Müsəlmanlar

Ad qövmü

Sual: Ad hansı qövmdür? Həmin qövmə hansı peyğəmbər göndərilib?

Cavab: Ad qövmü həzrəti Hudun peyğəmbər göndərildiyi qövmdür. Bu xalqın adı Quranda da qeyd olunur. Belə başa düşülür ki, həzrəti Nuhdan sonra yaşayan bir qövmdür. Ad Nuh peyğəmbərin nəvələrindən biridir. Dini ədəbiyyatda Adın sülaləsi həzrəti Nuhun oğlu Samın oğlu olan İrəmin oğlu Avsın oğlu Ad kimi qeyd edilir.

Tarix və təfsir alimləri belə hesab edirlər ki, Ad qövmü indiki Yəmən ərazisində yaşayıblar. Quranın Əhqaf surəsinin 21-ci ayəsində də buna işarə var:

“Ad (tayfasının) qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan (peyğəmbərlər) gəlib-getmiş qumsal təpələrdə (yaşayan) tayfasını: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” (deyə) xəbərdar etmişdi.”

Hud peyğəmbər və Ad qövmü haqqında ətraflı məlumatı aşağıdakı keçiddən ala bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/305.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.