Evdə pişik saxlamaq olar?
Müsəlmanlar > Fitvalar > Heyvanlar Tarix: 28 Şubat 2012 Tövsiyə et Çap et
Sual: Evdə pişik saxlamaq olar? Bəzi adamlar deyirlər ki, pişik murdar heyvandır, onu evə buraxmaq olmaz. Bizim evdə pişiyimiz var. Biz namaz qılanda gəlib yanımızda durur, qabağımızdan keçir. Görəsən, namaz batil olur? Bu məsələ İslam dinində nə cür qiymətləndirilir?

Cavab: Pişik insanlarla necə deyərlər, çox “oturub duran” bir heyvandır. Evdəki şeylərə tez-tez toxunur. Eləcə də insanın əl-ayağını yalayır.

Bununla belə, pişik murdar bir heyvan deyil. Muhəmməd peyğəmbərin (s. a. v.) bir hədisində onun haqqında belə deyilir:

“O (pişik), murdar deyil. Ancaq o, sizin yan-yörənizdə çox gəzib dolaşan bir heyvandır.”1

Əlavə olaraq, əti yeyilməyən heyvanlardan təkcə pişiyin artığı və ağız suyu təmiz hesab olunur.

Hədisdən də məlum olur ki, pişik pak bir heyvandır. Odur ki, onu evdə saxlamaq olar.

Pişik namazda qabağınızdan keçdiyi vaxt narahat olmayın. Bunun namaz baxımından bir eybi yoxdur. Onun tükü də təmizdir. Ona görə də namaz qıldığınız yerə düşən pişik tüklərinə görə narahat olmayın.

Təbii ki, evdə saxlanan pişiyi də təmiz saxlamaq lazımdır. Onun ayağına bulaşdırdığı və ya üstündə evə gətirdiyi nəcasəti təmizləmək həm heyvanın təmizliyi, həm də evdə yaşayanların sağlamlıq və rahatlığı baxımından vacib bir məsələdir.

Oxşar bir sual-cavabla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3178.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Hədis Buxari, Müslim, Nəsai və İbn Macənin külliyatlarında qeyd olunub. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
19.062 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ev heyvanlarını qısırlaşdırmaq olar? 07.07.09 2.507 dəfə oxundu
2 İnsana ziyan vuran heyvanları öldürmək lazımdır? 07.07.09 4.237 dəfə oxundu
3 Heyvanları cütləşdirmək olar? 22.01.10 1.894 dəfə oxundu
4 Bir müsəlmana haram olan qidalar hansılardır? 13.04.16 2.971 dəfə oxundu
5 Pişik və it alıb satmaq olar? 27.04.10 3.349 dəfə oxundu
6 Evdə it saxlamaq günahdır? 03.03.11 9.221 dəfə oxundu
7 Evdə pişik saxlamaq olar? 28.02.12 19.062 dəfə oxundu
8 Evdə heyvan saxlamağın bir eybi var? 03.04.12 2.502 dəfə oxundu
9 Akvariumda balıq saxlamaq 29.06.09 7.207 dəfə oxundu
10 Donuz gübrəsi (peyini) ilə yetişdirilən məhsulları yemək haramdır? 10.11.15 1.043 dəfə oxundu
11 İnsana ruhun üflənməsi nə deməkdir? 08.01.18 361 dəfə oxundu
12 Heyvan döyüşdürmək olarmı? 19.10.18 128 dəfə oxundu