Müsəlmanlar
Dayım rəhmətə getdi. Uşaqları var. Anam onun mirasından nəsə ala bilər?

Dayım rəhmətə getdi. Uşaqları var. Anam onun mirasından nəsə ala bilər?

Sual: Mənim dost-doğma dayım rəhmətə getdi. 3 uşağı qaldı. Bu halda mənim anam (ölən kişinin doğma bacısı) onun mal-mülkündən miras kimi bir pay ala bilər?

Cavab: Ölən kişinin (dayınız) uşaqları olduğuna görə qardaş-bacıları (sizin ananız və varsa, o biri bacı-qardaşları da buna daxildir) mirasdan bir şey ala bilməzlər. Doğma və ya ögey olub olmamaqlarının mətləbə dəxli yoxdur.

Sizin ananız öz ata və ya anasının mirası varislərin arasında bölüşdürülməyibsə, onlara varis ola bilər.

Oxşar bir sualın cavabını oxumaq üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2098.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.