Müsəlmanlar
Fey-i-zaval

Fey-i-zaval

Sual: Feyi-zaval nə deməkdir? Bunun namaz vaxtlarından hansısa biri ilə əlaqəsi var?

Cavab: Fey sözü qayıtmaq mənasını daşıyır. Zaval isə günəşin təpə nöqtəsində olduğu vaxtı bildirir.

Belə ki, kölgələr günəşin doğuşundan başlyaraq qərb istiqamətində və uzun olduğu vaxt günəşin ucalmağı ilə bərabər qısalır. Zavaldan sonra da şərq tərəfə uzanmağa başlayır. Günəşin tamamən təpə nöqtəsindən qərb tərəfə əyilməyə başladığı ana fey-i-zaval deyilir.

Bu, günorta (zöhr) namazının vaxtının daxil olduğu vaxtdır.

Günəş təpə nöqtəsində olduqda hər şeyin kölgəsi ən qısa formada olur. Bununla belə, bu qısalıq kölgənin yer kürəsi üstündəki meridianına, eləcə də dünyanın günəşin qarşısındakı fəsildən-fəsilə dəyişməyindən asılı olaraq müntəzəm bir şəkildə dəyişilir.

Ona görə də günorta və ikindi (əsr) namazlarının vaxtının başlaması məsələsində günəşin ucalma və meylini göstərən kölgənin qısalma və uzanmağı meyar kimi götürülür.

QEYD: Cavab hazırlandığı vaxt İbrahim Kafi Dönməzin rəhbərlik etdiyi heyət tərəfindən hazırlanan “İslamda inanc, ibadət və gündəlik yaşayış ensiklopediyası”ndan istifadə edilmişdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.