Mələk Mikail
Müsəlmanlar > Adlar > Fitvalar > Mələklər Tarix: 05 Mart 2012 Tövsiyə et Çap et
Sual: Mikail kimdir? Mikail sözünün mənası nədir? Quranda konkret olaraq belə bir söz var? Bəs hədislərdə?

Cavab: Mikail Quranda adı çəkilən 4 böyük mələkdən biridir. Yağış yağdırmaq və bitki bitirmək kimi təbiət hadisələrini tənzimləmək və məxluqatın azuqəsini idarə etmək ona həvalə olunub.

Mikail sözünün mənası İbrani (yəhudi) dilində “Kim Tanrı kimidir?” deməkdir. Bu söz müxtəlif dillərdə Mixail, Mihael, Mikael, Maykl, Mikal və sairə kimi yazılır və tələffüz edilir.

Bizim dilimizdə yazılış və deyilişi Mikayıldır.

Bu söz Quranda 1 ayədə – Bəqərə surəsinin 98-ci ayəsində “Mikal” formasında qeyd edilir:

“Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrail və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir.”

Həzrəti Muhəmmədin (s. a. v.) hədislərində də bu ada rast gəlmək mümkündür.1

Bu məsələyə dair hədislər və ətraflı məlumat üçün Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilən İslam ensiklopediyasına2 müraciət edə bilərsiniz.

http://www.muselmanlar.com/fitvalar/4553.html

http://www.muselmanlar.com/fitvalar/4847.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Baxın: Buxari, Əzan, 148; Müslim, Səlat, 200, Fəzail, 46-47; Tirmizi, Mənaqib, 17 və sairə. []
  2. 30-cu cild, İstanbul, 2005, s. 45-46. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
5.571 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İblis mələklərin müəllimi idi? 22.07.12 1.496 dəfə oxundu
2 Quranda hansı mələklərin adı çəkilir? 26.07.12 4.170 dəfə oxundu
3 İman gətirənlərin ruhla gücləndirilməsi 30.07.12 1.878 dəfə oxundu
4 Mələklər də insanlar kimi döyüşüblər? 06.05.13 1.415 dəfə oxundu
5 Mələklərlə ünsiyyət qurmaq və onlardan kömək istəmək mümkündürmü? 08.05.13 2.074 dəfə oxundu
6 Bədir və Uhud döyüşlərində Mələklərin rolu nə olmuşdur? 02.05.16 593 dəfə oxundu
7 Mələklərin insanlar üçün şəfaət etməsi nə mənaya gəlir? 23.11.15 879 dəfə oxundu
8 Xızır, bir insandı yoxsa mələk? 30.05.16 838 dəfə oxundu
9 Qiyamətədək yaşamaq icazəsi təkcə İblisə verildi? 13.01.15 1.069 dəfə oxundu
10 Şeytan cindir, yoxsa mələk? 24.03.17 706 dəfə oxundu
11 Quranda mələk İsrafilin adı çəkilir? 03.12.14 1.640 dəfə oxundu
12 Kiramən-katibin 05.03.12 1.408 dəfə oxundu
13 Cəbrayılın 10 dəfə də yer üzünə enəcəyini deyən hədis var? 12.01.12 2.072 dəfə oxundu
14 Mələyin peyğəmbərə yuxuda gətirdiyi vəhyin Quran olmadığını demək olar? 05.07.09 3.278 dəfə oxundu
15 Mələk Mikail 05.03.12 5.571 dəfə oxundu
16 Mələklər ürəyimizdən keçənləri bilmirlərsə, onları kim yazır? 07.03.12 2.255 dəfə oxundu
17 Əzrailin adı Quran və hədislərdə var? 14.03.12 2.801 dəfə oxundu
18 Rizvan nə deməkdir? 05.04.12 4.191 dəfə oxundu