Müselmanlar
Şeyxeyn

Şeyxeyn

Sual: Bəzi dini kitablarda şeyxeyn sözü işlədilir. Bunun mənası nədir?

Cavab: Şeyxeyn (bəzi hallarda şeyxan kimi də işlədilir) sözü Ərəb dilində şeyx sözünün ikilik (təsniyə) ifadə edən formasıdır. Şeyx sözü qoca, hörmətə layiq, dini elmlərə dərindən bələd olan şəxs kimi mənalar verir. Şeyxeyn  isə iki şeyx deməkdir.

Bu ifadə hədis elmində iki görkəmli hədis alimini – Buxari və Müslimi bildirir.

Əshabələrdən danışdıqda şeyxeyn deyilirsə, deməli, xəlifə Əbu Bəkr və xəlifə Ömər ibn Xəttab nəzərdə tutulur.

Fiqh (İslam hüququ) elmində şeyxeyn ifadəsi ilə Hənəfi məzhəbinin banisi Əbu Hənifə və onun tələbəsi Əbu Yusif nəzərdə tutulur.

Şafei məzhəbində isə Abdulkərim ər-Rafei və Nəvəvini bildirir.

Bu ifadə ilə kontekstdən asılı olaraq başqa şəxslər də nəzərdə tutula bilər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin