Həccdə ticarət və ictimai fəaliyyət
Müsəlmanlar > Fitvalar > Həcc-ömrə > Tədqiqatlar Tarix: 01 iyul 2009 Tövsiyə et Çap et

Allah Təala İbrahim peyğəmbərə (ə. s.) belə əmr etmişdi:

“Həcc üçün insanları dəvət et ki, (onlar) piyada və yorğun-arğın miniklər üzərində dərin vadilərdən adlayıb sənə (tərəf) gəlsinlər. Gəlsinlər ki, özləri üçün bir sıra mənfəətlər görsünlər və onlara ruzi kimi verdiyi kiçik və böyük baş heyvanların üzərində müəyyən günlərdə Allahın adını ansınlar. Onlardan yeyin, darda qalmış yoxsula da yedizdirin. Sonra Ərəfat vəqfəsini1 başa vursunlar. Nəzirlərini yerinə yetirsinlər və beyti-ətiqi (Kəbə) təvaf etsinlər” (Həcc, 22/27-28).

Əgər diqqət yetirsək, görərik ki, ayələr bir-birindən fərqlənən iki şeyi vurğulayır. Bunlardan biri əldə olunacaq mənfəət, digəri isə yerinə yetirilən ibadətdir. Bunların hər ikisi də mənfəətdir: Biri din ilə əlaqədardır, digəri isə dünyaya aiddir.

Bu ayədə də buna oxşar bir məqam var:

“(Həcc mövsümündə) Rəbbinizdən ruzi diləməyiniz sizin üçün günah deyildir. Ərəfatdan qayıdıb, axın etdiyiniz zaman Məşərul-Haramın yanında Allahı xatırlayın. Sizə necə göstəribsə, Onu o cür xatırlayın. Siz bundan əvvəl həqiqətən, yanlış yolda idiniz!” (Bəqərə, 2/198).

Əshabədən Abdulla ibn Abbas nəql edib:

“Həcc ibadəti başlamamışdan əvvəl insanlar Mina, Ərəfat və Zul-məcaz yarmarkasında və digər bazarlarda ticarətlə məşğul olurdular. Alan alır, satan satırdı. Sonra ehramlı halda bu işlə məşğul olmaqdan qorxub çəkindilər. Bunun üstündən Allah tərəfindən yuxarıdakı ayə nazil oldu”.2

Bu bazar və yarmarkalar İslamdan sonra da qurulmağa davam etdi. İlk tərk edilən Ukaz bazarı oldu. Xaricilərin dövründə (hicri 129-cu ildə) qurula bilmədi və ondan sonra tamamilə tərk olundu.3

Həcc ibadəti hər insanın can və mal-mülk təhlükəsizliyinin təmin edildiyi haram ayların ortasında yerinə yetirilir. Bu aylar zilqədə, zilhiccə və məhərrəm aylarıdır. Hacı namizədləri zilhiccənin 9-unda Ərəfata çıxırlar və həcc ibadəti bu ayın 13-ünədək davam edir. Bu aylardan başqa rəcəb ayı da var. Bu minvalla haram ayların sayı 4-ə çatır. Allah Təala belə buyurur:

“Göyləri və yeri yaratdığı gündən bəri Allah yanında – Allahın kitabında ayların sayı 12-dir. Bunlardan 4-ü haram aylardır. Bu, düppədüz bir hesabdır. Nəbadə, özünüzü bu aylarda yanliş bir şeyə atasınız (səhvə yol verəsiniz)” (Tövbə, 9/36).

Həcc ibadəti İbrahim peyğəmbərin (ə. s.) dəvəti ilə başladı və Kəbə onun nəslindən olan Qureyşilərin4 (Ukaz – عـكاظ) bazarı,5 zilhiccənin 1-ci günündən 9-cu tövriyə gününə qədər Mina yaxınlığında Zul-məcaz yarmarkası təşkil olunur, sonra Minaya gedilir və həccə başlanırdı.6 Bazar və yarmarkalarda ticarətlə məşğul olur, şeir oxuyur və söhbət edirdilər. cəhdlərilə həmişə ibadətə açıq vəziyyətdə saxlandı. Buraya gələn hacılara müxtəlif xidmətlər göstərildi7 və həccin iqtisadı və ictimai cəhəti məsələsində səhlənkarlığa yol verilmədi. Ayələrə müvafiq olaraq zilqədə ayının 1-indən 20-sinə qədər8 Ərəfat yaxınlığında Ukaz

Muhəmməd peyğəmbər (ə. s.) də bazar və yarmarkalarda iştirak etmiş və bunu peyğəmbər olduqdan sonra da davam etdirmişdir. Ətraf yerlərdəki qəbilələrdən gələn insanları Allahın dininə dəvət etmək üçün həmin yarmarkalarda onlarla üzbəüz görüşmüşdür.9 Bəzi Mədinə sakinlərinin müsəlman olaraq Əqəbədə peyğəmbərimizlə (ə. s.) etdiyi biətlər də məhz bu dövrdə baş vermişdir.

Xəlifə Ömər də bu mövsümdə valilərini Haramda toplayır, xalqın qarşısında haqq-hesaba çəkirdi. Şikayəti olanlar şikayətlərini danışırdılar. Lazım gələrsə, elə xəlifənin hüzurundaca mühakimə edilirdilər.10

Hicrətin 9-cu ilində müşriklərin həcc və ömrə ziyarəti qadağan olundu. Bu da öz növbəsində ticarətin canlılığını itirəcəyinə dair təşviş doğurdu. Buna qarşı aşağıdakı ayə nazil oldu:

“Ey iman gətirənlər! Müşriklər sadəcə olaraq murdardırlar. Nəbadə, bu ildən sonra məscidi-harama yaxınlaşalar. Əgər yoxsulluqdan qorxursunuzsa, (bilin ki) Allah fürsət verən kimi sizi öz ikramı ilə zəngin edəcək. Şübhəsiz ki, Allah biləndir, doğru qərar verir!” (Tövbə, 9/28).

Haram ayları ilə əlaqədar hökmlər Qiyamətə qədər qüvvədədir.11 Həmin aylarda bizimlə müharibə halında olmayan hər insanın can və mal təhlükəsizliyini təmin etmək Allah tərəfindən bizə verilmiş vəzifədir. Unudulan bu vəzifəni (borcu) yerinə yetirəcəyimizi elan etməli və Haram hüdudlarından kənarda müşriklərin də iştirak edə bilmələri üçün hamıya açıq olan bazarlar qurmalıyıq.

Allah Təala müşriklərin Harama daxil olmasını qadağan etdikdən sonra bizə bu əmri verib:

“O müşriklərdən biri sənin yanında olmaq istəsə, ona bu imkanı ver ki, gəlsin, Allahın sözünü (Quranı) dinləsin. Sonra onu özünü təhlükəsiz hiss edəcəyi yerə çatdır. Belə et, çünki onlar (Quranı) bilməyən bir cəmiyyətdir” (Tövbə, 9/6).

Müşriklər Qurana qulaq asmaq üçün Harama girə biləcəkləri üçün Haram daxilində onların öz dilləri ilə Qurana qulaq asacaqları şərait hazırlanmalıdır. Bu yolla onların Quranla əlaqədar məlumatları ilk mənbədən almaqları təmin edilər.

Müsəlmanların Quran məlumatları kifayət qədər olmadığına görə eyni şərait onlar üçün də təmin olunmalıdır.

Orada başqa fəaliyyətlərlə məşğul olmaq da mümkündür. Misal üçün, hər bir sahədə inkişafa dəstək olanlara mükafat vermək yoluyla insanları xeyir əməllərdə yarışdırmaq olar. Mükafatlara Kəbə mükafatı adı verib Məkkə və ətrafını dünyanın bir nömrəli cazibə mərkəzi halına gətirmək olar.

Müsəlman olmaq insanın şəxsi seçimi, necə deyərlər, öz qərarıdır. Hamının özünə görə tutduğu bir yol var. Bizim öhdəmizə düşən şey sadəcə olaraq təbliğ etməkdir. Dünya işlərinə gəldikdə, biz insanları insanlığın xeyrinə olan şeylərdə yarışdıra bilərik. Allah Təala belə buyurur:

“Hər kəsin üz tutduğu bir yolu vardır, siz onlarla yaxşı işlər görməkdə yarışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!” (Bəqərə, 2/148).

Müəllif: Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsinin professoru)

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Ayədəki “təfəs” (تفث) sözünə Ərəfat vəqfəsi mənası verməyimizin səbəbi belədir:

    Tay qəbiləsindən Urvə ibn Müdərris nəql edir ki, mən rəsulullaha (ə. s.) Cəmdə (Müzdəlifə) vəqfə yerində çatdım. Mən soruşdum ki, ey peyğəmbər, Tay dağından gəlirəm, miniyim pis vəziyyətə düşdü, özümü də yordum. Vallah, elə bir qum təpəsi qalmadı ki, dayanıb üstündə dincəlməyim. Mən hacı ola bilərəm? Rəsulullah (ə. s.) mənə cavab olaraq: “Kim bizimlə bu namazı qılsa və daha əvvəl gecə, ya da gündüz vaxtı Ərəfata gəlmiş olsa, həccini başa vurmuş, təfəsini də yerinə yetirmiş hesab edilir”, – deyə buyurdu (Əbu Davud, Mənasik, 69). []

  2. Əbu Davud, Sünən, Mənasik, 7, hədis nömrə 1734. []
  3. İbrahim Canan, Kutubu-sittə tərcümə və şərhi, Akçağ nəşriyyatı, 3/288-289. []
  4. İbn Hişam, Sirətun-nəbi, təhqiq edən Mühyiddin Əbdülhəmid, Beyrut, hicri 1401, miladi 1981-ci il, 1-ci cild, s. 216. []
  5. Məhəmməd Həmidullah, İslam peyğəmbəri, 2-ci cild, s. 946, abzas 1593, Ankara, 2003. []
  6. Cavad Əli, eyni əsər və cild, s. 375. []
  7. Onlar bu xidmətlə öyündükləri üçün Allah belə buyurmuşdur:

    “Siz hacılara su vermək və məscidi-haramı ibadətə açıq saxlamağı Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə birmi hesab edirsiniz? Onlar Allah yanında eyni olmazlar. Allah zalımlar dəstəsini hidayətə çatdırmaz” (Tövbə, 9/19). []

  8. Cavad Əli, Tarixul-Ərəb qəbləl-İslam (İslamdan əvvəl Ərəblərin tarixi), 7-ci cild, s. 377 və digər səhifələr. Bağdad universitetinin köməyilə nəşr edilmişdir. Tarix və yer göstərilməyib. []
  9. Cavad Əli, eyni əsər və cild, s. 382. []
  10. Hakkı Dursun Yıldızın rəhbərlik etdiyi bir heyət, Böyük İslam tarixi, 2-ci cild, s. 179 və digər səhifələr, İstanbul, 1992. []
  11. Baxın: Maidə sursəi, 2-ci ayə. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 1.050 dəfə oxundu
2 Etikaf 23.06.09 1.195 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 1.633 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 1.204 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 1.212 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 1.094 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 918 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 1.584 dəfə oxundu
9 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 912 dəfə oxundu
10 İftida: qadının boşanmaq hüququ 14.05.09 690 dəfə oxundu
11 Qadınların şahidliyi 14.05.09 701 dəfə oxundu
12 Hicab və örtünmək (təsəttür) 14.05.09 739 dəfə oxundu
13 Hicabı qadağan edənlər 14.05.09 801 dəfə oxundu
14 Nişanlıların kəbini 14.05.09 1.838 dəfə oxundu
15 Münafiqlərin korluğu 10.04.10 468 dəfə oxundu
16 Nikaha nəzarət 14.05.09 1.450 dəfə oxundu
17 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 770 dəfə oxundu
18 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 580 dəfə oxundu
19 İnsan peyğəmbər 06.07.09 730 dəfə oxundu
20 Təsbeh 06.07.09 878 dəfə oxundu
21 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 643 dəfə oxundu
22 Ailənin adından bir qurban 26.02.10 344 dəfə oxundu
23 Donuz dərisi 02.11.09 662 dəfə oxundu
24 Heyzli qadının ibadəti 24.02.10 1.731 dəfə oxundu
25 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 620 dəfə oxundu
26 Quran və müsəlmanlar 29.01.10 1.871 dəfə oxundu
27 Dəlillərlə Cümə namazı 12.02.10 338 dəfə oxundu
28 İnsan cəsədi və avtopsiya 05.02.10 772 dəfə oxundu
29 Qadınlar və Cümə namazı 26.03.10 1.068 dəfə oxundu
30 Valideyndən xəbərsiz kəbin 29.06.09 594 dəfə oxundu
31 Ölüdən kömək gözləmək 28.03.10 663 dəfə oxundu
32 Faiz 29.03.10 707 dəfə oxundu
33 Namazları cəm etmək 08.04.10 1.165 dəfə oxundu
34 Vərdişlər 10.04.10 536 dəfə oxundu
35 Allah, insan və xələf-sələf 12.04.10 509 dəfə oxundu
36 Nəsx və daşqalaq cəzası 27.05.10 665 dəfə oxundu
37 Qəndil 30.06.09 2.072 dəfə oxundu
38 Talaq: kişinin boşamaq hüququ 18.07.10 657 dəfə oxundu
39 Oruc və orucun başlanğıcı 27.08.10 762 dəfə oxundu
40 Ramazan bayramı (2010) 08.09.10 599 dəfə oxundu
41 Ramazan bayramının vaxtı 08.09.10 608 dəfə oxundu
42 Zikrin fəzilət və faydaları 26.11.10 717 dəfə oxundu
43 Dua 25.11.10 798 dəfə oxundu
44 Donuz əti və ziyanları 08.12.10 922 dəfə oxundu
45 Fitr sədəqəsi 20.06.09 1.032 dəfə oxundu
46 Qadının döyülməsi 07.06.10 1.041 dəfə oxundu
47 Şəfaət 08.04.10 530 dəfə oxundu
48 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 1.143 dəfə oxundu
49 İslamda falçılığa münasibət 27.11.10 896 dəfə oxundu
50 Şəfaət inancı 08.02.11 563 dəfə oxundu
51 Kəramət nə deməkdir? 15.02.11 448 dəfə oxundu
52 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 780 dəfə oxundu
53 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 605 dəfə oxundu
54 Şirk və küfr 14.07.11 492 dəfə oxundu
55 Quranda əşyaların dili 04.07.11 1.463 dəfə oxundu
56 Seyyidlər kimlərdir? 16.10.11 581 dəfə oxundu
57 Kişinin seksuallığı 09.01.12 378 dəfə oxundu
58 Surroqat analıq 03.02.12 186 dəfə oxundu