Surroqat analıq
Müsəlmanlar > Evlilik-ailə həyatı > Fitvalar > Tədqiqatlar Tarix: 03 Şubat 2012 Tövsiyə et Çap et

SURROQAT ANALIQ

Müəllif: Əli Rza Demircan (ilahiyyatçı-alim)

Tərcümə edən: Fəqani Bəylərov (fəlsəfə doktoru: fəlsəfə və ilahiyyat elmləri)

Gəlin, əvvəlcə bu məsələnin təhlilində əsas götürdüyümüz bəzi İslam prinsip və qaydalarına nəzər yetirək:

1) İslam dinində evlilikdənkənar cinsi əlaqə və birlikdə yaşama/olma halları zina adlandırılır və bu, Allah tərəfindən haram edilmişdir. (İsra, 17/32)

2) Heç bir kişi və qadın diaqnoz, müayinə və müalicə məqsədi olmadan öz fərcini (cinsiyyət-çoxalma üzvü və ona yaxın yerlər) yoldaşından başqa heç kəsin yanında aça bilməz. (Nur, 24/31)

3) Övlad sahibi olmaq üçün cinsi əlaqədə olmaq lazımdır. Bununla belə, bu, kifayət deyil. Başqa sözlə desək, oğul-uşaq sahibi olmaq tale və qəza-qədər məsələsidir. Belə ki, Allah istədiyi şəxsə oğlan, istədiyinə qız uşağı verir. Həm oğlan, həm qız övladı da bəxş edir. Bəzilərini də zürriyyətsiz (sonsuz) edir. (Şura, 42/49-50) Deməli, qədərlə barışmaq, necə deyərlər, öz qismətinə razı olmaq lazımdır.

4) Allah Təala nəsil-nəcabət və evlilik vasitəsilə qohumluq qayda-qanunu qoyub. Ata-anaya yaxşılıq, nəfəqə (ailənin məişət xərclərinin ödənməsi), vəlayət (valideynlərin və ya valideyni əvəz edən şəxsin uşaqlara dair səlahiyyətləri),  miras və evlənməyə mane olan amillər kimi bir çox məsələ də bu qayda-qanunla sıx əlaqədardır. Bu səbəbdən ana da ata kimi açıq-aydın şəkildə məlum olmalıdır, bilinməlidir.

5) İnsan ən gözəl surətdə xəlq edilən bir məxluqdur. Onu alıb satmaq olmaz; eynilə bunun kimi, insanın “icarəyə” götürülməsindən də söhbət gedə bilməz. Daha açıq bir ifadə ilə desək, qadın öz bətnini aralarında nikah olmayan bir kişinin sperması ilə mayalanmış yumurta üçün aça bilməz. Öz uşaqlığını (latınca uterus, rusca матка) nəyinsə (pul və sairə) müqabilində və ya təmənnasız olsa da, “kirayə”yə verə bilməz.

İndi isə gəlin, yuxarıda qeyd etdiyimiz prinsiplərə əsasən əsl mövzumuza qayıdaq və bəzi məqamları yada salaq:

Süni mayalan(dır)ma metodunu müalicə formalarından biri kimi qəbul etmək olar. Belə olan halda;

a) Kişi spermasını təksə öz arvadından götürülən yumurtanı mayalandırmaq üçün verə bilər.

b) Qadın da öz növbəsində yumurtasını ancaq ərindən alınan spermanı mayalandırmaq üçün götürdə bilər.

c) Ər-arvad mayalanmış yumurtalarının özləri və yaxud başqaları üçün surroqat bir qadının bətninə köçürülməyinə icazə verə bilməzlər.

Artıq diqqətimizi əsl məsələmizə cəmləşdirib ona surroqat qadın, mayalanmış yumurtalarını verən ər-arvad və ya yumurtasını verən qadın, eləcə də, uşaq baxımından yanaşa bilərik.

1. Yuxarıdakı məlumatlardan məlum oldu ki, İslam qayda-qanunlarına əsasən qadın zəruri bir hal olmadıqca öz cinsiyyət-çoxalma üzvünü aça bilməz. Həmçinin uşaqlığını aralarında kəbin olmayan kişinin spermasını mayalandırmaq məqsədilə istifadəyə verə bilməz. Belə bir qadın harama batıb bütün bu işləri görsə belə, həqiqi mənada ana olmur, ola bilməz. Çünki mayalanan yumurta özünün deyil! Buna görə də o, öz uşaqlığını “kirayə”yə vermə nəticəsində dünyaya gətirdiyi uşaqla da həqiqi bir ruhi-mənəvi rabitə qura bilməz. Xüsusilə də hamiləlik periodunda.

2. Yumurtasını verən qadın heç bətnini “kirayə”yə verib doğan qadın qədər də ana ola bilməz. Ona görə ki, analıq qan vermək, bir canın yaradılmasına vasitəçilik etmək deməkdir. Hamiləlik vaxtı əzab-əziyyət çəkmək deməkdir. Analıq güclü bir emosionallıqla ana bətnindəki körpə ilə rabitə yaratmaqdır. Ana olmaq ilahi mərhəməti öz bətnində hiss etmək deməkdir. Bu, ruhla yanaşı, ümumi mənada bədəni ilə, xüsusən də döşləri ilə ana olmağa hazırlaşmaq deməkdir. Məhz buna görə də Quranın Loğman surəsinin 14-cü ayəsində ata-anaya yaxşılıq etmək əmr edildikdə anaya xüsusi diqqət yetirilir və onun çəkdiyi zəhmət və məşəqqət xüsusi olaraq vurğulanır.

3. Surroqat ananın doğduğu uşaq (ki, bu uşaq bütün hallarda digər müvafiq yolla dünyaya gələn uşaqlar kimi məsum olur) baxımından da problem yaranır. Yəni, burada ciddi bir sual yaranır: Bu uşaq kimi öz anası hesab edəcək?! Yumurtasını verən və daşıyıcı qadınların sonradan müvafiq yolla dünyaya gətirəcəkləri uşaqların hansıları ilə bacı-qardaş olacaq? Bir övlad kimi hansı qadından miras alacaq? Anası olaraq hansı qadına miras qoyub gedəcək? Bütün bunlardan belə çıxır ki, bu sahədə bir çox əxlaqi və hüquqi problemlərin yaranması da qaçılmaz bir nəticədir.

NƏTİCƏ: Bu məsələni İslam dini baxımından aşağıdakı kimi qiymətləndirmək mümkündür:

Ər-arvadın mayalanmış yumurtalarına tətbiq edilən surroqat analıq haram xarakterli şeytani bir işdir və onu caiz (dini cəhətdən münasib) hesab etmək olmaz. İkinci bir qadını kəbinlə həyat yoldaşı olaraq almaq məsləhətdir. İslama əsasən məhrəmiyyət və miras haqqı yaratmadığına görə rəsmi olaraq övlad götürmədən də qoruyucu ailə kimi yetimlərimizə yiyə durub Cənnətə gedən yola daxil olmaq lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
4.835 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.272 dəfə oxundu
2 Etikaf 23.06.09 5.203 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.745 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.670 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 6.047 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.876 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.636 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 20.636 dəfə oxundu
9 Donuz dərisi 02.11.09 3.276 dəfə oxundu
10 Talaq: kişinin boşamaq hüququ 18.07.10 8.051 dəfə oxundu
11 İslamda falçılığa münasibət 27.11.10 7.930 dəfə oxundu
12 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 3.164 dəfə oxundu
13 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.210 dəfə oxundu
14 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 342 dəfə oxundu
15 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 4.121 dəfə oxundu
16 Heyzli qadının ibadəti 24.02.10 49.445 dəfə oxundu
17 Oruc və orucun başlanğıcı 27.08.10 9.881 dəfə oxundu
18 Şəfaət inancı 08.02.11 2.951 dəfə oxundu
19 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.857 dəfə oxundu
20 Uşaqların evləndirilməsi 26.01.15 3.131 dəfə oxundu
21 Quranda Hicab/Başörtüsü. 24.09.18 646 dəfə oxundu
22 İftida: qadının boşanmaq hüququ 14.05.09 9.278 dəfə oxundu
23 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.465 dəfə oxundu
24 Zikrin fəzilət və faydaları 26.11.10 5.045 dəfə oxundu
25 Kəramət nə deməkdir? 15.02.11 3.942 dəfə oxundu
26 Qadınların sünnəti 15.07.12 13.610 dəfə oxundu
27 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.121 dəfə oxundu
28 Xums nədir? 11.01.19 369 dəfə oxundu
29 Qadınların şahidliyi 14.05.09 2.977 dəfə oxundu
30 Quran və müsəlmanlar 29.01.10 4.628 dəfə oxundu
31 Dua 25.11.10 7.110 dəfə oxundu
32 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.934 dəfə oxundu
33 Əsl kafir kimdir? 21.07.12 9.160 dəfə oxundu
34 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.142 dəfə oxundu
35 Коран и культурное развитие. 30.01.19 230 dəfə oxundu
36 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.895 dəfə oxundu
37 Dəlillərlə Cümə namazı 12.02.10 6.388 dəfə oxundu
38 Donuz əti və ziyanları 08.12.10 5.839 dəfə oxundu
39 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.510 dəfə oxundu
40 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.460 dəfə oxundu
41 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.632 dəfə oxundu
42 Oruc Kəffarəsi 24.05.19 227 dəfə oxundu
43 Hicabı qadağan edənlər 14.05.09 3.436 dəfə oxundu
44 İnsan cəsədi və avtopsiya 05.02.10 3.560 dəfə oxundu
45 Şirk və küfr 14.07.11 3.629 dəfə oxundu
46 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.211 dəfə oxundu
47 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.202 dəfə oxundu
48 Nişanlıların kəbini 14.05.09 11.929 dəfə oxundu
49 Qadınlar və Cümə namazı 26.03.10 6.963 dəfə oxundu
50 Quranda əşyaların dili 04.07.11 14.214 dəfə oxundu
51 Mutəvatir hədis 28.09.12 1.943 dəfə oxundu
52 Vəsilə nədir? 27.05.16 2.233 dəfə oxundu
53 Münafiqlərin korluğu 10.04.10 1.992 dəfə oxundu
54 Valideyndən xəbərsiz kəbin 29.06.09 10.212 dəfə oxundu
55 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 2.631 dəfə oxundu
56 Hikmət 09.01.16 4.640 dəfə oxundu
57 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 3.095 dəfə oxundu
58 Nikaha nəzarət 14.05.09 6.654 dəfə oxundu
59 Ölüdən kömək gözləmək 28.03.10 3.828 dəfə oxundu
60 Quranı öyrənmənin üsulu 16.12.15 4.613 dəfə oxundu
61 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 1.057 dəfə oxundu
62 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 2.077 dəfə oxundu
63 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.513 dəfə oxundu
64 Faiz 29.03.10 4.589 dəfə oxundu
65 QÜTBÜ ƏZƏM 24.03.14 2.456 dəfə oxundu
66 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.643 dəfə oxundu
67 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.175 dəfə oxundu
68 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.423 dəfə oxundu
69 Namazları cəm etmək 08.04.10 7.070 dəfə oxundu
70 Seyyidlər kimlərdir? 16.10.11 8.443 dəfə oxundu
71 Qəza-qədər məsələsi 24.02.13 4.091 dəfə oxundu
72 Qadınların döyülməsi 29.03.17 1.650 dəfə oxundu
73 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.684 dəfə oxundu
74 Vərdişlər 10.04.10 2.639 dəfə oxundu
75 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.909 dəfə oxundu
76 Mütə nikahı (siğə) 07.03.13 8.875 dəfə oxundu
77 Tağut 28.04.17 3.867 dəfə oxundu
78 İnsan peyğəmbər 06.07.09 3.759 dəfə oxundu
79 Allah, insan və xələf-sələf 12.04.10 2.794 dəfə oxundu
80 Kişinin seksuallığı 09.01.12 16.532 dəfə oxundu
81 Vəhy 12.04.13 1.815 dəfə oxundu
82 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 766 dəfə oxundu
83 Təsbeh 06.07.09 3.682 dəfə oxundu
84 Nəsx və daşqalaq cəzası 27.05.10 4.670 dəfə oxundu
85 Fitr sədəqəsi 20.06.09 3.683 dəfə oxundu
86 İsra və Merac 02.04.16 1.209 dəfə oxundu
87 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.395 dəfə oxundu
88 Hamının bildiyi Namaz. 26.01.18 863 dəfə oxundu
89 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.375 dəfə oxundu
90 Qəndil 30.06.09 8.051 dəfə oxundu
91 Şəfaət 08.04.10 3.204 dəfə oxundu
92 Surroqat analıq 03.02.12 4.835 dəfə oxundu
93 Təvəssül 10.06.13 3.147 dəfə oxundu
94 “Ən zəif ev” 09.03.18 366 dəfə oxundu
95 Ailənin adından bir qurban 26.02.10 3.694 dəfə oxundu
96 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 13.283 dəfə oxundu
97 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.577 dəfə oxundu
98 Piramida və şəbəkə marketinqi 24.02.12 2.616 dəfə oxundu
99 İslamda geyim ədəbi 05.06.13 3.414 dəfə oxundu
100 Yusifin köynəyi, Yaqubun gözü. 30.03.18 614 dəfə oxundu