Müsəlmanlar

Rüşvət

Sual: Rüşvət sözünün mənası nədir? İslam dininə əsasən rüşvət nəyə deyilir? Bu dində rüşvətə nə cür baxılır? Quranda bu barədə nə deyilir?

Cavab: Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, rüşvət vəzifə və ya nüfuzdan (avtoritet) sui-istifadə etməklə əldə olunan qeyri-qanuni mənfəətdir.

Rüşvət Ərəb sözüdür. Bunun bir çox mənası var. Söz rəşv kökündən əmələ gəlib.

Quranda rüşvət sözü yoxdur. Bununla belə aşağıdakı ayədən onun qadağan olunduğunu başa düşmək olur:

“Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” (Bəqərə, 2/188)

İslam alimləri Nisa surəsinin 29-cu ayəsini də rüşvətin qadağan olunduğuna dair dəlil kimi qəbul edirlər:

“Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.”

Bu məsələyə dair hədislər və ətraflı məlumat üçün Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilən İslam ensiklopediyasına ((35-ci cild, İstanbul, 2008, s. 303-306. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.)) müraciət edə bilərsiniz.

Aşağıdakı keçidlərdə də rüşvət haqqında məlumat mövcuddur:

http://www.muselmanlar.com/fitvalar/4441.html

http://www.muselmanlar.com/fitvalar/1993.html

http://www.muselmanlar.com/fitvalar/1664.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.