Rizvan nə deməkdir?
Müsəlmanlar > Adlar > Fitvalar > Mələklər Tarix: 05 Nisan 2012 Tövsiyə et Çap et
Sual: Məlumdur ki, Rizvan sözü ölkəmizdə kişi adı kimi işlədilir. Bu sözün mənası nədir? Quranda belə söz var? Uşağa Rizvan adı qoymaq nə dərəcədə düzgündür?

Cavab: Rizvan sözü Ərəb dilində razı olmaq, razılıq, məmnuniyyət hiss etmək kimi mənalar daşıyır. Bu sözün ziddi səxat sözüdür. Bunu aşağıdakı Quran ayəsindən öyrənirik:

أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللَّهِ كَمَنْ بَاءَ بِسَخَطٍ مِنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ ۚ وَبِئْسَ الْمَصِيرُ

“Məgər Allahın razılığını qazanmaq üçün gedən kimsə, Allahın qəzəbinə gələn və sığınacaq yeri Cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilərmi? Ora nə pis qayıdış yeridir!” (Ali-İmran, 3/162)

Qeyd edək ki, Cənnətdəki mələklərin üstündə duran mələyə Rizvan deyilir.

Əlavə olaraq, rizvan sözü dini ədəbiyyatda bir termin kimi də işlədilir. Belə ki, Hudeybiyyədə həzrəti Muhəmmədə beyət edən müsəlmanlar (təqribən 1400 nəfər) ona olan sədaqətlərini ortaya qoyublar və bu əhd və beyət rizvan beyəti kimi bilinir. Həmin beyətin baş verdiyi yerdəki ağaca da şəcəreyi-rizvan deyilir.

Oğlan uşaqlarına Rizvan adı qoymaq olar. Bunda dini cəhətdən heç bir eyib və qadağa yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
3.961 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quranda mələk İsrafilin adı çəkilir? 03.12.14 1.578 dəfə oxundu
2 Kiramən-katibin 05.03.12 1.403 dəfə oxundu
3 Cəbrayılın 10 dəfə də yer üzünə enəcəyini deyən hədis var? 12.01.12 2.044 dəfə oxundu
4 Mələyin peyğəmbərə yuxuda gətirdiyi vəhyin Quran olmadığını demək olar? 05.07.09 3.245 dəfə oxundu
5 Mələk Mikail 05.03.12 5.271 dəfə oxundu
6 Mələklər ürəyimizdən keçənləri bilmirlərsə, onları kim yazır? 07.03.12 2.215 dəfə oxundu
7 Əzrailin adı Quran və hədislərdə var? 14.03.12 2.682 dəfə oxundu
8 Rizvan nə deməkdir? 05.04.12 3.961 dəfə oxundu
9 İblis mələklərin müəllimi idi? 22.07.12 1.484 dəfə oxundu
10 Quranda hansı mələklərin adı çəkilir? 26.07.12 3.942 dəfə oxundu
11 İman gətirənlərin ruhla gücləndirilməsi 30.07.12 1.868 dəfə oxundu
12 Mələklər də insanlar kimi döyüşüblər? 06.05.13 1.407 dəfə oxundu
13 Mələklərlə ünsiyyət qurmaq və onlardan kömək istəmək mümkündürmü? 08.05.13 2.052 dəfə oxundu
14 Bədir və Uhud döyüşlərində Mələklərin rolu nə olmuşdur? 02.05.16 590 dəfə oxundu
15 Mələklərin insanlar üçün şəfaət etməsi nə mənaya gəlir? 23.11.15 860 dəfə oxundu
16 Xızır, bir insandı yoxsa mələk? 30.05.16 813 dəfə oxundu
17 Qiyamətədək yaşamaq icazəsi təkcə İblisə verildi? 13.01.15 1.063 dəfə oxundu
18 Şeytan cindir, yoxsa mələk? 24.03.17 666 dəfə oxundu