Müsəlman olmayanlarla münasibətlər
Müsəlmanlar > Fitvalar > Mürtədlik > Qeyri-müsəlmanlar > Tədqiqatlar Tarix: 01 iyul 2009 Tövsiyə et Çap et
Sual: Müsəlmanların müsəlman olmayanlarla münasibətləri necə olmalıdır? Quran bunu necə izah edir?

Cavab: Qurani-Kərimdə belə deyilir:

“Allah din barəsində sizinlə müharibə etməyən və sizi yurd-yuvanızdan çıxartmayan kəslərə yaxşılıq etməyinizi və onlara qiymət verməyinizi qadağan etməz; düzü, Allah qədir-qiymət bilənləri (ədalətli olanları) sevər. Allah yalnız sizinlə din yolunda vuruşanları, sizi yurd-yuvanızdan çıxardanları və çıxartmaqlarına kömək edənləri özünüzə dost tutmağınızı qadağan edər. Onlarla dostluq quranlar əsl zalımlardır”. (Mumtəhinə, 60/8-9)

Yuxarıdakı ayələrdən belə məlum olur ki, bizim müsəlman olmayanlarla münasibətlərimizdə 3 “qırmızı xəttimiz” vardır:

1) Onların bizimlə dinimizə görə müharibə etmələri;

2) Bizi yurd-yuvamızdan çıxartmaqları;

3) Bizi yurd-yuvamızdan çıxardanları dəstəkləmələri.

Biz bu xətləri keçənlərlə dostluq münasibəti qura bilmərik.

TÖVBƏ SURƏSİNİN 5-Cİ AYƏSİ

Yeri gəlmişkən, belə bir fikir irəli sürülür ki, Tövbə surəsinin 5-ci ayəsi müsəlmanlarla qeyri müsəlmanlar arasındakı münasibətlərdə əsas götürülür. Həmin ayə belədir:

“Haram olan aylar çıxanda (onlara verilən 4 ay möhlət başa çatanda) o müşrikləri harada görsəniz, öldürün; onları yaxalayın, həbs edin və bütün keçid başlarını (yollarını) tutun. Amma əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Allah bağışlayandır, Onun yaxşılığı sonsuzdur”. (Tövbə, 9/5)

Bu ayə qeyd etdiyimiz “qırmızı xətlərin” hamısını keçmiş, yəni, həddini aşmış, Hüdeybiyyə sülh müqaviləsini pozmuş, Məkkənin fəth edilməsindən sonra 1 il toxunulmamış, bununla yanaşı, 4 ay əlavə möhlət verilmiş Məkkə müşriklərinə edilən axırıncı xəbərdarlıq ilə əlaqədar ayələrdən biridir. Burada bəhs edilən hallara oxşar bir vəziyyət yaranmasa, bu hökmlər tətbiq edilməməlidir. Ayəyə başqa bir məna vermək da düzgün deyildir.

MÜSƏLMAN OLMAYANLARIN TƏHQİRLƏRİ

Allah belə buyurur:

“Siz mallarınız və canlarınızla çətin bir imtahandan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən çox təhqiramiz sözlər eşidəcəksiniz. Əgər səbr edib qorunsanız, əlbəttə, bu, əzm lazım olan işlərdəndir”. (Ali-İmran, 3/186)

İnsana əziyyət verən sözlər və təhqirə məruz qalmaq yuxarıda göstərilən “qırmızı xətlərdən” olmadığına görə belə şeylərə qarşı səbirli, tədbirli və təmkinli olmaq lazımdır.

Peyğəmbərimiz Məhəmməd (s. a. v.) əvvəlcə müsəlman olan, lakin sonradan dindən üz döndərən və problem yaradıb çətinlik törədən ikiüzlü insanların əlindən çox bəlalar çəkmiş, amma onlara qarşı faktiki bir cəza tətbiq etməmişdir.

Munafiqun surəsi bu baxımdan böyük əhəmiyyət kəsb edir:

“O münafiqlər sənin yanına gələndə belə dedilər: “Biz şahidik ki, sən həqiqətən, Allahın elçisisən”. Allah bilir ki, sən Onun elçisisən. Ancaq Allah şahiddir ki, o münafiqlər tamamilə yalan danışırlar. Onlar öz andlarını qalxan edib, Allahın yolundan çıxdılar. Onların əməlləri necə də pisdir! Bunun səbəbi odur ki, onlar əvvəlcə inandılar, sonra özlərini görməməzliyə vurub, kafirlik etdilər. Sonra qəlblərində başqa bir təbiət meydana gəldi. Artıq onlar anlamazlar! Onları gördüyün zaman cüssələri xoşuna gəlir, əgər danışsalar, sözlərinə qulaq asırsan. Onlar, sanki söykəldilmiş dirəkdirlər. Hər bir səs-küyün öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, onlara qarşı diqqətli ol! Allah onlarını canını alsın, necə də yalana yuvarlanırlar!

Onlara: “Gəlin, Allahın elçisi sizin bağışlanmağınızı diləsin”, – deyildiyi vaxt başlarını bulayırlar. Bir də görürsən ki, təkəbbürlə üz döndərirlər. Sən onların bağışlanmağını diləsən də, diləməsən də, fərqi yoxdur (nəticə dəyişmir). Allah onları bağışlamayacaqdır. Çünki Allah fitnə-fəsad törədənləri doğru yola gətirməz.

Onlar hətta belə dedilər: “Allahın elçisinin yanındakılara bir şey verməyin ki, dağılışıb getsinlər”. Halbuki, göylərin və yerin xəzinələri Allaha məxsusdur, ancaq münafiqlər bunu anlamazlar. Onlar: “Hələ bir Mədinəyə qayıdaq, güclü zəifi oradan mütləq çıxardacaqdır”, – dedilər. Halbulki, güc-qüvvət Allaha, Onun elçisinə və möminlərə məxsusdur, lakin münafiqlər bunu başa düşməzlər”. (Munafiqun, 63/1-8)

Zeyd ibn Ərqam bu ayələrlə əlaqədar olaraq aşağıdakıları rəvayət etmişdir:

Biz bir dəfə peyğəmbər əleyhissəlamla birlikdə bir döyüşə getmişdik. Ordumuzun vəziyyəti çətin idi. Abdulla ibn Übeyy öz dostlarına belə dedi: “Allahın elçisinin yanındakılara nəfəqə verməyin ki, dağılışıb getsinlər. Hələ bir Mədinəyə qayıdaq, güclü zəifi oradan mütləq çıxardacaqdır”. Mən bunu dərhal peyğəmbər əleyhissəlama xəbər verdim. O, Abdulla ibn Übeyyi çağırtdırıb bunu onun özündən soruşdu. Abdulla and içdi ki, belə bir şey deməyib. Orada olanlar isə mənim yalan danışdığımı dedilər. Bu, mənə çox pis təsir bağışladı. Sonra Allah Təala tərəfindən Əl-Munafiqun surəsi nazil edildi.1

Elmalılı Muhammed Hamdi Yazır bu məsələ ilə əlaqədar olaraq aşağıdakı məlumatları verir:

Abdulla ibn Übeyy öz tayfasında nüfuzlu və hörmət sahibi bir şəxs idi. Bir gün Üseyd ibn Hudeyr gəlib peyğəmbərə: “Ey Allahın elçisi! Ona fikir vermə, onunla xoş rəftar et. Vallah, Allah səni peyğəmbər göndərdiyi vaxt Abdulla ibn Übeyyin tayfası ona tac geyindirmək üçün muncuq düzürdü. Ona elə gəlir ki, sənin hökmdarlığını əlindən alıb”.

Abdulla ibn Übeyyin oğlu Abdulla isə atasından fərqli olaraq təmiz bir mömin idi. O, atasının etdiklərini öyrənən kimi peyğəmbər əleyhissəlamın hüzuruna gəlib belə dedi:

“Ey Allahın elçisi! Eşitmişəm ki, atamı sizə gəlib çatan sözlərinə görə öldürmək istəyirsiniz. Əgər belə edəcəksinizsə, əmr verin, onun başını sizə mən gətirim. Vallah, bütün Xəzrəc (məşhur Ərəb qəbilələrdindən biri) bilir ki, onların arasında öz atasına məndən çox hörmət göstərən yoxdur. İndi isə qorxuram ki, başqa bir adama əmr verəsiniz və o, atamı öldürə. Belə olarsa, mən atamın qatilinin el-oba arasında gəzməyinə dözə bilməyib onu öldürərəm. Beləliklə, bir kafirin əvəzinə bir mömin öldürüb Cəhənnəmlik olaram”.

Peyğəmbər əleyhissəlam Abdullanın bu sözlərindən sonra ona:

“Xeyr, biz ona qarşı alicənablıq edərik. O, bizim aramızda olduqca onunla onunla xoş rəftar edərik”, – deyə buyurdu.2

Burada Abdulla ibn Übeyyin hərəkətləri çox pis olsa da, haqqında danışdığımız üç “qırmızı xətdən” heç birini “keçmədiyinə” görə peyğəmbər (s. a. v.) onunla yuxarıdakı ayələrə əsaslanaraq yaxşı rəftar etmişdir. Abdulla kimi şəxsləri ən çox narahat edən məsələ də onların həqiqətlərlə üz-üzə gəlmələridir. Bu şəxslərin pis əməllərini ayələrdəki kimi saydıqdan sonra cəmiyyətdə belə bir rəy formalaşır ki, onlar mütləq cəzalandırılmalıdırlar. Bundan sonra onlarla yaxşı rəftar etmək əslində onların özlərini tək-tənhalığa aparır və hətta öz tərəfdarlarını da itirirlər. Həqiqətən də, peyğəmbərimizin xoş rəftarı Abdulla ibn Übeyyin ətrafındakı insanların müsəlman olmasına gətirib çıxarmışdır.

DİNDƏN ÜZ DÖNDƏRƏNİN VƏ PEYĞƏMBƏRİ TƏHQİR EDƏNLƏRİN ÖLDÜRÜLMƏSİ MƏSƏLƏSİ

Yuxarıda göstərilən ayələrdəki «onlar əvvəlcə inandılar, sonra özlərini görməməzliyə vurub, kafirlik etdilər» ifadəsi bizə bu şəxslərin mürtəd olduqlarını açıq-aşkar bildirir. Lakin məzhəblərin hamısı bu və ya buna bənzər ayələrin məzmununa baxmayaraq mürtədlərin öldürülməli olduqlarınu deyirlər.

Ayələrdə “Onlar düşməndirlər, onlara qarşı diqqətli ol”, – deyilir və burada bundan başqa bir hökm yoxdur. Məzhəblər yenə buna baxmadan və tutarlı bir dəlilə əsaslanmadan peyğəmbəri (ə. s.) təhqir edənlərin öldürülməli olduqlarını irəli sürürlər.3

Bütün bunlardan belə bir nəticə çıxır ki, indiki dövrdə bu məsələlər ilə əlaqədar ən böyük çətinliyimiz müsəlmanları Qurani-Kərimin ətrafında toplamaqdan ibarətdir.4

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Munafiqun surəsinin təfsiri, 4. []
  2. Elmalılı Muhammed Hamdi Yazır, Haqq Dini, Qur’an Dili, VI cild, İstanbul, 1936, s. 5005-5008. []
  3. Vəhbə Əz-Züheyli, Əl-fiqhul-İslami və ədillətuh, 3. nəşr, Dəməşq, 1409/1989, VI cild, s. 184. []
  4. Müəllif: Abdulaziz Bayındır (İlahiyyat elmləri doktoru, İstanbul Universitetinin İlahiyyat fakültəsində profesor []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 1.047 dəfə oxundu
2 Etikaf 23.06.09 1.193 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 1.630 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 1.199 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 1.208 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 1.090 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 917 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 1.580 dəfə oxundu
9 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 909 dəfə oxundu
10 İftida: qadının boşanmaq hüququ 14.05.09 686 dəfə oxundu
11 Qadınların şahidliyi 14.05.09 701 dəfə oxundu
12 Hicab və örtünmək (təsəttür) 14.05.09 736 dəfə oxundu
13 Hicabı qadağan edənlər 14.05.09 798 dəfə oxundu
14 Nişanlıların kəbini 14.05.09 1.832 dəfə oxundu
15 Münafiqlərin korluğu 10.04.10 468 dəfə oxundu
16 Nikaha nəzarət 14.05.09 1.446 dəfə oxundu
17 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 770 dəfə oxundu
18 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 579 dəfə oxundu
19 İnsan peyğəmbər 06.07.09 730 dəfə oxundu
20 Təsbeh 06.07.09 876 dəfə oxundu
21 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 643 dəfə oxundu
22 Ailənin adından bir qurban 26.02.10 342 dəfə oxundu
23 Donuz dərisi 02.11.09 658 dəfə oxundu
24 Heyzli qadının ibadəti 24.02.10 1.720 dəfə oxundu
25 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 618 dəfə oxundu
26 Quran və müsəlmanlar 29.01.10 1.870 dəfə oxundu
27 Dəlillərlə Cümə namazı 12.02.10 331 dəfə oxundu
28 İnsan cəsədi və avtopsiya 05.02.10 768 dəfə oxundu
29 Qadınlar və Cümə namazı 26.03.10 1.066 dəfə oxundu
30 Valideyndən xəbərsiz kəbin 29.06.09 589 dəfə oxundu
31 Ölüdən kömək gözləmək 28.03.10 663 dəfə oxundu
32 Faiz 29.03.10 705 dəfə oxundu
33 Namazları cəm etmək 08.04.10 1.158 dəfə oxundu
34 Vərdişlər 10.04.10 536 dəfə oxundu
35 Allah, insan və xələf-sələf 12.04.10 509 dəfə oxundu
36 Nəsx və daşqalaq cəzası 27.05.10 664 dəfə oxundu
37 Qəndil 30.06.09 2.059 dəfə oxundu
38 Talaq: kişinin boşamaq hüququ 18.07.10 657 dəfə oxundu
39 Oruc və orucun başlanğıcı 27.08.10 762 dəfə oxundu
40 Ramazan bayramı (2010) 08.09.10 599 dəfə oxundu
41 Ramazan bayramının vaxtı 08.09.10 608 dəfə oxundu
42 Zikrin fəzilət və faydaları 26.11.10 715 dəfə oxundu
43 Dua 25.11.10 796 dəfə oxundu
44 Donuz əti və ziyanları 08.12.10 920 dəfə oxundu
45 Fitr sədəqəsi 20.06.09 1.030 dəfə oxundu
46 Qadının döyülməsi 07.06.10 1.038 dəfə oxundu
47 Şəfaət 08.04.10 528 dəfə oxundu
48 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 1.135 dəfə oxundu
49 İslamda falçılığa münasibət 27.11.10 893 dəfə oxundu
50 Şəfaət inancı 08.02.11 560 dəfə oxundu
51 Kəramət nə deməkdir? 15.02.11 445 dəfə oxundu
52 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 778 dəfə oxundu
53 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 602 dəfə oxundu
54 Şirk və küfr 14.07.11 491 dəfə oxundu
55 Quranda əşyaların dili 04.07.11 1.442 dəfə oxundu
56 Seyyidlər kimlərdir? 16.10.11 574 dəfə oxundu
57 Kişinin seksuallığı 09.01.12 361 dəfə oxundu
58 Surroqat analıq 03.02.12 172 dəfə oxundu