Ölüyə təlqin etmək müstəhəbdir?
Müsəlmanlar > Cənazə-meyyit > Fitvalar Tarix: 09 Mart 2012 Tövsiyə et Çap et
Sual: Bəzi adamlar deyirlər ki, qəbirə təzə basdırılan ölülərə təlqin etmək lazımdır; çünki bu, müstəhəb bir əməldir. Bu məsələ həqiqətən də, belədir, yoxsa yox?

Cavab: Təlqinə sübut kimi göstərilən rəvayətlər mötəbər hədis mənbələrində qeyd edilməyib. Əlavə olaraq, hədis alimləri bu rəvayətləri zəif qəbul ediblər. Başqa sözlə, həmin rəvayətlər höccət kimi götürülə bilməz.

Təlqinə dəlil-sübut olduğu deyilən ayələri isə konteksdənkənar formada mütaliə ediblər.

Quranda belə deyilir:

“Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah meyarına müvafiq olana (haqqı) eşitdirir. Sən isə qəbirlərdə olanlara bir şey eşitdirə bilməzsən.” (Fatir, 35/22)

Ölmək üzrə olan şəxsə müsəlman və ya kafir olub olmadığına əsasən hərəkət olunur. Əgər mömindirsə, canını ona əsasən alırlar.1 Kafirin canı isə müəyyən bir əzabla alınır.2 Öləndən sonra xeyir və ehsanı davam edənlər ölməmişdən qabaq arxada nəsə qoyub gedənlərdir. Allah onlarla əlaqədar olaraq belə buyurur:

“Həqiqətən, ölüləri dirildən, onların (bu dünyada) törətdiklərini və tərk etdiklərini yazan Bizik.” (Yasin, 36/12)

Peyğəmbərimizin belə bir hədisi3 var:

“İnsan öldüyü vaxt onun əməli kəsilir. Ancaq 3 şey istisnadır:

1) Ondan qalan sədəqeyi-cariyə, yəni, uzun müddət qalan bir xeyirli əməl əsəri;

2) Fayda əldə edilən elm;

3) Onun özünə xeyir-dua edən yaxşı övlad.”4

İndi isə gəlin, təlqinlə əlaqədar hədis rəvayətlərini tədqiq edən bir yazıya nəzər yetirək:

“Məlum olduğu kimi, ölüyə verilən təlqin bidətdir. Bu məsələyə dəlil-sübut gətirilən rəvayət İbn Qayyimin (vəfat tarixi 1350-ci il) Zadu-l-məad adlı əsərində qeyd etdiyi kimi mötəbər (səhih) deyil. Ən-Nəvəvi (vəfat tarixi 1277-ci il) və digər alimlər də bu rəvayəti zəif hesab ediblər. Sənani (vəfat tarixi 1768-ci il) də Subulu-s-səlam adlı əsərində bu fikrə şərik olduğunu bildirib.

Əslində təlqin edən ölüyə təlqin etməklə onun təzədən müsəlman olmağını istəyir və bununla da gülünc vəziyyətə düşür. Həzrəti peyğəmbərin bu məsələdəki sünnəsi meyyit basdırıldığı vaxt edilən təlqindən ibarətdir.”5

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı qısa yazılara da nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/2510.html

http://www.muselmanlar.com/fitvalar/3390.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Vaqiə, 56/90-91. []
  2. Fussilət, 41/30. []
  3. Hədisi Əbu Hüreyrə rəvayət etmişdir. []
  4. Müslim, Vəsiyyət, 14 (1631). Əlavə olaraq baxın: Əbu Davud, Vəsaya, 14; Tirmizi, Əhkam, 36; Nəsai, Vəsaya, 8. []
  5. Mənbə: Ali Çolak, “Ölmek üzere olan kişiye ve mezardaki ölüye yapılan telkin ile ilgili rivayetler”, Çukurova Üniversiteti İlahiyyat fakültəsinin elmi-nəzəri jurnalı, 2004-cü il, 4-cü cild, nömrə 2, s. 201-222. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.760 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Deyilənə görə bəzi adamların bədəni çürümür. Bu düzdür? 16.05.10 1.818 dəfə oxundu
2 Meyyit basdırıldıqdan sonra molla nəsə deməlidir? 24.11.10 2.002 dəfə oxundu
3 Ölünü basdırandan sonra namazını qılmaq olar? 14.01.11 1.756 dəfə oxundu
4 Bir kişi ölən arvadının meyyitini yuya bilər? 03.03.11 2.636 dəfə oxundu
5 Ölən körpəyə dua 12.03.11 1.718 dəfə oxundu
6 Başsağlığı vermək üçün kilsədəki cənazə mərasiminə getmək olar? 02.04.11 1.898 dəfə oxundu
7 Hər şey öyrədilən insan ölü basdırmağı qarğadan öyrəndi? 04.05.11 1.811 dəfə oxundu
8 Ölülərə tapşırılan Yasinin savabı onlara çatır? 20.05.11 2.785 dəfə oxundu
9 Ölüyə təlqin etmək müstəhəbdir? 09.03.12 1.760 dəfə oxundu
10 Kimin meyyit namazını qılmaq olar, kimin yox? 15.03.12 2.132 dəfə oxundu
11 Ölən körpə uşaqlara meyyit namazı qılınmalıdır? 28.06.09 4.614 dəfə oxundu
12 Suda itənin meyyit namazı 29.05.12 1.395 dəfə oxundu
13 Qiyabi meyyit namazı 26.05.14 1.303 dəfə oxundu
14 İslamda isqatu-s-səlat deyilən bir şey var? 25.06.12 1.570 dəfə oxundu
15 İslam dinində meyyiti yandırmağa necə baxılır? 23.01.10 2.151 dəfə oxundu
16 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 2.969 dəfə oxundu
17 Yas saxlamaq olarmı? 16.03.16 4.236 dəfə oxundu
18 Kişi arvadının meyyitini qəbirə sallaya bilər? 13.06.13 1.367 dəfə oxundu
19 Qadınlar meyyit namazı qıla bilərlər? 16.05.10 1.730 dəfə oxundu
20 Dəfn mərasimində qadınlar iştirak edə bilər? 12.03.14 1.767 dəfə oxundu
21 Ölü yerində çörək yemək günahdır? 16.05.10 2.432 dəfə oxundu
22 İntihar edən insanın cənazə namazı qılınarmı? 04.02.19 340 dəfə oxundu