Müsəlmanlar

İslamda irqi ayrı-seçkiliyə münasibət

Sual: İslam dinində irqi ayrı-seçkilik, separatizm və etnik ixtilaf kimi məsələlərə necə baxılır?

Cavab: İnsan etnik mənşəyini, eləcə də, dilini özü seçmir. Bunlar Allah tərəfindən müəyyən olunur; yəni, Onun təqdiridir. İnsanın özünə aid olan şey, məhz özünün gördüyü işdir:

“İnsana ancaq öz əməyi qalar.” (Nəcm, 53/39)

“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızın arasını düzəldin və Allahdan qorxun ki, sizə mərhəmət olunsun.” (Hucurat, 49/10.)

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” (Hucurat, 49/13)

Həzrəti Muhəmmədin (s. a. v.) bu məsələyə dair bəzi hədisləri belədir:

“İman gətirmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman gətirə bilməzsiniz.” ((Müslim, İman, 22 (54/93); Əhməd ibn Hənbəl, 2/391.))

“(Millətçilik) əsil-nəcabət hissi ilə hirslənən, bunun uğrunda müharibə edərkən, yaxud da belə bir məqsəd güddüydü vaxt kor-koranə surətdə açılmış bir bayraq (məqsəd) altında ölənin ölümü cahiliyyə ölümüdür.” ((Müslim, İmarə, 57; Nəsai, Təhrim, 28; İbn Macə, Fitən, 7.))

Bütün bu ayə və hədislər göstərir ki, İslam dinində irqi ayrı-seçkilik və buna oxşar şeylərin yeri yoxdur.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı cavablarla da tanış olun:

http://www.muselmanlar.com/fitvalar/806.html

http://www.muselmanlar.com/fitvalar/817.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.