Müsəlmanlar
Mühərrəmat

Mühərrəmat

Sual: Dini kitablarda qeyd olunan mühərrəmat sözü nə deməkdir? Bununla nə nəzərdə tutulur?

Cavab: Mühərrəmat Ərəb sözüdür. Haram sözü ilə eyni mənşəlidir. Lüğəvi mənası belədir: Qadağan olunan, haram edilən qadınlar.

İslam hüququnda (fiqh) bir termin kimi aşağıdakı mənada işlədilir:

Kişi baxımından evlənmək müvəqqəti, yaxud da həmişəlik bir səbəbə görə qadağan olan qadınlar. Yəni, evlənməyə mane olan faktorlar.

Bununla belə, mühərrəmat ifadəsi ilə adətən evlənmək həmişəlik qadağan olan qadın qohumlar (qan qohumları, süd əmməkən yaranan qohumluq) nəzərdə tutulur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.