Mələklər ürəyimizdən keçənləri bilmirlərsə, onları kim yazır?
Müsəlmanlar > Dua-zikr > Fitvalar > Mələklər Tarix: 07 Mart 2012 Tövsiyə et Çap et
Sual: Siz əvvəlki dərslərinizin birində qeyd etmişdiniz ki, Qaf surəsinin 16-18-ci ayələrinə əsasən Allahdan başqa heç bir varlıq bizim ürəyimizdəkiləri bilə bilməz. Əlavə etmişdiniz ki, bizim sağ və sol tərəflərimizdə ağzımızdan çıxan sözləri və etdiyimiz hərəkətlərimizi yazan mələklər var. Sualım budur: Əgər ürəyimizdən keçirdiyimiz şeylərin, eləcə də, zikr və duaların bir savabı varsa, onları kim yazır?

Cavab: Mələklərin bir şeyi yazmağı üçün də Allahın əmri lazımdır. Əsas odur ki, dualarımızı qulağımızın eşitdiyi qaydada edək. Bu vaxt onları mələklər də eşidir və yazırlar. Bu, onlara Allah tərəfindən verilən bir tapşırıqdır. Bununla əlaqədar olan Quran ayələri var:

insanın hərəkət və danışığını qeyd etmək üçün biri sağında, digəri də solunda olmaqla iki mələyə tapşırıq verilib. Sağdakı mələk insanın yaxşı söz və hərəkətlərini, soldakı isə pis əməl və sözlərini yazıb qeyd edir. Bununla əlaqədar bəzi Quran ayələri aşağıdakı kimidir:

“İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.

Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur!

Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf, 50/16-18)

“Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –

(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər (kiramən katibin: كِرَامًا كَاتِبِينَ) vardır.

Onlar sizin nə etdiklərinizi bilirlər.” (İnfitar, 82/10-12)

“Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında (əməllərini) yazan elçilərimiz vardır.” (Zuxruf, 43/80)

İman qəlbdə olur. Başqa sözlə desək, ürəkdə olanı ancaq Allah bilir və yazdırmaq istədiyi vaxt yazdırır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.244 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Mələklərin insanlar üçün şəfaət etməsi nə mənaya gəlir? 23.11.15 873 dəfə oxundu
2 Xızır, bir insandı yoxsa mələk? 30.05.16 820 dəfə oxundu
3 Qiyamətədək yaşamaq icazəsi təkcə İblisə verildi? 13.01.15 1.069 dəfə oxundu
4 Şeytan cindir, yoxsa mələk? 24.03.17 689 dəfə oxundu
5 Quranda mələk İsrafilin adı çəkilir? 03.12.14 1.612 dəfə oxundu
6 Kiramən-katibin 05.03.12 1.405 dəfə oxundu
7 Cəbrayılın 10 dəfə də yer üzünə enəcəyini deyən hədis var? 12.01.12 2.059 dəfə oxundu
8 Mələyin peyğəmbərə yuxuda gətirdiyi vəhyin Quran olmadığını demək olar? 05.07.09 3.262 dəfə oxundu
9 Mələk Mikail 05.03.12 5.453 dəfə oxundu
10 Mələklər ürəyimizdən keçənləri bilmirlərsə, onları kim yazır? 07.03.12 2.244 dəfə oxundu
11 Əzrailin adı Quran və hədislərdə var? 14.03.12 2.775 dəfə oxundu
12 Rizvan nə deməkdir? 05.04.12 4.100 dəfə oxundu
13 İblis mələklərin müəllimi idi? 22.07.12 1.491 dəfə oxundu
14 Quranda hansı mələklərin adı çəkilir? 26.07.12 4.090 dəfə oxundu
15 İman gətirənlərin ruhla gücləndirilməsi 30.07.12 1.872 dəfə oxundu
16 Mələklər də insanlar kimi döyüşüblər? 06.05.13 1.412 dəfə oxundu
17 Mələklərlə ünsiyyət qurmaq və onlardan kömək istəmək mümkündürmü? 08.05.13 2.066 dəfə oxundu
18 Bədir və Uhud döyüşlərində Mələklərin rolu nə olmuşdur? 02.05.16 593 dəfə oxundu