Müsəlman kişilər qızıl üzük taxa bilərlər?
Müsəlmanlar > Bəzənmək > Fitvalar > Geyim-kecim Tarix: 10 Mayıs 2012 Tövsiyə et Çap et
Sual: Kişilər qızıldan düzəldilmiş üzük taxa bilərlər? Son illərdə bu cür şeylərlə tez-tez qarşılaşırıq. Bir də görürsən ki, cavan oğlan və ya orta (hətta qoca!) yaşlı bir kişinin barmağında yekə bir qızıl üzük var. Təəssüf ki, onların bəzilərində bu kimi şeylərlə fəxr etmək meyli də müşahidə olunur. Cəmiyyətdə də bəzi insanlar elə hesab edirlər ki, barmağında böyük bir üzüyü olan kişi “ağır kişidir”; varlı-hallı və sözüötəndir. Xahiş edirəm deyin, bu məsələ İslamda necə qiymətləndirilir?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, İslam dini insanın xasiyyət və təbiətini nəzərə almış və ictimai nizam-intizama xələl gətirən, eləcə də, insanlararası münasibətləri korlayan əməlləri qadağan etmişdir. Qızıl-zinət əşyaları və geyim-kecimlə lovğalanmaq və israfçılıq kimi hallar da bu dinə əsasən qadağandır. İslam dinində bu məsələlərə dair müəyyən qayda və şərtlər var.

Odur ki, kişilər üçün qızıl üzük məsələsi də bu mənada qiymətləndirilməlidir. Həzrəti Muhəmməd (s. a. v.) insanların xudpəsəndlik, israf, təkəbbür və bir-birinə qarşı öyünmək kimi meyllərinin qarşısını almaq məqsədilə qızıl və gümüş qablarda yemək-içməyi qadağan edib. Onun hədislərindən birində belə deyilir:

“Ey əshabələrim! Hərir və dibac adları ilə məlum olan ipəkli parçalardan emal olunan paltarlar geyməyin. Qızıl və gümüş qablarda su da içməyin. Belə qablarda xörək də yeməyin.”

Qızıl üzüyə gəldikdə bu məsələdə alimlərin əksəriyyətinin fikri belədir: Kişilərə qızıl üzük taxmaq qadağandır. Onlar bu fikirlərini Bəra b. Azibdən gələn bir hədislə əsaslandırırlar. Həmin hədisdə də yuxarıda qadağan olunan şeylər qadağan olunur.

Müsəlman kişilərin qızıl üzük taxmağını mümkün (caiz) hesab edən alimlər də var. Amma onlar azlıq təşkil edirlər.

Gümüş üzük haqqında isə İslam hüququnda: “Müəyyən bir ağırlığı keçməmək şərti ilə taxmaq olar”, – deyə, hökm verilir. Əlavə olaraq, müsəlman kişilərin barmaqlarına gümüş üzük taxmaqları müstəhəb (sünnə) hesab olunur. Çünki həzrəti Muhəmməd (s. a. v.) də barmağında gümüş üzük daşıyıb.

Nəticə olaraq, peyğəmbərimizdən gələn buyuruqlara əsasən kişilərin qızıl üzük vurmaqları düzgün deyil. Qadınlar üçün isə belə bir qadağa yoxdur.

QEYD: Cavab hazırlandığı vaxt İbrahim Kafi Dönməzin rəhbərlik etdiyi heyət tərəfindən hazırlanan “İslamda inanc, ibadət və gündəlik yaşayış ensiklopediyası”ndan istifadə edilmişdir.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:

http://www.muselmanlar.com/fitvalar/3130.html

http://www.muselmanlar.com/fitvalar/2945.html

http://www.muselmanlar.com/fitvalar/2278.html

http://www.muselmanlar.com/fitvalar/3222.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
6.825 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Məhrəm və naməhrəm məsələləri 16.08.09 7.978 dəfə oxundu
2 Gəlin paltarı geyinmək 30.11.10 7.981 dəfə oxundu
3 Hicab duası var? 30.01.12 3.406 dəfə oxundu
4 Hicaba qarşı çıxan valideynə itaət  etməliyəm? 15.09.17 558 dəfə oxundu
5 Alman məktəblərində müsəlman qızların geyimi haqqında 16.08.09 3.348 dəfə oxundu
6 Məcbur qalıb başı açmaq 17.12.10 8.509 dəfə oxundu
7 Atamın xəbərdarlığına baxmayaraq başımı açsam, o da günaha batar? 06.02.12 2.169 dəfə oxundu
8 Qurandakı cəlabib sözünün mənası çadra deməkdir? 16.08.09 3.155 dəfə oxundu
9 Şafi məzhəbindən olan qadın əl və üzünü örtməlidir? 06.01.11 2.418 dəfə oxundu
10 Kişilər paltarlarında ən çox nəyə fikir verməlidirlər? 07.02.12 2.114 dəfə oxundu
11 İslam dininə əsasən qadınlar çadra geyinməlidirlər? 16.08.09 3.872 dəfə oxundu
12 Kişi və qadınların qarışıq olduğu idman zalına getmək olar? 17.01.11 2.772 dəfə oxundu
13 Qadınların hamama getməyi günahdır? 11.04.12 3.014 dəfə oxundu
14 Müsəlman qadının başı açıq işləməsi 16.08.09 4.169 dəfə oxundu
15 Namazda başa çalma və ya araqçın qoymaq vacibdir? 17.01.11 3.665 dəfə oxundu
16 Müsəlman kişilər qızıl üzük taxa bilərlər? 10.05.12 6.825 dəfə oxundu
17 Müsəlman bir qadın bədəninin hansı hissələrini örtməlidir? 16.08.09 4.742 dəfə oxundu
18 Namazda yubkanın altından pijama kimi bir şey geyinmək vacibdir? 09.04.10 5.295 dəfə oxundu
19 Bir qadın təkcə ərinin olduğu yerdə çimərlik paltarı ilə dənizə girə bilər? 12.06.12 1.954 dəfə oxundu
20 Dində xüsusi bir geyim-kecim forması var? 11.02.10 2.543 dəfə oxundu
21 Tuman-köynəklə namaz qılmaq günahdır? 02.02.11 6.045 dəfə oxundu
22 İslamda niqaba baxış 19.06.12 1.850 dəfə oxundu
23 Çadra geyinmək ifrata varmaq deməkdir? 08.02.10 7.204 dəfə oxundu
24 Qadınlar başı açıq təsbeh çevirə bilərlər? 07.02.11 1.676 dəfə oxundu
25 Bir qadın öz babasının yanında başıaçıq dayana bilər? 04.02.13 2.212 dəfə oxundu
26 Qadın Quran oxuduğu vaxt başını örtməlidir? 13.03.10 5.629 dəfə oxundu
27 Qadın çörək yediyi vaxt başını mütləq bağlamalıdır? 08.03.11 3.353 dəfə oxundu
28 Qızılın kişilərə qadağan olunmağını Qurana əsasən izah edə bilərsiniz? 23.06.13 2.171 dəfə oxundu
29 Qohum-əqrəba məhrəmiyyəti məsələsində nəyə fikir vermək lazımdır? 15.04.10 4.110 dəfə oxundu
30 Hicablı qadın qızıl dəsti taxa bilər? 13.03.11 4.035 dəfə oxundu
31 9 yaşlı qız uşağı başını bağlamalıdır? 11.08.13 7.947 dəfə oxundu
32 Qalstuk vurmaq 03.05.10 1.685 dəfə oxundu
33 Dikdaban ayaqqabı geyinmək günahdır? 07.04.11 5.473 dəfə oxundu
34 14 yaşım var, örtünmək istəyirəm. Nə etməliyəm? 17.09.14 3.361 dəfə oxundu
35 Müsəlman qadın idman edə bilər? 03.05.10 3.016 dəfə oxundu
36 Evin içində ayaqqabılı gəzmək günahdır? 16.07.11 1.722 dəfə oxundu
37 İslam dini din xadimləri üçün xüsusi geyim tələb edir? 14.11.14 1.193 dəfə oxundu
38 Üzüyü hansı barmağa vurmaq olmaz? 15.07.10 12.553 dəfə oxundu
39 Qadın təsəttür məqsədilə mütləq niqab taxmalıdır? 13.09.11 3.315 dəfə oxundu
40 Hicabı tərk etmək nə dərəcədə düzgündür? 04.12.13 3.120 dəfə oxundu
41 Qadınların kişilərin yanında davranışları barədə 16.08.09 6.839 dəfə oxundu
42 İslamın şərtləri və 32 fərzin arasında hicab niyə yoxdur? 20.07.10 2.903 dəfə oxundu
43 Bir gəlin ögey qayınatasının yanında başıaçıq gəzə bilər? 03.10.11 1.968 dəfə oxundu
44 Qadın Quran oxuduqda başını mütləq bağlamalıdır? 23.01.15 1.618 dəfə oxundu
45 Bir qız ögey qardaşlarının yanında başı açıq gəzə bilər? 15.01.10 4.448 dəfə oxundu
46 Bir qadının ögey oğlu doğma oğlu kimi ola bilər? 25.07.10 3.180 dəfə oxundu
47 Müsəlmanlar geyim-kecim məsələsində qeyri-müsəlmanlardan fərqlənməlidirlər? 08.06.14 1.361 dəfə oxundu
48 Xarici görünüşün qeyri-müsəlmanlardan fərqli olması vacibdir? 08.04.16 651 dəfə oxundu
49 Bir gəlin qayınatasının yanında başı açıq dayana bilər? 14.12.09 7.738 dəfə oxundu
50 Reyhanə anamız hicab geyinməyib? 29.11.10 3.060 dəfə oxundu
51 Müsəlman qadın paltarlı yatmalıdır? 27.01.12 4.129 dəfə oxundu
52 Bir müsəlmanın qalstuk taxması doğrudur? 19.10.16 690 dəfə oxundu