Cavab: Bir həkim peyğəmbərimizə (s. a. v.) qurbağadan alınıb hazırlanan bir dərmanın hökmü barədə sual verdiyi vaxt peyğəmbərimiz qurbağanın öldürülməsini qadağan edib.1
Peyğəmbərimiz (s. a. v.) başqa bir hədisdə murdar (pis, xəbis) hesab edilən şeylərin dərman kimi istifadə olunmağını qadağan edib.2
Yuxarıdakı iki hədisi birlikdə qiymətləndirdiyimiz vaxt belə məlum olur ki, peyğəmbərimiz qurbağanı çirkin hesab edib. Qurani-Kərimdə isə Allah Təala sadəcə olaraq təmiz olanları yemək əmri buyurub:
“Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz / tayyib olanlarından yeyin; əgər siz ancaq Allaha ibadət edirsinizsə, Ona şükür edin”.3
Digər ayələr üçün baxın: Bəqərə, 2/168; Maidə, 5/88; Ənfal, 8/69; Nəhl, 16/114; Taha, 20/81; Muminun, 23/51.
Allah başqa bir ayədə peyğəmbərimiz (s. a. v.) haqqında: “O peyğəmbər onlara yaxşılığı əmr edir; onları pisliklərdən uzaqlaşdırır və onlara təmiz şeyləri halal, murdar şeyləri də haram qılır”. (Əraf, 7/157), – deyə buyurub.
Yuxarıdakı dəlillərdən belə başa düşülür ki, qurbağa pis olduğuna görə onu yemək olmaz. Məzhəblər qurbağanı öldürməyi qadağan edən hədisi əsas götürərək qurbağanın yeməli olmadığını bildirirlər. Bu məsələdə Maliki məzhəbi istisna təşkil edir. Çünki bu məzhəb – yarasadan başqa – Quranda bildirilən haram qidaların xaricində heç bir qidanı haram hesab etmir. Peyğəmbərin əshabəsini görmüş alimlərdən biri olan Şəbi (öl. 103 h): “Əgər ailəm (ailə üzvlərim) qurbağa yesəydi, mən də onlara yedirdərdim”, – deməklə qurbağa yeməyi haram hesab etmədiyini bildirib.4
Nəticə olaraq bizim fikrimiz belədir ki, qurbağa yemək olmaz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: dərman, həkim, islamda qurbağa, qurbağa, qurbağa yemək, qurbağa yemək caizdir?, qurbağanın hökmü