Bir övlad öz ateist atası ilə nə cür rəftar etməlidir?
Müsəlmanlar > Fitvalar > Qohum-əqrəba Tarix: 27 Mart 2012 Tövsiyə et Çap et
Sual: Atamın 62 yaşı var. Allahı inkar edir, ateistdir. Anam və mən dinə müvafiq qaydada yaşayırıq. Atam bunu bəhanə edib evdən getdi. Başqa bir qadınla evləndi. Ondan 1 uşağı da oldu. Anam atamdan heç bir şey tələb etmədən boşandı. İndi nə atam bizi görür, nə də biz onu. Ona qarşı ürəkdən soyumuşuq. Bu halda atam və onun tərəfindən olan qohumlarımızla (əmi, bibi və sairə) nə cür rəftar etməliyik? Dində bu barədə nə deyilir?

Cavab: Ananız atanızdan boşanıb. Odur ki, onun atanıza – keçmiş ərinə qarşı heç bir məsuliyyəti yoxdur. Siz isə atanızın oğlusunuz. Onun o biri qadından olan uşağı da sizin atabir qardaşınızdır.

Atanız dinin düşməni olsa belə, onunla əlaqəni kəsməyiniz günahdır. İstər onu sevin, istər də sevməyin, əgər atanız və qardaşınızın ehtiyacları varsa, onların dolanışıq xərclərini ödəyin. Bu, sizin cavabdeh olduğunuz bir məsələdir. Həm də bu, atanızın ürəyinin yumşalmağına səbəb ola bilər.

Allah Təala Quranda belə buyurur:

“Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla yaxşı rəftar et. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.” (Loğman, 31/15)

“Adını çəkərək bir-birinizdən nəsə istədiyiniz Allaha qarşı çıxmaqdan uzaq durun və qohumluq əlaqələrini kəsməkdən çəkinin!” (Nisa, 4/1).

“Allaha ibadət edin, Ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı dosta-yoldaşa, yol üstündə olana və sizə xidmət edən kəslərə yaxşılıq edin. Allah əlbəttə, özünü bəyənib lovğalıq edənləri sevməz” (Nisa, 4/36).

“Qohum-əqrəbaya, miskinə və müsafirə – yol üstündə olana haqqını ver. Əlində-ovcunda olanı əbəs yerə sağa-sola səpələmə!” (İsra, 17/26).

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1194.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.966 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Hansı qohumlara baş çəkmək dini cəhətdən vacibdir? 12.05.10 2.746 dəfə oxundu
2 Bir qadın ərinin əmisini çimizdirə bilər? 22.04.11 5.257 dəfə oxundu
3 Qohum evlilikləri nəticəsində nə üçün qüsurlu uşaqlar doğulur? 22.02.10 8.107 dəfə oxundu
4 Bayramlarda həmişə kiçiklər böyükləri ziyarətə getməlidir? 25.11.11 2.017 dəfə oxundu
5 Allah valideynin səhvinə görə uşaqlara cəza verir? 15.12.11 3.109 dəfə oxundu
6 Bir övlad öz ateist atası ilə nə cür rəftar etməlidir? 27.03.12 1.966 dəfə oxundu
7 Süd bankı təsis etmək dini cəhətdən düzgündür? 25.02.13 1.943 dəfə oxundu
8 Bir qadın ərinin dayısı ya da əmisinin yanında başıaçıq dayana bilər? 14.03.16 2.298 dəfə oxundu
9 Ərdə olan bir qadının valideynlərini ziyarət etmə müddəti nə qədər olmalıdır? 27.01.16 1.544 dəfə oxundu
10 Övladını yox hesab edən valideynlə necə rəftar etmək lazımdır? 13.05.15 1.033 dəfə oxundu
11 Qadınların kişilərin yanında davranışları barədə 16.08.09 7.111 dəfə oxundu
12 Qohum-əqrəba məhrəmiyyəti məsələsində nəyə fikir vermək lazımdır? 15.04.10 4.273 dəfə oxundu
13 Qohumla evlənmək hansı qarına qədər haramdır? 22.02.10 12.902 dəfə oxundu
14 Atam heç bir qohumumuzla danışmır. Bu problemi necə həll edə bilərik? 14.01.10 2.154 dəfə oxundu
15 Bir kişi arvadının valideyninin yanına getməyinə mane ola bilər? 02.09.14 3.183 dəfə oxundu