqlarının altındadır” mövzu hədisdir? 31.03.11 2.420 dəfə oxundu
68 “2 günü eyni olan aldanıb” sözü hədisdir? 11.05.12 1.530 dəfə oxundu
69 İxlas surəsini 11 dəfə oxuyub ölünün ruhuna tapşırmaqla əlaqədar bir hədis var? 04.06.13 1.613 dəfə oxundu
70 “Ümmətimin alimləri İsrail oğullarının peyğəmbərləri kimidirlər” hədisi səhihdir? 28.07.09 1.856 dəfə oxundu
71 Toy gecəsi bəy gəlinin ayağını yumalıdır? 20.11.10 7.565 dəfə oxundu
72 Axır zəmanədə az ibadət edən xilas olacaq? 05.04.11 1.488 dəfə oxundu
73 Peyğəmbər deyib ki, rəhmətliklərinizə Yasin oxuyun? 14.05.12 14.916 dəfə oxundu
74 Biz dini məsələlərdə kimə tabe olmalıyıq? 23.12.13 1.209 dəfə oxundu