Meyyitdən götürülən uşaqlığı başqa bir qadına köçürmək
Müsəlmanlar > Fitvalar > Transplantasiya Tarix: 13 Ocak 2012 Tövsiyə et Çap et
Sual: Mən transplantasiyanın ümumən caiz olduğunu fikirləşirəm. Amma cinsiyyət üzvləri və çoxalma ilə əlaqədar bədən üzvlərinin başqa bir bədənə köçürülməsi məsələsini tam başa düşə bilmirəm. Son vaxtlarda mübahisə obyektinə çevrilən uşaqlıq köçürülməsi dini cəhətdən düzgün hesab olunur? Bunun hökmü nədir?

Cavab: Son vaxtlarda kütləvi informasiya vasitələrində verilən xəbərlər uşaqlığı (latınca uterus, rusca матка) meyyitdən götürüb sağ olan bir qadına köçürməklə əlaqədardır. Biz bu məsələni həmin sahənin mütəxəssisləri ilə müzakirə etdik.

Bildirildi ki, uşaqlıq atanın toxumu (sperma) və ananın yumurtası ilə yaranan ziqotun inkişafı üçün zəmin hazırlayan bir qab və bir növ yataq rolu oynayır. Uşaqlıq yatağı ilə hansısa irsi bir keçid baş vermir; onların fikrincə bu, qeyri-mümkündür. Ona görə də belə hesab edirlər ki, bu cür bir orqan nəqlinin (transplantasiya) dini cəhətdən bir eybi yoxdur. Bununla belə, yumurta köçürülməsi kimi birbaşa irsi keçid yaradan əməliyyatların düzgün olmadığını da deyə bilərik.

Transplantasiya ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidə baxın:

http://www.muselmanlar.com/fitvalar/361.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.630 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Transplantasiya 29.06.09 2.942 dəfə oxundu
2 Orqanları bağışlamaq olar? 03.02.11 1.811 dəfə oxundu
3 Meyyitdən götürülən uşaqlığı başqa bir qadına köçürmək 13.01.12 1.630 dəfə oxundu