Nəsturilik və nəsturilər
Müsəlmanlar > Dinlər tarixi > Fitvalar Tarix: 18 Nisan 2012 Tövsiyə et Çap et
Sual: Nəsturi və nəsturilik nə deməkdir? Bu barədə bir qədər məlumat verməyinizi xahiş edirəm.

Cavab: Nəsturilik xristianlıqda həzrəti İsanın insan və tanrı olaraq 2 fərqli ünsürdən meydana gəldiyini, onun 2 təbiətli – diofizit olduğunu irəli sürən bir sektadır. Buna məzhəb də demək olar. IV əsrdə yaranan bu cərəyanın banisi əslən İrandan olan Nəsturdur.1 428-ci ildə imperator Teodosios tərəfindən İstanbul şəhərinə patriarx təyin olunan Nəstur həzrəti Məryəmin bir xüsusiyyəti kimi kilsənin o günə qədər qəbul etdiyi “tanrını daşıyan” ləqəbinin əvəzinə “insanı daşıyan” demiş və bu səbəbdən İskəndəriyyəli (Aleksandriya) Kirillin qəzəbinə düçar olmuşdur.

Nəsturi etiqadına əsasən insan anadangəlmə günahkar deyil. Onların fikrincə ilk 2 insan (Adəm və Həvva) günah iş tutmuş olsa belə, bu, nəsilən nəslə keçən və bütün insanların günahla doğulduğunu göstərən bir şey ola bilməz. Nəsturi xristianlar evlərində ənənəvi xristian dindarlar kimi heykəl, şəkil və ikona saxlamırlar.

Özlərini “şərq xristianları” adlandıran nəsturilərin sayını dəqiq bilmək mümkün deyil. Onların böyük əksəriyyəti hal-hazırda İraq, İran, Suriya, Hindistan, ABŞ və İsveçrə kimi ölkələrdə yaşayırlar.

Bəzi nəsturilər xristianlığın katolik əqidəsini mənimsəyərək Kəldani kilsəsinə daxil olur, bəziləri də özlərini Assur xristianları adlandırırlar.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı mənbəyə müraciət edə bilərsiniz:

İslam ensiklopediyası,2 33-cü cild, İstanbul, 2007, s. 15-17.3

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Bu ad bəzi mənbələrdə Nestor, Nestorios kimi qeyd olunur. []
  2. Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilmişdir, Türk dilindədir. []
  3. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.309 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Həvarilər 29.06.11 1.906 dəfə oxundu
2 Nəsturilik və nəsturilər 18.04.12 1.309 dəfə oxundu
3 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.315 dəfə oxundu
4 Məkkə cəmiyyətinin ataları xəbərdar edilməmişdi? 09.08.17 55 dəfə oxundu
5 Din adına aldananlar 28.09.17 50 dəfə oxundu
6 Yəhudi dinindəki 10 əmr nə deməkdir? 09.03.12 1.843 dəfə oxundu